SƏY

i. effort; zeal, diligence; ümumi ~lə by common effort(s); ~ göstərmək / etmək to make* efforts; hər cür ~ göstərmək to make* every effort; ~lə işləmək / çalışmaq to work with zeal / diligence

SƏVİYYƏSİZLİK
SƏYAHƏT
OBASTAN VİKİ
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (qısaca: AITF) — Hər il Azərbaycan Respublikasında keçirilən, sənayenin aparıcı üzvlərini bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında öyrənmək imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.. İşgüzar turizm qovşağı ("hub") kimi fəaliyyət göstərən "AITF" sərgisi mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır. Təşkilatçısı "Caspian Event Organisers" şirkəti olan "AITF" sərgisi yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Keçirildiyi illər ərzində Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgilərində dünyanın 40-dan çox ölkəsindən təxminən 2500 şirkət iştirak edib. AITF 2016 sərgisində Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim ediblər. AITF 2017 sərgisində 90-a yaxın turizm istiqamətini təqdim edən 22 ölkədən 272 şirkət iştirak edib. İştirakçılar arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə, Çexiya kimi ölkələrin milli stendləri, eləcə də "Roqaşka Slatina" (Sloveniya) və Stavropol əyalətinin (Rusiya) regional stendləri də var idi. AITF 2018 sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb. AITF 2019 sərgisində ənənəvi olaraq, Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış ediblər.
Azərbaycana Səyahət (1924)
Azərbaycana səyahət filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1924-cü ildə çəkilmişdir. AFKİdə istehsal edilmişdir. Film tamaşaçıları respublikanın mənzərəli təbiəti, onun zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı ilə tanış edir. Film tamaşaçıları respublikanın mənzərəli təbiəti, onun zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı ilə tanış edir. Film rejissor Abbas Mirzə Şərifzadənin rejissor kimi kinoda ilk işidir. Rejissor: Abbas Mirzə Şərifzadə Ssenarist: Aleksandr Litvinov, Yakov Tolçan Operator: Yakov Tolçan, A. Ardatov Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Azərbaycana səyahət (film, 1924)
Azərbaycana səyahət filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1924-cü ildə çəkilmişdir. AFKİdə istehsal edilmişdir. Film tamaşaçıları respublikanın mənzərəli təbiəti, onun zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı ilə tanış edir. Film tamaşaçıları respublikanın mənzərəli təbiəti, onun zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı ilə tanış edir. Film rejissor Abbas Mirzə Şərifzadənin rejissor kimi kinoda ilk işidir. Rejissor: Abbas Mirzə Şərifzadə Ssenarist: Aleksandr Litvinov, Yakov Tolçan Operator: Yakov Tolçan, A. Ardatov Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Azərbaycana səyahət (film, 1988)
Azərbaycana səyahət filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1988-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə yurdumuzun füsunkar təbiətindən, minilliklərin yadigarı olan sənət nümunələrindən söhbət açılır. Filmdə yurdumuzun füsunkar təbiətindən, minilliklərin yadigarı olan sənət nümunələrindən söhbət açılır. Bakının, qədim Gəncənin, kurort şəhəri Şuşanın, respublikamızın dilbər guşələri olan Şəkinin, Qəbələnin, Zaqatalanın turist bazalarında dincəlmək istəyənlər isə film vasitəsilə qiyabi səyahətə çıxa bilərlər. Ssenari müəllifi: Nüsrət Kəsəmənli Rejissor: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Ceyms Kerdin səyahəti
Ceyms Kerdin səyahəti — Cənubi Şetland adalarındakı Fil adasından Cənubi Atlantik okeanındakı Cənubi Georgiya adalarına təşkil olunmuş 1500 km-lik kiçik qayıq səyahəti. Ser Ernest Şeklton və beş yoldaşı tərəfindən başladılan səyahətin məqsədi səyahəti 1914–1917-ci illərdə İmperial Trans-Antarktika ekspedisiyasının əsas gövdəsində qurtarmaq idi, lakin ekspedisiyanın Endurans gəmisinin yoxa çıxmasından sonra Fil adasında yekunlaşmalı oldu. Qütb tarixçiləri səyahətə bu günə kimi kiçik bir qayıqla edilən ən böyük səyahətlərdən biri kimi baxırlar. 1915-ci ili oktyabr ayında Veddel dənizindəki buz sahəsi Endurans gəmisini batırdı və Şeklton və yoldaşları dalğanın axını istiqamətində buz sahəsinin üstündə qaldılar. Onların sağ qaldıqları müddət ərzində qrup üzvləri daşqın düşərgələrini dağıtdığı zaman 1916-cı ilin aprel ayında şimala doğru çəkildilər. Sonra xilasedici qayıqlarında Fil adasına doğru getdilər, burada Şeklton qərara aldı ki, xilasolmağın ən təsirli yolu Cənubi Georgiyada xilasedici qayıqların birini satmaqdır. Üç xilasedici qayıqdan biri olan Ceyms Kerd ən möhkəmi hesab edildi və səyahəti onunla təhlükəsiz sona yetirmək olardı. Şeklton onu ekspedisiyanın maliyyələşməsinə kömək olan istehsalçı və xeyriyyəçi Cənab Ceyms Ki Kerdin şərəfinə adlandırmışdı. Səyahətdən əvvəl, gəmi ustası Henri Makniş onu möhkəmləndirdi və Cənub okeanının əzəmətli dənizlərinə tabe olmaq üçün düzəltdi. Bir sıra böyük həcmli təhlükələrdən qurtulduqdan sonra qayıq 16 gün davam edən səyahətin ardından Cənubi Georgiyanın cənub sahillərinə çatdı.
