Tülpan ağacı
== Təbii yayılması: ==
Təbii halda Şimali Amerikada yayılmışdır.
== Botaniki təsviri: ==
Hündürlüyü 20-30 m, eni 20-24 m, gövdəsinin diametri 50 sm olan, şaxələnmiş, yumru çətirli ağacdır. Yarpaqların uzunluğu 8-22 sm, eni 6-25 sm-dir. Yarpaqların üstü parlaq yaşıl, payızda isə sarımtıl rəng alır. Tumurcuqları iri, küt, 2 qabıqlıdır. Çiçəkləri ikicinsli, görünüşünə görə tülpanın çiçəklərinə bənzəyir, tək, diametri 3-10 sm, yaşılımtıl-sarıdır. Çiçək yanlığının 9 xırda yarpağı vardır, onlardan üçü üstdə, yumurtavari-neştərvari, yaşılımtıl-ağ, tez tökülən kasayarpaqlı və altı enli-yumurtavari, açıq yaşıl, içəridə ləçəkləri yerləşir. Çiçəkləri zəif xiyar ətirlidir. Erkəkcikləri və dişicikləri sünbülün ətrafında spiral şəklində yerləşir; erkəkcikləri tökülür, dişicikləri isə qanadcıq formasında olur. Çiçəkləməsi iqlim şəraitindən asılı olaraq apreldən iyuna qədər davam edir.