TƏHLİLİ
TƏHLÜKƏLİ
OBASTAN VİKİ
Təhlükə
Təhlükə — şəxslərə, heyvanlara və ya ətraf mühitə mənfi təsir edən durum. Məsələn, yol işarələri olan piktoqramlar vasitəsilə qarşıda təhlükələr olduğu bildirilir. Təhlükə, fəlakət, böhran kimi anlayışlar gündəlik həyatımızla sıx bağlıdır. Qəzet səhifələrindən, televiziya ekranlarından hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli oluruq: bütün bunlar mənim də başıma gələ bilər. Elə ona görə insan özünü faciələrlə dolu bu dünyada dayaqsız və aciz hiss edir. Ona elə gəlir ki, təhlükə onu hər yerdə-evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım izləyir.
Ekoloji təhlükə
Ekoloji təhlükə — insan və cəmiyyətin həyatı üçün zəruri ehtiyaclarına və təbii ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyət. Ekoloji təhlükə zonası- insanın təsərrüfat və ya digər fəaliyyəti nəticəsində ətraf mühitin dərin dəyişilməsi baş verən və insanın həyatı üçün təhlükəli ərazi. Ekoloji təhlükəli vəziyyət- təbii ətraf mühitin dağılma təhlükəsi vəziyyətində antropogen və təbii təsirlər altında neqativ dəyişikliklərlə səciyyələnən, həmçinin təbii fəlakətlər və qəzalarla nəticələnən, bu səbəbdən də insanların və cəmiyyətin həyatına təhlükə yaradan vəziyyət. Ekoloji təhlükəsizlik sistemi- biosfer və antropogen, həmçinin təbii xarici yük arasında tarazlığı saxlamağa yönəldilən qanunverici, tibbi və bioloji tədbirlərin məcmusu. Ekoloji təhlükəsizliyin təmin edilməsi- ekoloji təhlükəli vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, onların nəticələrinin və gələcəkdə baş verə biləcək neqativ təsirinin aradan qaldırılması üzrə fəaliyyət sistemi. Ekoloji tərbiyə- insanda ətraf mühitə qarşı şüurlu münasibət, ona ehtiyatla yanaşmağın, zənginliklərinin qorunması, təbii resurslarından səmərəli (ağılla) istifadə etməyin vacibliyini aşılamaq, formalaşdırmaq. Ekoloji tərbiyədə mətbuat, radio, televiziya verlişləri, "yaşıl" hərəkatlar və s. böyük rol oynayır. Ekoloji tərbiyənin inkişafına beynəlxalq əlaqələr (MSOP, YUNESKO, "İnsan və biosfer" YUNEP və s.) imkanlar açır.
Qırmızı təhlükə
Qırmızı təhlükə (ing. Red Scare ; rus. Красная угроза) — Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən ilk olaraq 1919–1920-ci illərdə siyasi fəallara və sosialistlərə qarşı başladılmış antikomunist təbliğat. İkinci dünya müharibəsindən sonrakı 1947–1957-ci illərdə də ABŞ daxilində və xaricində federal hökuməti devirmək istəyən komunistlərə qarşı silah kimi istifadə olunmuşdur. Birinci Qırmızı təhlükə, 1917-ci ildə Rusiyada gerçəkləşdirilmiş oktyabr inqilabından sonra dünya üzərində sosializm tərəfdarlarının artmasından sonra başladılmışdır. Əslində Qırmızı təhlükə termini ABŞ hökumət rəsmilərinin kommunizmə olan qorxularını ifadə etməkdə idi. 1920-ci illərdə anarxist, kommunist və digər radikal sol qrupların təxmini sayı 150.000 civarında dəyişirdi. Bu göstərici XX əsrin 20-ci illəri Amerikasının əhalisinin 1%-nə bərabər idi. ABŞ rəsmiləri ölkə daxilində kommunizmin yayılmasından qorxurdu və 1919-cu ildə başlamış fəhlə tətilləri bu narahatlığı daha da artırırdı. Boston polisi, yüz minlərlə metal və kömür mədənçisi tətillərə başladı.