Con Deyvis (səyyah)
John Deyvis (ing. John Davis; oktyabr 1550 – 27 dekabr 1605) — I Elizabetin baş İngilis dənizçilərindən biri idi. Şimali Qafqazın kəşfiyyatını aparmaq üçün bir sıra səyahətlərə çıxmışdır və Şərqi Hindistana səfərləri zamanı həm Holland, həm də İngilis dilində pilot və kapitan kimi xidmət etmişdir. 1592-ci ilin avqust ayında Folklend adalarını (Böyük Britaniyanın dəniz əraziləri) kəşf etdi. Deyvis 1550-ci ildə Devon şəhərindəki "Stoke Gabriel" qəsəbəsində anadan olub və uşaqlığını "Sandridge Barton" yaxınlığında keçirmişdir. Onun uşaqlıq dostları Adrian Qilbert, Hamfrey Qilbert və Volter Ralig olmuşdur. Volter Ralig isə kəşfiyyatçının ən yaxın dostlarından biri olmuşdur. O, 1583-cü ildə kraliçanın katibi Uolsinqem Frensis ilə Şimal-Qərb keçidi səyahətinə çıxmışdır.1585-1587-ci illərdə ingilis Con Deyvis Şimal-qərb dəniz yolunu tapmaq üçün üç dəfə cəhd etmiş və Deyvis boğazından keçmişdir. Yeni torpaqların kəşf edilməsi və kəşf edilməsi ilə üz-üzə gələn Davis, bir İspan və ya Fransız gəmisini qurma şansını qaçırmadı.Məşhur naviqatorlar və quldurları ilə bir sıra səfərlər etdi.Beləliklə, 1585-ci ildə Qrinlandın yenidən keşfedicisi (Vikinqlərdən sonra) oldu.Magellan Boğazından Atlantik okeanına çıxarkən, əvvəllər Deyvisin komandasının başçılığı altında kiçik bir pirat gəmisi "Qara Ölüm" ("Qara Ölüm") 21 mart 1592-ci il tarixində Perudan İspaniyaya qızıl gətirən "Infanta" gəmisinə hücum etdi.Coğrafi kəşflər tarixinin nəticəsi olan bu hadisə romantik bir tarixə malik idi. 1586-cı ildə ikinci səfər zamanı Baffin torpağlarının Kamberland körfəzini tapdı, Şimali Amerika sahillərini ətraflı araşdırdı və Hudzon Boğazının dəqiq yerini təyin etdi.1601-1603-cü illərdə Deyvis Cənub-Şərqi Asiyaya Ceyimis Lançestirin üzən pilotu (bu,Şərqi Hindistan Kompaniyasının ilk ticarət ekspedisiyası) kimi yelkəndə iştirak etmişdir.
