SIÇRAMAQ
SIĞAL
OBASTAN VİKİ
Böyük sıçrayış
Böyük sıçrayış (çin. 大躍進) — 1958-ci ildən 1960-cı ilə qədər Çində həyata keçirilən iqtisadi və siyasi kampaniya, sənaye bazasını və ölkə iqtisadiyyatının kəskin yüksəlişini gücləndirmək məqsədi daşımış bu kampaniya Çin xalqı üçün faciəli nəticələrə səbəb olmuşdur. Bu zaman Çin 90% aqrar ölkə idi və müasirləşməyə ciddi ehtiyacı var idi. Mao Tsedun marksist məhsuldar qüvvələr nəzəriyyəsindən istifadə edərək Böyük sıçrayış siyasətini əsaslandırdı, lakin onun kəskin kollektivləşdirmə yolu ilə iqtisadi artımı artırmaq və peşəkarlığı həvəskarlıqla əvəz etmək cəhdi, eləcə də kənd təsərrüfatı sahəsində verilən yanlış qərarlar fəlakətə çevrildi: Böyük sıçrayış nəticəsində 20–40 milyon insan həlak oldu və bu, onu XX əsrin ən böyük sosial fəlakətinə çevirdi (İkinci Dünya müharibəsi istisna olmaqla). == Tarixi zəmin == Böyük sıçrayışdan əvvəl Çin tarixində mürəkkəb hadisələr baş vermişdi. Ölkə uzun müharibədən sonra tədricən bərpa olunur, sənaye təşkil olunurdu. Bu zaman bir sıra islahatlar aparıldı — xüsusən də dini təşkilatlar və mistik ayinlər qadağan edildi, qismən kollektivləşdirmə aparıldı və kiçik kəndli təsərrüfatları formalaşdı, kənd təsərrüfatı məhsullarının paylanmasını dövlət öz üzərinə götürdü. Çin əvvəlcə SSRİ təcrübəsini təqlid etməyə çalışdı və sovet mütəxəssislərindən istifadə etdi. Mao tərəfindən bəyənilməyən Stalinin şəxsiyyətinə pərəstişin ifşasından sonra Çin və SSRİ arasında fikir ayrılıqları yarandı. Mao Tsedunun göstərişi ilə Çin mətbuatı Çin xalqında "qeyri-sağlam maraq" oyatmamaq üçün Sov.
Hidravlik sıçrayış
Hidravlik sıçrayış (ing. Hydraulic jump) — hidravlika elmində, çaylar və suaşıranlar kimi açıq kanal axınında tez-tez müşahidə olunan bir hadisədir. Yüksək sürətlə sıvı(maye) aşağı sürətlə bir bölgəyə töküldükdə, sıvının səthində qəfildən artım olur. Sürətlə axan sıvı qəflətən yavaşlayır və hündürlükdə artır, bu da axının ilkin kinetik enerjisinin bir qismini potensial enerjinin artmasına çevirir. Enerjisinin birazı da çalxanmaq (türbülans) yoluyla istilik şəkilində yox olurlar. Tanımlama: Hidravlik sıçrayış, axının daşqın rejimindən (supercritical'dan) çay rejiminə (subcritical'a) keçdiyi və su səthində qəfildən yüksəliş yaradan bir hadisədir.
Heçliyə sıçrayış (roman)
Heçliyə sıçrayış (rus. Прыжок в ничто) — Aleksandr Belyayev tərəfindən elmi-fantastika janrında yazılmış roman. Əsərdə bir qrup qərbli kapitalistin kommunizm inqilabından qaçmaq macəralarından bəhs olunur. Kapitalistlər qəti qərar çıxarırlar ki, Yer planetində onlara xilas yoxdu. Odur ki, kapitallarının köməkliyi ilə kosmik gəmi — Nuhun gəmisi -ni tikdirərək kosmosa qaçırlar. Siolkovskinin ideyalarına əsaslanan və Venera planetində baş verən macəralar olduqca maraqlı və düşündürücüdür. Yazıçı bu əsəri nəşriyyata ona ad vermədən təqdim edib. Üzərində çox düşünsə də romanı adlandırmaqda çətinlik çəkib. Nəşriyyatda romanı adlandırmaq üçün hətta mükafat da təyin edilib. Buna baxmayaraq elə yazıçının özü əsəri adlandırmağa müvəffəq olub.
Demokratiya və Sıçrayış Partiyası
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.

Значение слова в других словарях