Sarı təhlükə
Sarı təhlükə ing. yellow peril), "Çin təhdidi" (ing. China threat yaxud ing. Chinese danger) — ayrı -ayrı Asiya xalqlarından və dövlətlərindən, ilk növbədə ÇXR-dan potensial təcavüz qorxusu ilə əlaqəli anlayışlardır. Fransız publisisti Pol Lerua Bolye (1843-1916) ilk dəfə "Şərqin oyanışı" - Çin və xüsusilə Yaponiya kimi ölkələrin güclənməsi ilə bağlı narahatlığını ifadə etmişdir. Fransada yaranan bu termin, Almaniya, İngilis İmperatorluğu, ABŞ və Şərqdə geniş maraqları olan ölkələrin imperialist dairələrində daha geniş yayılmışdır. Bu ifadə Alman imperatoru II Vilhelm tərəfindən tez-tez istifadə edildiyindən Avropa ölkələrinin ictimai-siyasi lüğətinə daxil olur və ksenofobik, cinqoist bir məna qazanır. Hal-hazırda bu termin "Asiya pələngləri"-nin və əsasən Çin Xalq Respublikasının inkişafı ilə əlaqədar olaraq yenidən istifadə olunmağa başlanıb. XIX əsrin sonu - XX əsrin əvvəllərində Uzaq Şərq xalqlarına irqi nəzəriyyələr kontekstində "ağ"-lara qarşı duran "sarı"-lar kimi baxılmağa başlanıldı. Tarixçi Viktor Dyatlov qeyd edir ki, XX əsrin əvvəllərində "sarı təhlükə" yəhudi sui -qəsd nəzəriyyəsi ilə birlikdə iki "böyük ksenofobiya" dan biri idi.Üstəlik, bu iki fobiya bir — dünya sui -qəsd nəzəriyyəsində birləşə bilər.
Seysmik təhlükə
Seysmik təhlükə — zəlzələ nəticəsində qruntun titrəyişləri və bu titrəyişlərin təsiri ilə əmələ gələn sürüşmə yanğın və s. dolayı hadisələri özündə birləşdirir. Zəlzələ zamanı fiziki obyektlərin dağılması və zədələnmələri, əsasən qrunt titrəyişləri ilə əlaqədardır. Qrunt titrəyişləri isə amplitut-tezlik tərkibləri və davamiyyəti ilə səciyyələnir. Seysmik təhlükənin müəyyən edilməsi üçün hesablamalar ilk dəfə 1968-ci ildə C. Allin Cornell tərəfindən tərtib edilmişdir onların əhəmiyyətindən və istifadə səviyyəsindən asılı olaraq olduqca mürəkkəb ola bilər. Regional geologiya və seysmologiya mühiti əvvəlcə seysmometr qeydlərindən həm dərinlikdə, həm də səthdə zəlzələnin baş vermə mənbələri və nümunələri üçün araşdırılır; ikincisi, bu mənbələrdən təsirlər yerli geoloji süxur və torpaq növlərinə, yamac bucağı və qrunt sularının şəraitinə nisbətən qiymətləndirilir. Beləliklə, oxşar potensial zəlzələ zonaları müəyyən edilir və xəritələrdə çəkilir. Tanınmış San Andreas qırığı, Sakit okean atəş halqası ilə əlaqəli kontinental kənarlar boyunca bir çox sahələr kimi, daha böyük potensial hərəkətə malik uzun dar elliptik zona kimi təsvir edilmişdir. Seysmik təhlükə dedikdə verilən ərazidə kifayət qədər böyük zaman intervalında (50, 100, 500 il və s.) müəyyən səviyyəli seysmik effektin baş verməsi ehtimalı nəzərdə tutulur. Uzun müddətli seysmik təhlükənin qiymətləndirilməsi, Azərbaycanın da aid edildiyi seysmik cəhətdən aktiv ərazilərdə yerləşən dövlətlərin dayanıqlı inkişafını (şəhərsalma, torpaqdan istifadə insanların həyatlarını və əmlaklarını sığortalama və s.
Təhlükə zonası
Təhlükə zonası (ing. The Hurt Locker) — 2008-ci il ABŞ istehsalı müharibə-triller filmi. Film doqquz "Oskar" mükafatına namizəd olub və altı kateqoriya üzrə qalib gəlib. ABŞ ordusunun qulluqçusu serjant Vilyam Ceyms İraqda həyatı bahasına başa gələ biləcək zərərsizləşdirmə missiyasındadır — hər an partlamağa hazır olan minaların əhatəsindədir. Təhlükə zonası — Internet Movie Database saytında.
Birinci qırmızı təhlükə
Birinci qırmızı təhlükə — Amerika Birləşmiş Ştatları tarixində güclü antikommunizm və antianarxizm ilə xarakterizə olunan, real və xəyali hadisələr səbəbindən Amerika cəmiyyətinin sağ və solçu sektorları arasında tez-tez sosial gərginliklərin yaşandığı dövr. Aktual hadisələrə Rusiyadakı bolşevik inqilabı, onun Amerika proletariatına təsiri və anarxist terrorizmi daxildir. Bu gərginlik mühitinin zirvəsi 1919-cu ildən 1920-ci ilə qədər baş tutan terror aktları və məhkəmələrdir. Bolşevizm və ABŞ-da kommunist inqilabı təhlükəsi ölkənin yaşadığı sosial narazılıq dalğasını, 1919-cu ildə Çikaqo irqi iğtişaşları kimi bununla əlaqəli olmayan hadisələrlə izah etmək üçün bir arqument kimi istifadə edilmişdir.
Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurası
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası — 1991-ci il mayın 14-də Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibov tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurası adı ilə yaradılıb. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən yaradılan məşvərətçi orqandır. Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır və səlahiyyətlərinə aid edilmiş digər funksiyaları yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasının sədridir. Təhlükəsizlik Şurasının üzvlərini, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti təyin və azad edir. Təhlükəsizlik Şurası öz işini iclaslar vasitəsilə həyata keçirir. Təhlükəsizlik Şurasının iclaslarının gündəliyini Təhlükəsizlik Şurasının sədri müəyyən edir. Təhlükəsizlik Şurasının iclaslarının təşkilini Təhlükəsizlik Şurasının katibi təmin edir. Təhlükəsizlik Şurasının katibi Təhlükəsizlik Şurasının funksiyalarının həyata keçirilməsini təmin edən vəzifəli şəxsdir. Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu - publik hüquqi şəxs (bundan sonra – İnstitut) “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanına əsasən yaradılan və qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) strukturuna daxil olmayan tabeliyindəki qurumdur. İnstitutun fəaliyyətinin əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdən ibarətdir. Qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması; Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilməsi; Qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsinin elmi əsaslarının formalaşdırılması və elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi; Elmi cəhətdən əsaslandırılmış və qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin) və digər normativ hüquqi aktların layihələrinin işlənilib hazırlanması; Qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə bağlı tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi, tələb olunan sənədlərin hazırlanması və təlimlərin keçirilməsi; Qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) *Xidmətlərinin göstərilməsi; Qida təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə təlim və tədrislərin təşkili; Elmi-praktiki konfransların, simpoziumların, seminarların, yığıncaqların və görüşlərin təşkili; Qida təhlükəsizliyi sahəsində əhalinin məlumatlandırılması məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi; Fəaliyyət istiqamətlərinə uyğun olaraq qida təhlükəsizliyi sahəsinin inkişafı ilə bağlı tədbirlər görür Qida təhlükəsizliyi sahəsinin elmi əsaslarını işləyib hazırlayır və Agentliyə təkliflər verir; Hüquqi və fiziki şəxslər üçün qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir; Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və İnstitutun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir; Elmi cəhətdən əsaslandırılmış və qida məhsullarının təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, qida təhlükəsizliyi sahəsində qanunvericilik aktlarını, o cümlədən texniki normativ hüquqi aktları *(sanitariya norma və qaydalarını, habelə gigiyena normativlərini), inkişaf konsepsiyalarını və məqsədli proqramları işləyib hazırlayır və Agentliyə təqdim edir, habelə onların həyata keçirilməsində iştirak edir; Qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsinin və risklərin idarə edilməsinin elmi əsaslarını işləyib hazırlayır və agentliyə təkliflər verir; Risk qiymətləndirilməsi zamanı insanların həyat və sağlamlığı üçün mövcud və ya gələcəkdə yarana biləcək təhlükələri araşdırır və həmin təhlükələrin qarşısının alınması istiqamətində Agentliyə təkliflər verir; Nizamnaməsinə uyğun olaraq dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin qida təhlükəsizliyi sahəsi üzrə fəaliyyətini əlaqələndirir; Qida təhlükəsizliyinə dair beynəlxalq standartların tətbiq edilməsi üzrə məsləhətlər verir və təlimlər keçirir; Rasional fizioloji normaların, habelə qida təhlükəsizliyi baxımından insanlar üçün qida mənbəyi olan heyvanların və bitkilərin sağlamlığına, habelə insan üçün qida mənbəyi olan heyvanların yemlənməsində istifadə olunan yem və yem əlavələrinə dair texniki normativ hüquqi aktların hazırlanmasında iştirak edir; Qida məhsulları və onların təhlükəsizliyi sahəsində əhalinin, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərin məlumatlandırılması məqsədilə məktəbəqədər və orta təhsil müəssisələrində və digər yerlərdə düzgün qidalanma, qida mədəniyyəti və s. məsələlərlə bağlı maarifləndirmə işlərini həyata keçirir; Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinin təmin olunması, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiq edilməsi ilə bağlı təkliflər verir; Qida təhlükəsizliyi sahəsində elmi, texniki və praktiki məsləhət xidmətlərinin göstərilməsini həyata keçirir; Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər verir; Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq götürülmüş nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin edir, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün Agentliyə təkliflər verir; Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqatların aparılması ilə bağlı xidmətlərin göstərilməsini təşkil edir; Dövlət və kommersiya sirrinin qorunması, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür; Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir; Qida təhlükəsizliyi sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir; Yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına köməklik göstərir; Fəaliyyəti ilə bağlı arayış və hesabatlar hazırlayır, Agentliyə təqdim edir; Kargüzarlığı, vətəndaşların qəbulunu normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir; İnstitutun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür; İnstituta ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir; İnstitutun informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir; Strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür; Qida təhlükəsizliyi sahəsində cinayət əlamətləri aşkar etdikdə aidiyyəti üzrə məlumat verir. Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir. Fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun olaraq, dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq, təhlillər, ümumiləşdirmələr və müşahidələr aparmaq, rəylər vermək, təklif və arayışlar hazırlamaq; Fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumlar keçirmək, habelə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq; Fəaliyyət istiqamətləri üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək; Agentliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və onlarda iştirak etmək, filial, nümayəndəlik və idarələr yaratmaq; Agentliyin razılığı ilə beynəlxalq və regional təşkilatlarda Agentliyi təmsil etmək; Fəaliyyət istiqamətləri üzrə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək; Müstəqil ekspert, mütəxəssis və məsləhətçiləri öz fəaliyyətinə cəlb etmək; Qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək; Qida təhlükəsizliyi sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək; Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək; Fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq; Əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı Agentliyə təkliflər vermək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və ya qısaca DTX — Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir. 28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir. 2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır.
Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları
Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu. 1919-cu ilin martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərərgahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi.
Açıq təhlükəsizlik
Açıq təhlükəsizlik (ing. Open security) — kompüter təhlükəsizliyi və digər informasiya təhlükəsizliyi problemlərinə yaxınlaşmaq üçün açıq mənbə fəlsəfələrinin və metodologiyalarının istifadəsidir. Ənənəvi tətbiq təhlükəsizliyi hər hansı bir tətbiq və ya xidmətin (Ziyankar proqram və ya arzuolunmaz) qaranlıqlıqla təhlükəsizliyə güvənməsini əsaslandırır. Açıq mənbə yanaşmaları Linux (və müəyyən dərəcədə Android əməliyyat sistemi) kimi bir texnologiya yaratdı. Bundan əlavə, sənədlərə tətbiq olunan açıq mənbəli yanaşmalar vikilərə və ən böyük nümunə olan Vikipediyaya ilham verdi. Açıq təhlükəsizlik, bu problemlərlə qarşılaşan istifadəçilər açıq mənbə fəlsəfələrini istifadə edərək əməkdaşlıq etdikdə təhlükəsizlik pozuntularının və həssaslıqların daha yaxşı qarşılanacağını və yaxşılaşdırılacağını təklif edir. Bu yanaşma istifadəçilərdən qanuni şəkildə əməkdaşlığa icazə verilməsini tələb edir, buna görə də müvafiq proqram açıq mənbəli olmaq üçün qəbul edilən lisenziyaya əsasən buraxılmalıdır; Misal olaraq Massachusetts Institute of Technology (MIT) lisenziyası, Apache 2.0 lisenziyası, GNU Lesser General Public License (LGPL) və GNU General Public License (GPL) daxildir. Müvafiq sənədlərin ümumi qəbul edilmiş "açıq məzmun" lisenziyası altında olması lazımdır; bunlara Creative Commons Attribution (CC-BY) və Attribution Share Alike (CC-BY-SA) lisenziyaları daxildir, lakin Creative Commons "qeyri-kommersiya" lisenziyaları və ya "törəməsiz" lisenziyaları deyil. Developer tərəfində, qanuni proqram və xidmət təminatçıları müstəqil yoxlama və mənbə kodlarının sınanmasına sahib ola bilərlər. İnformasiya texnologiyaları tərəfində, şirkətlər müxtəlif təhlükəsizlik məsələlərinə ümumi təhdidləri, nümunələri və təhlükəsizlik həllərini birləşdirə bilər.
BMT Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarı
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir. 16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi. Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi.Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı. Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir. 16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi. Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi.Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı. Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi 30 may 1992-ci il tarixində qəbul olunmuşdur. 713 (1991), 721 (1991), 724 (1991), 727 (1992), 740 (1992) 743 (1992), 749 (1992) və 752 (1992) saylı qərarları təsdiqlədikdən sonra, Şura Yuqoslaviya Federativ Respublikasının (Serbiya və Monteneqro) 752 saylı Qərarın uğursuz tətbiq etdiyinə görə qınadı. Xorvatiya Ordusundan 752 saylı Qərarın 4-cü maddəsinə hörmət etməsini tələb etdikdən sonra, Şura bildirdi ki, 752 saylı qətnamə yerinə yetirilənə qədər bütün dövlətlər aşağıdakı qaydalara riayət etməlidirlər. Bütün üzv dövlətlərin aşağdakıları etməsini tələb edildi: (a) Yuqoslaviyadan bütün məhsulların və malların idxalının və ya vətəndaşların bu cür ixracatı təşviq etmək istəyən hər hansı fəaliyyətin qarşısını almaq; (b) Humanitar ehtiyaclar istisna olmaqla, Yuqoslaviyaya bütün məhsul və malların satışının qarşısını almaq; (c) Yuqoslaviyaya hər hansı kommersiya, sənaye və ya ictimai