SƏHV

SƏHV O vaxt Qeysər, fikrinin səhv anlaşıldığını duydu (M.Hüseyn); XATA (dan.) [Əli bəy:] O ki qaldı axund Molla İman, onun fikri başdan-ayağa yanlış və xatadır (S.S.Axundov); QƏLƏT (dan.) Gülcamal: Əə, yoxsa dalımca bir söz danışmısan, ya da siyasi qələt dartmısan (M.İbrahimov); QÜSUR Beləliklə səhv çox olduqca cəza da o qədər ağır olurdu. Uşaq başqa bir qüsur buraxmış olsa, o vaxt falaqqa işə düşürdü (S.S.Axundov); YANLIŞ Adilə: Sən jurnalistikada ənənə məsələsini çox yanlış başa düşürsən (Ə.Qasımov); NÖQSAN (bax).

SƏHRA
SƏXAVƏT
OBASTAN VİKİ
Səhv səcdəsi
İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin: Təşəhhüdü unutsa. Dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığı barədə şəkk edərsə. Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. Namaz əsnasında səhvən danışsa. Namazın salamını verməli olmadığı yerdə məsələn, birinci rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq. Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin. Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir, amma səhvən nalə çəksə, ya "ah" çəksə və ya "ah" desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
== Məzmun == Rejissorun bu filmini modern rejissor işi adlandırmaq olar. Film Ruhi Xəstəliklər Xəstəxanasında çəkilmişdir. Müəlliflər burada müalicə olunan ruhi xəstələri dəli kimi deyil, əsl ağıllı insanlar kimi göstərməyə çalışmışlar. == Festivallar və mükafatlar == 1) 1992-ci ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı Filmə Baş Mükafat və Diplom verilmişdir. 2) 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Yavər Rzayevə Priz və Diplom verilmişdir. Ən yaxşı operator işinə görə Rafiq Quliyevə və İsrafil Ağazadəyə Priz və Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Yavər Rzayev Operator: Rafiq Quliyev, İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov, Teymur Abdullayev Məsləhətçi: Ağabəy Sultanov Prodüser: Cavanşir Kamandar, Anatollu Qasımov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Düzələn səhvlər (film, 1986)
Düzələn səhvlər (ing. Righting Wrongs, kantonca: Zhi fa xian feng) — 1986-cı ildə döyüş janrında çəkilən filmdir. Filmin ABŞ versiyasında adı "Qanun naminə" (ing. Above the Law) kimi səslənir. == Məzmun == Hsia Linq-Çenq mafiya başçısını müxtəlif cinayətlərlə bağlı ittiham edən cavan vəkildir. Lakin Yeni Zelandiyada son məhkəmə ərəfəsində əsas şahid naməlum səbəbdən silahlılar tərəfindən öldürülür və Hsia onu xilas edə bilmir. Bu səbəbdən Hsia Linq-Çenq məhkəmə işi ilə şəxsən məşğul olmağa başlayır... == Rollarda == == Maraqlı faktlar == Filmin Kanton, Mandarin və İngilis versiyalarında sonluğu fərqlənir. Kanton versiyasının sonluğunda Hsia ölür. İngilis versiyasında Hsia sağ qalır və 8 il iş verilir.
Həkim səhvi
Həkim səhvi — həkimin və ya hər hansı digər tibb işçisinin peşə fəaliyyəti zamanı bilmədən səhv etməsi. Səhlənkarlıq buna aid deyil. == Hüquqi tərəfi == Qanunda "Həkim səhvi" termini yoxdur, buna görə də vəkillər, ümumiyyətlə, bundan istifadə etmirlər. Əsasən, tibbi ədəbiyyatda yayılmışdır, lakin hətta burada bu terminin ümumi qəbul edilmiş konsepsiyası yoxdur. == Təsir == Qlobal olaraq, 2013-cü ildə tibbi müalicənin mənfi təsirlərindən 142.000 insanın öldüyü təxmin edilir, 1990-cı ildə bu rəqəm 94.000 idi. 2000 Tibb İnstitutunun hesabatında tibbi səhvlər nəticəsində 44.000 ilə 98.000 arasında ölüm və ABŞ xəstəxanalarında hər il 1.000.000-dan artıq yaralanma təxmin edildi. İngiltərədə 2000-ci ildə edilən bir araşdırma hər il təxminən 2 milyard funt sterlinqə başa gələn 850.000 tibbi səhvin meydana gəldiyini aşkar etdi. 2002-ci il Səhiyyə Tədqiqatları və Keyfiyyət Agentliyi hesabatına görə, dərman səhvlərindən hər il təxminən 7000 insanın öldüyü təxmin edilmişdi. Tibbi səhvlər dünyada 10 xəstədən birinə təsir göstərir. Digər hesablamada isə hər il 180.000 insanın yatrogen zədə nəticəsində öldüyü bildirilir.
Mənim səhvim (film)
Mənim səhvim (isp. Culpa mía) – 2023-cü ildə çəkilmiş ispan romantik dram filmi. Dominqo Qonzalesin rejissor kimi ilk işidir və baş rollarda Nikol Volles və Qabriel Qevaradır. Film Mersedes Ronun eyniadlı Wattpad hekayəsinə əsaslanır. Noy anasının yeni ərinin malikanəsinə köçmək üçün şəhərini, sevgilisini və dostlarını tərk etməlidir. Orada o, yeni ögey qardaşı Nik ilə tanış olur və onların şəxsiyyətləri əvvəldən toqquşur. Lakin aralarında istəmədikləri şəkildə məhəbbət münasibətləri başlayır. Nikol Volles Noy rolunda. Qabriel Gevara Nik rolunda. Marta Azas Rafaella rolunda.
Zamanın səhvi
Zamanın səhvi (ing. Time Lapse) — rejissor Bredli Kinqin çəkdiyi elmi fantastika janrında olan filmdir. Filmdə baş rolları Daniel Panabeyker, Metyu O'Liri və Corc Finn canlandırmışdır. Filmin premyerası 18 aprel 2014-cü ildə Brüssel fantastik filmlər festivalında baş tutmuşdur. Filmin Rusiyada premyerası isə 19 sentyabr 2014-cü ildə baş tutmuşdur. == Süjet xətti == Fin, Kelli və Casper yaşayış kompleksinin xudmani mənzilində yaşayan üç dostdur. Fin komendant işləsə də, həyatını rəssamlığa həsr etmək istəyən bir oğlandır. Kelli hekayələr yazsa da, ofisiant işləməyə məcbur olan bir qızdır. Casper isə varlanmaq sevdası ilə mərc oyunlarına aludə olmuş biridir. Dostlar günlərin bir günü müəmmalı şəkildə yoxa çıxmış qonşu professorun mənzilində nəhəng fotoaparat aşkarlayırlar.

Значение слова в других словарях