Dəniz səyahəti (film, 1992)
Bu alleqorik nağıl acınacaqlı taleyi olan itaətkar qoyunlar haqqındadır. Günlərin birində onların arasına "gözüaçıq" bir qoyun düşür və o hiss edir ki, qoyunları sürü ilə harasa, gedər-gəlməzə aparırlar. Qoyun öz taleyindən qaçıb canını qurtarmağa çalışır və yolunu...dənizdən salır... Titrlər: Filmin adı "Dəniz səyyahəti" olaraq yazılmışdır. Doğrusu "Dəniz səyahəti"dir. Ssenari müəllifi: Murad İbrahimbəyov Kinorejissor: Elçin Axundov Quruluşçu rəssam: Gülşən Quliyeva, Elçin Axundov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov Montaj edən: Nisə Hacıyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Arifə Hatəmi, Rauf Dadaşov, Gülşən Quliyeva, Vaqif Məmmədov, Aleksandra Şirinova, Ələkbər Məmmədov, Cahangir Süleymanov, Firəngiz Quliyeva Assistent: Z.Rəhimova, Solmaz Hüseynova Rəssam: Tamilla Əsgərova, Hüseyn Cavid İsmayılov Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Seyid Əhmədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Dəniz səyyahı Sindbadın macəraları (film, 1941)
Film saxlanılmayıb. 1941-1945-ci illər müharibəsinin başlanması ilə əlaqədar filmin istehsalı yarımçıq qalmışdır. Film səsli olmalı idi.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Hacı Səlim Səyyah
Hacı Səlim Səyyah (tam adı: Qasımzadə Hacı Səlim Hacı Qasım oğlu; d.1869, Vilnüs şəh. — ö.1943, Bakı şəh.) — maarif xadimi, pedaqoq, şair. Hacı Səlim Səyyah 1869-cu ildə Vilnüsdə ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini Vilnüsdə (1883-1885) rus dilində almışdır. Daha sonra İstanbulda türk və fars dillərində (1885-1887) ibtidai, Misirdə "Cameyi-əzhər"də ərəb dilində (1887–1900) orta təhsil almışdır. Hacı Səlim Səyyah Bakıda "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi ikiillik pedaqoji kurslarda (1906–1907) dinləyici olmuş, ibtidai məktəb müəllimi hüququ qazanmışdır. İstanbulda təhsil aldığı illərdə mühacir komissiyasında işləmiş, Robert Lens adlı bir səyyahın yanında xidmətə başlamış, Türkiyə, Rusiya, Misir, Hindistan və Bolqarıstan,Ərəbistan, Afrika ölkələrinə səyahət etmişdir. Bombey şəhərində ingilislərin təşkil etdiyi "Ölüm qəhvəsi" cəmiyyətinə yazılmış, mason lojasının üzvü olmuşdur. Səyahətinin ilk çağlarında Ərəbistanda muzdlu hərbi xidmətə qəbul olunmuş, dağıstanlı Məhəmməd paşanın komandası altında ərəb üsyanının yatırılmasında iştirak etmişdir. Hacı Səlim Səyyah dörd il Qahirənin "Əl-Əhzəd" Universitetində oxumuş, Suriyada "Sehr-ül-hilayə" adlı kitabı çıxmışdır.
Hacı Səyyah
Mirzə Məhəmməd Əli (fars. میرزا محمد علی‎) — İranlı diplomat, səyyah və dövlət xadimi. Tarix ədəbiyyatlarında etmiş olduğu səyahətlərə görə Hacı Səyyah (fars. حاج سياح‎) təxəllüsü ilə tanınmışdır. Mirzə Məhəmməd Əli, Amerika Birləşmiş Ştatları vətəndaşlığı almış ilk iranlı hesab olunur. Belə ki, Kaliforniya ştatının XII Dairə Məhkəməsinin vermiş olduğu qərara əsasən ona, 1875-ci ilin 26 may tarixində rəsmi olaraq ABŞ vətəndaşlığı verilmişdir. Hacı Səyyah 1836-cı ildə Qacar dövlətinin Məhəllat şəhərində anadan olmuşdur. Gənc yaşlarından etibarən müasir və demokratik tədqiqatlar, ədəbiyyatlarla tanış olmağa başlamış və dövrünün fərqli fikirlərindən təsirlənmişdir. XIX əsrin ortalarında İranda mövcud olan avtokratik hökmdarlarıq dövründə Hacı Səyyah dünyanı gəzməyə və dünyanın müxtəlif yerlərində yerləşən cəmiyyətlərin gündəlik həyatını öyrənməyə qərar verir. Hacı Səyyah 23 yaşında olarkən tək başına dünya səyahətinə çıxmışdır.
Hacıabad-i Səyyadə (Qürvə)
Hacıabad-i Səyyadə (fars. حاجي آباد سيده‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Hobbit: Gözlənilməz səyahət (film, 2012)
Hobbit: Gözlənilməz səyahət — 2012-ci ildə rejissor Piter Cekronun çəkdiyi fantakstik janrda film. Film Hobbit film seriyasının ilk filmidir. Üzüklərin Hökmüdarı film seriyasının ilk filmi hesab olunur. Film 1937-ci ildə Con Tolkinin qələmə aldığı "Hobbit" əsəri əsasında çəkilmişdir. 111-ci doğum gününü qeyd etməyə hazırlaşan Bilbo Beqqins, 60 il öncəki hadisələri kitab halında qardaşı oğlu Frodo Beqqins üçün yazmağa başlayır. Uzun illər öncə, Dağ altı və Cırtdanlar kralı Kral Tror, Əjdaha Smauqun dağ altına hücum etdiyi zamana qədər xalqına və qohumlarına rifah dolu dövr yaşadır. Əjdaha Smauq əvvəlcə yaxınlıqda yerləşən Deyl şəhərini məhv edir. Daha sonra isə Tək Dağa, hücum edərək, cırtdan krallığını məhv edir. Cırtdanları öz yurdlarından qovur və onların sərvətinə hakim olur. Cırtdanlar qaçarkən Kral Trorun nəvəsi Torin, dağın təpəsində Elf Kralı Tranduili elf ordusu ilə birgə görür və onlardan kömək istəyir.