fond və ya maliyyə resursları verməmək; (ç) Əgər təyyarə Yuqoslaviyanın ərazisinə endiyi və və ya Yuqoslaviyadan gəldiyi təqdirdə, təyyarələrə qalxma, enmə və ya ölkələrin üzərində uçuş icazəsi verməmək, humanitar mülahizələr istisna olmaqla; (d) Yuqoslaviya ərazisində və ya bu ölkənin istismar etdiyi təyyarələrin texniki xidməti və layihələşdirməni qadağan etmək (e) Yuqoslaviyadakı diplomatik və konsulluq işçiləri sayını azaltmaq; (ə) Ölkədə keçirilən idman tədbirlərində iştirakı məhdudlaşdırmaq; (f) Elmi, texniki və mədəni mübadilə və səfərləri dayandırmaq. Şura daha sonra sanksiyaların Birləşmiş Millətlər Təşkilatının Müdafiə Qüvvələrinə, Yuqoslaviya Konfransına və ya Avropa Cəmiyyətinin İzləmə Missiyasına şamil edilməməsinə qərar verdi. Ayrıca Sarayevoda və şəhərin hava limanında təhlükəsizlik zonası yaradılmasını təklif etdi və 724 saylı qətnaməyə əsasən yaradılan Təhlükəsizlik Şurası Komitəsini silah embarqosunun qüvvədə olmasını izləməyə və bütövlükdə Şuranı vəziyyəti nəzarətdə saxlamağa çağırdı. 757 saylı qətnamə 13 səslə qəbul olundu, iki ölkə Çin və Zimbabve isə bitərəf mövqeyisini saxladılar. Yuqoslaviya milli futbol komandası iyun ayında keçirilməsi nəzərdə tutulan Avro 1992 turnirinin final mərhələsində iştirak etmək üçün seçmə mərhələsinin 4-cü qrupunu lider kimi başa vurdu; 4-cü qrupda ikinci yeri tutan Danimarka komandası final mərhələsində Yuqoslaviyanı əvəzlədi və turnirin qalibi oldu. Qətnamə 1992 Yay Olimpiya Oyunlarının başlamazdan bir az əvvəl qəbul edildi və Beynəlxalq Olimpiya Komitəsi Yuqoslaviya Olimpiya Komitəsinin oyunlara dəvət edilməməsi şərti ilə Yuqoslaviya idmançılarına Müstəqil Olimpiya İştirakçıları və 1992 Yay Paralimpiya Oyunlarında Müstəqil Paralimpiya İştirakçıları adı altında yarışmağa icazə almaqla BMT ilə kompromisə gəldi.
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi — 30 aprel 1993-cü ildə yekdilliklə qəbul edilmiş BMT qətnaməsi. Ermənistanla Azərbaycan arasındakı əlaqələrin pisləşməsinə və döyüşlərin daha da artmasına və bölgədəki humanitar vəziyyətin pisləşməsinə narahatlıq göstərdikdən sonra, şura Dağlıq Qarabağın yaxınlığında Kəlbəcər rayonundakı erməni işğalçı qüvvələrinin təcili olaraq hərbi əməliyyatları dayandırmasını tələb edib. Qarabağ müharibəsi 1980-ci ilin sonlarından 1994-cü ilin mayına qədər, Azərbaycanın cənub-qərbindəki Dağlıq Qarabağın bölgəsində, Ermənistan və Azərbaycan arasında baş vermiş etnik-ərazi münaqişəsidir. Müharibə irəlilədikcə, keçmiş sovet respublikaları olan Ermənistan və Azərbaycan Qarabağın dağlıq yüksəkliklərində uzun müddət davam edən, elan edilməmiş bir müharibəyə girib, Dağlıq Qarabağdakı separatçı hərəkatı ləğv etməyə çalışdı. 1992-ci ilə qədər bu iki ölkə arasında tam miqyaslı bir müharibə vəziyyəti vardı. Qış yaxınlaşdıqca, hər iki tərəf əsasən qaz və elektrik kimi resursların yerli istifadəyə qorunması üçün genişmiqyaslı hücumların başlamasından çəkinməmişdir. Qarabağda yaşayan sakinlər üçün iqtisadi yolun açılmasına baxmayaraq, həm Ermənistan, həm də Azərbaycan tərəfindən qoyulan iqtisadi blokadalar səbəbindən yol böyük zərər gördü. 1992-1993-cü ilin qış ayları xüsusilə soyuq keçdi, çünki Ermənistan və Qarabağda bir çox ailələr istilik və isti su olmadan yaşamaq məcburiyyətində qaldılar. 1993-cü ilin yazında erməni qüvvələri əvvəlki illərdən etibarən azərbaycanlıların tutduğu Qarabağın şimalında yerləşən kəndlərə yönəlmiş yeni hücumlara başladılar. Bu hərbi məğlubiyyətlər Azərbaycanın daxili cəbhəsində məyusluqlar yaratdı.
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi — Şuranın 822 saylı qətnaməsini təsdiq edildikdən sonra, 29 iyul 1993-cü ildə yekdilliklə qəbul edilmiş qətnamə. Şuranın Ermənistan və Azərbaycan arasındakı pisləşən münasibətlərə dair narahatlıqlarını ifadə etmiş və Ağdam və Azərbaycanın digər ərazilərinin ələ keçirilməsini pisləyərək, ərazilərdən tamamilə çıxarılmasını tələb etmişdir. Qətnamə atəşin dərhal dayandırılması və hərbi əməliyyatların dayandırılması tələbi ilə başlamışdır. Xüsusilə də vətəndaşlara qarşı hücumlar və məskunlaşan ərazilərin bombardmanı, regionda beynəlxalq humanitar yardım səylərinə maneəsiz girişi təmin etmək çağırışı olmuşdur. Həm də enerji, nəqliyyatın və iqtisadi əlaqələrin bu prosesin bir hissəsi kimi bərpa edilməsi və Baş katib Butros Butros-Ghali və digər beynəlxalq təşkilatlara köçürülmüş şəxslərə kömək göstərməyə çağırır. Münaqişənin sona çatması üçün səylər göstərilməsinə baxmayaraq, Şura ATƏT-in Minsk qrupunun Yan Eliasson rəhbərliyi altında fəaliyyətini təqdir edib, lakin münaqişənin öz işinə təsir etdiyini narahatlıqlarını ifadə etdi. Bu baxımdan, münaqişənin sülh yolu ilə həllinə maneə törədir və Minsk qrupu çərçivəsində danışıqlar aparmaq üçün tədbirlərdən çəkinməyə çağırır. Şura Ermənistan hökumətinə Dağlıq Qarabağ bölgəsinin ermənilərinin 822 saylı qətnamə, Minsk Qrupunun hazırkı qətnaməsi və təklifləri ilə uyğunluğuna nail olmaq üçün öz təsirini göstərməsini xahiş etdi. Həmçinin, dövlətlərin münaqişənin intensivləşməsinə gətirib çıxara biləcək hər hansı bir silah və müharibə təmin etməkdən çəkinməyə çağırıb.
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi — 1993-cü il oktyabrın 14-də 822 (1993) və 853 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə ciddi narahatlığın ifadə olunduğu, Moskvada keçirilən görüşlərin sülhə töhfə verəcəyinə dair ümidlərin əks edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3292-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. 874 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin üçüncüsüdür. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur. Qətnamədə işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilsə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 874 saylı qətnamə də Ermənistan tərəfindən icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır. 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Münaqişə tərəfləri arasında zaman-zaman qısamüddətli danışıqlar aparılmasına baxmayaraq, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı rayonları bir-birinin ardınca erməni silahlı qüvvələri tərəfindən işğal edilir. 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun Parisdə keçirilən iclasında "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" hazırlanır və tərəflərə təqdim edilir. Cədvəlin əleyhinə olan Azərbaycan sənədin BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə zidd olduğunu bildirir. Belə ki, qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxarılması qeyd edilsə də, cədvəldə həmin qüvvələrin çıxarılması üçün şərtlər müəyyən olunur və torpaqların necə boşaldılacağı göstərilmirdi.
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi — 1993-cü il noyabrın 12-də 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə narahatlığın ifadə olunduğu, tərəflər arasında atəşkəsin pozulmasının, xüsusilə də Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsinin pislənildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3313-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. 884 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin dördüncüsü və sonuncusudur. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur. Qətnamədə hərbi əməliyyatların dayandırılması tələb edilsə də, bu səylərin nəticəsi az oldu və vaxtaşırı bütün cəbhə boyu döyüşlər və top atəşləri davam etdi. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 884 saylı qətnamə də Ermənistan tərəfindən növbəti illərdə də icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır. 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Belə ki, bir-birinin ardınca Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları erməni silahlı qüvvələri tərəfindən işğal edilir. Sahəsi 707 km², əhalisi 33,890 nəfər olan Zəngilan Azərbaycanın işğal olunmuş sonuncu rayonu olur. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı bütün qətnamələri də məhz 1993-cü ildə qəbul edilir.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər.
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi haqqında Əsasnamə”nin, “Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın təsdiq edilməsi və "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" 1998-ci il 6 iyul tarixli qərarı ilə DİN BDYTİ-nin Əsasnaməsi təsdiq olundu.Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasmın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi insanların həyatını və sağlamlığını, milli sərvəti yanğınlardan qorumaq, Azərbaycan Respublikasında yaşayış məntəqələrinin, eləcə də təşkilati-hüquqi formasından asılı olmayaraq idarələrin, müəssisələrin, təşkilatların yanğın təhlükəsizliyinə dövlət nəzarətinin təşkili və həyata keçirilməsi məqsədi ilə yaradılmışdır. Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əsas vəzifələri bunlardır: yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsinin təşkili; yanğınlarla mübarizənin səmərəliyini yüksəltmək; respublika məqsədli proqramların yerinə yetirilməsinin həyata keçirilməsi; dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin hazırlanması, təsdiqi və icrasının təmin edilməsi; dövlət yanğından mühafizənin, yanğın-texniki, elmi-tədqiqat və tədris müəssisələrinin saxlanması xərclərinin icrasını həyata keçirmək; Azərbaycan Respublikasında dövlət yanğın nəzarətini aparmaq; şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrin yanğından mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil etmək və yerinə yetirmək; yanğınların qarşısının alınması işini təkmilləşdirm ək; respublikada yanğına qarşı mülki müdafiə xidmətini təşkil etmək və ona rəhbərliyi həyata keçirmək; yanğın profilaktika tədbirlərinin və müəyyən olunmuş yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısını hazırlamaq və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etmək; yanğınların və onların nəticələrinin vahid statistik uçotunu aparmaq; yanğından mühafizə üçün kadrların hazırlanması, yenidən hazırlıq keçməsini və ixtisasının artırmasını təmin etmək; yanğından mühafizə fondlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər vermək; müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirilən yanğından mühafizə növlərinin yaradılması barədə məsələ qaldırmaq; yanğınların söndürülməsi və onlarla əlaqədar olan təxirəsalınmaz xilasetmə işlərini həyata keçirmək; yanğından mühafizə növlərinin yanğın və xüsusi texnika, geyim və ləvazimatlarla təmin etmək.