Həsən Səyyar
Həsən Səyyar — Azərbaycan şairi.
Kolumbdan əvvəl dünya səyahəti
Kolumbdan əvvəl dünya səyahəti - 1492-ci ildə Xristofor Kolumbun Amerikanı kəşf etməsindən əvvəl, Avropada yaşayan xalqların Amerikaya getməsi barədə müxtəlif faktlar və iddialar vardır. İddialara əsasən Amerikada yaşayan yerli xalqlar müxtəlif vaxtlarda Afrika, Asiya, Avropa və Avstraliya və Okeaniyada yaşayan yerli xalqlarla əlaqə yaratmışdılar. Arxeloji qazıntılar və elmi araşdırmalar zamanı bu iddiaların yalnız biri təsdiqlənmişdir. Eramızın 1000-inci ilinə aid Vikinqlərə məxsus Nyufaundlend adasında Lase au Medos yaşayış mərkəzi aşkarlanmışdır. Digər iddialar isə elmi baxımdan təsdiqlənməmişdir.
Kosmos: fərdi səyahət (film, 1980)
Kоsmos: fərdi səyahət (ing. Cosmos: A Personal Voyage) — Каrl Saqan, Enn Druyn və Stiven Soter tərəfindən yazılmış və Saqanın aparıcılığı ilə çəkilmiş sənədli filmdir. Serial həyatın yaranışından insanın kainatdaki yerinə kimi müxtəlif elmi mövzulara həsr edilmiş 13 epizoddan ibarətdir. 1980-ci ildə ilkin serial "PBS" kanalında yayınlaşmışdır. Seriala elavə olaraq "Коsmos" (1980) adlı kitabı buraxmışdır. 1989-cu ildə serialın yayın hüquqları Turner Home Entertainment kanalı tərəfindən alınır.
Mehman Səyyadov
Mehman Sayadov (Sayadov Mehman Qəzənfər oğlu; 21 noyabr 1972, Canəhməd, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Mister Bin səyahətdə (film, 2007)
Mister Bin səyahətdə (ing. Mr. Bean's Holiday) — 2007-ci ildə çəkilmiş ingilis komediya filmi.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Molbertlə Dünya Ölkələrinə Səyahət (1965)
Film Azərbaycan rəssamı Kamil Nəcəfzadənin səyahətlərindən, onun işlərindən, bu səfərlərdən aldığı təəsüratlardan bəhs edir.
Molbertlə dünya ölkələrinə səyahət (film, 1965)
Film Azərbaycan rəssamı Kamil Nəcəfzadənin səyahətlərindən, onun işlərindən, bu səfərlərdən aldığı təəsüratlardan bəhs edir.
Məkanda və zamanda səyahət
Məkanda və zamanda səyahət (ing. An Adventure in Space and Time) — «Doktor Kim» serialın 50 illik yubileyə həsr olunmuş Britaniya yarı sənədli televiziya filmi.
Rəmənə Səyəhi
Ramana Sayahi (4 oktyabr 1982) — İran əsilli kanadalı Aktyor, model və vizajistdir. Səyahi İranın Əhvaz şəhərində anadan olub. O, həmçinin Kanadanın Toronto şəhərində yaşayır. O, təbii olaraq Ancelina Coliyə bənzədiyi üçün qrafika fakültəsinin məzunudur və hazırda model kimi işləyir və Torontoda model kimi işləyən aktyorluq təcrübəsi var. İlk dəfə 18 yaşında anası televiziyada bu qadının sənə nə qədər oxşadığını, Hollivud aktyoruna oxşadığını, amma o zamanlar onun üçün çox da əhəmiyyət kəsb etmədiyini göstərmişdi.
Sevgiyə səyahət (şeirlər toplusu)
Sevgiyə səyahət – Amerikalı modernist şair Uilyam Karlos Vilyamsın 1955-ci ildə çap olunmuş şeir kitabı. Şairin həyat yoldaşına həsr etdiyi kitabda olan şeirlərin böyük əksəriyyəti üç misralıq bəndlərdən ibarət olsa da, bəzilərinə “ölçünü tamamlamaq üçün qısa bir 4-cü misra” da əlavə olunub.

Значение слова в других словарях