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və ya BTDQ (ing: International Security Assistance Force ya da ISAF) —Əfqanıstanda Əfqanıstan müharibəsindən sonra NATO-nun rəhbərliyi altında qurulmuşdur; məqsədi təhlükəsizlik və humanitar yardım göstərmək məqsədi daşıyan təşkilatdır. 2008-ci ilin oktyabrında Əfqanıstanda 50,700 ISAF qüvvəsi yerləşdirilmişdi. Bunlardan 26-sı NATO üzvü, 10-u NATO tərəfdaşı və 5-i NATO üzvü və tərəfdaş olmayan ölkələrdir. ISAF əvvəlcə Kabildə təhlükəsizliyi təmin etdi, sonra Taliban və Əl-Qaidə bölgələrinə və fraksiyaçı liderlərə qarşı əməliyyatlar həyata keçirmişdir. Bu əməliyyatların məqsədi Həmid Kərzainin başçılığı ilə Əfqanıstan administrasiyasının yaradılması idi.2003-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ISAF qüvvələrinin Əfqanıstanda genişlənməsinə icazə verdi. 2006-cı ildən bəri, ISAF Əfqanıstanın cənubunda bir çox əməliyyat keçirmişdi. Bu tendensiya 2007 və 2008-ci illərdə də davam etmişdir. ISAF 2014-cü ilin dekabrında əməliyyatlarını dayandırdı və ləğv edildi.
Beynəlxalq təhlükəsizlik
Beynəlxalq təhlükəsizlik həmçinin qlobal təhlükəsizlik — dövlətlər və Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və digər bu kimi beynəlxalq təşkilatlar tərəfindən qarşılıqlı sağ qalma və təhlükəsizliyi təmin etmək üçün həyata keçirilən tədbirlərə istinad edən bir termindir. Bu tədbirlərə hərbi əməliyyatlar və müqavilələr və konvensiyalar kimi diplomatik razılaşmalar daxildir. Beynəlxalq və milli təhlükəsizlik həmişə bir-birinə bağlıdır. Beynəlxalq təhlükəsizlik milli təhlükəsizlik və ya qlobal arenada dövlət təhlükəsizliyidir. İkinci Dünya Müharibəsinin sonunda beynəlxalq təhlükəsizliyə diqqət yetirən yeni bir akademik tədqiqat mövzusu olan təhlükəsizlik araşdırmaları ortaya çıxdı. Müstəqil bir tədqiqat sahəsi kimi başladı, lakin beynəlxalq münasibətlərin alt sahəsi kimi qəbul edildi. 1950-ci illərdən bəri beynəlxalq təhlükəsizliyin öyrənilməsi beynəlxalq münasibətlər tədqiqatlarının mərkəzində dayanır. O, təhlükəsizlik tədqiqatları, strateji tədqiqatlar, sülh tədqiqatları və digər sahələri əhatə edir. "Təhlükəsizlik" mənası tez-tez "qəbul edilməmiş konsensus" ilə başa düşülə bilən sağlam düşüncə termini kimi qəbul edilir. İllər keçdikcə beynəlxalq təhlükəsizliyin məzmunu genişləndi.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri (həmçinin, Daimi Beşlik, Böyük Beşlik olaraq da tanınır) — 1945-ci il tarixli BMT Nizamnaməsinin BMT Təhlükəsizlik Şurasında daimi yer verdiyi beş suveren dövlətdir: Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları. Daimi üzvlərin hamısı II Dünya Müharibəsindəki müttəfiqlərdir (və bu müharibənin qalibləri) və eyni zamanda nüvə silahı olan dövlətlərdir (baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının qurulmasından əvvəl beşinin də nüvə silahı yox idi). Ümumilikdə 15 üzvü olan şuranın qalan 10 üzvü Baş Assambleya tərəfindən seçilir. Beş daimi üzvün hamısı veto hüququna malikdir, bu da onlardan hər hansı birinin beynəlxalq dəstək səviyyəsindən asılı olmayaraq Şuranın hər hansı bir həlledici qərarının qəbul edilməsinin qarşısını almağa imkan verir. BMT Təhlükəsizlik Şurasının hazırkı daimi üzvləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir. Böyük beşliyə daxil olan ölkələr ilk dəfə sülhün qoru­nub saxlanması kimi məsuliyyətli bir işi öz üzərlərinə götürə­rək Təhlükəsizlik Şurasının daimi nümayəndəsi olan və müəyyən üstünlük təşkil edən dövlətlərdən tələb edirdilər ki, onlar üçün lazım olan məsələyə veto qoysunlar. BMT-yə yeni üzv qəbul edilən za­man, BMT hərəkətlərinə zidd olan, sülhə təhlükə yaradan müna­qişələrin sülh yolu ilə həll edilməsində, Nizamnaməyə ediləcək əlavələrin müzakirəsində, Baş Katibin seçilməsində veto qoymaq hüququ verilir. Bundan başqa, Böyük Beşlik müzakirə olunan məsə­lənin səsə qoyulmasının prinsipial xa­rakter daşıyacağını tələb edir və veto qoymaq hüququnun təsiri altına düşür. Şura Konsepsus təmin etmək və Qətnaməni yumşaltmaq üçün veto hüququ tətbiq edə bilir. SSRİ hər şeydən əvvəl başlanğıc illərində bir qayda olaraq BMT-yə nəzərdə tutulan qərbyönümlü dövlətlərin qəbuluna mane olmaq üçün vetodan istifadə etdi.
Dövlət Təhlükəsizlik Komitəsi
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı. SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı. Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…" 1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır. 1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur. Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.
Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və ya qısaca DTX — Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir. 28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı.
Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və ya qısaca DTX — Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir. 28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı.
Dövlət Təhlükəsizliyi Xidməti (Özbəkistan)
Özbəkistan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (özb. Oʻzbekiston Respublikasi Davlat xavfsizlik xizmati) — Özbəkistan Respublikasının xüsusi səlahiyyətli dövlət orqanı. Bu, Özbəkistan Respublikasının öz səlahiyyətləri daxilində xüsusi vasitə, forma və üsullarla dövlətin və milli təhlükəsizliyin təmin edilməsi məsələlərini həll edən xüsusi xidmət orqanıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri sədrdir və qurumun özü bilavasitə Özbəkistan Respublikasının Prezidentinə tabedir. Qurum ilkin istintaq və təhqiqat, əməliyyat-istintaq və kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirmək hüququna malikdir. Hərbi, hüquq-mühafizə və dövlət qulluğu təmin edilir. Hərbi, əl, atıcı silahlar və digər silahlar əldə etmək hüququ olan dövlət hərbiləşdirilmiş təşkilatlarına aiddir. 13 mart 2018-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyayevin “Özbəkistan Respublikasının dövlət təhlükəsizlik sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ilə Özbəkistan Respublikasının Milli Təhlükəsizlik Xidməti Özbəkistan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə çevrilmiş, Dövlət Təhlükəsizliyi Xidməti Milli Təhlükəsizlik Xidməti-nin varisi kimi tanınmışdır. . 2 oktyabr 2018-ci il tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyayev Özbəkistan Respublikasının Ali Məclisi tərəfindən qəbul edilmiş “Özbəkistan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Gününün təsis edilməsi haqqında” qanunu imzalamışdır. Qanuna əsasən hər il 5 aprel tarixi Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidmətinin və onun əməkdaşlarının rəsmi günü hesab edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir. 2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır.
Ulduz müharibələri: I Epizod – Gizli təhlükə
Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə (ing. Star Wars: Episode I – The Phantom Menace) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir.
Azərbaycanda YUNESCO-nun təhlükə altında hesab etdiyi dillərin siyahısı
Azərbaycan dilləri dörd dil ailəsinəndə təzahür edir:Hind-Avropa, Altay, Kartveli, Naxç-Dağıstan. Azərbaycanda ən yayqın dil Azərbaycan dilidir. 2009-cu il məlumatına görə ümumi əhalinin 98,6 % bu dildə sərbəst danışa bilir. Xarici dillərdən isə Rus dili və İngilis dili ən geniş anlaşılanıdır. Üstəlik burada az saylı talış, avar, ləzgi, saxur, tat, kürd, gürcü, udin xalqlarının nümayəndələri müvafiq dillərdə danışırlar. Dağ yəhudiləri Dağ yəhudiləri dilindən istifadə etsələrdə son zamanlar miqrasiya və modernizasiya ilə əlaqəli olaraq unudulur. Azərbaycan Respublikasının Konstitusiyasına görə rəsmi dil Azərbaycan dilidir. Konstitutsiyasıyaya görə dövlət rəsmi dilə yanaşı digər dillərin inkişafını təmin edir. Azərbaycan Respublikasında rəsmi dil Azərbaycan dilidir. Ölkədə tədris, siyasət, elmi, mədəni və digər sahələrdə əlaqə bu dillə təmin edilir.

Значение слова в других словарях