Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları.[1][2][3] Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu.[2]
1919-cu ilin martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərərgahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi.[2]
Yeni fəaliyyətə başlamış bölmə ölkədə kəşfiyyat və əks-kəşfiyyatın təminatına məsuliyyət daşıyırdı. Bolşeviklər, erməni-daşnak casusları, denikinçilər və s. barədə toplanmış əməliyyat məlumatları Hərbi Nazirliyin rəhbərliyinə, eləcə də Azərbaycan Hökumətinə təqdim olunurdu. Həmin məlumatlar ölkənin müxtəlif ərazilərini, hərbi birləşmələrin dislokasiya yerlərini əhatə edirdi.[2]
Bölmənin əməkdaşları martda xüsusi əməliyyat planı əsasənda Azərbaycan Ordusuna xidmət edən 15 nəfər denikinçinin casusluq fəaliyyətini ifşa etmişdilər. Həmin ayda daha bir casus şəbəkəsinin üstü açılmışdı. Əks-kəşfiyyatçılar Gəncədə Smislova soyadlı qadın həbs etmişdilər. Araşdırma nəticəsində bəlli olmuşdu ki, Baş Qərərgahın əməkdaşı Çernişov , onun həyat yoldaşı və 10 nəfər şəxs Cümhuriyyət əleyhinə iş aparırlar. Çenişovun evində axtarış zamanı Azərbaycanda ictimai-siyası və iqtisadi vəziyyətlə bağlı gizli bolşevik təşkilatının fəaliyyəti, Azərbaycan ordusunun vəziyyəti barədə Denikinə ünvanlanmış çoxlu sayda agentura materialları tapılmışdı. 1919-cu ilin martında hərbi nazir Səməd bəy Mehmandarov casus təşkilatının üzvlərinin tutulması barədə daxili işlər naziri Xəlil bəy Xasməmmədova Gəncə şəhərindən Bakıya məktub göndərmişdi. 1919-cu ilin aprelin 5-də Azərbaycan ordusunun Bakıya gəlişi üçün müəyyən hazırlıq işləri görülməsi tələb olunurdu. Milli Ordunun paytaxta gəlişi ilə bağlı təxribatların törədiləcəuyi ilə bağlı ilkin məlumatlar var idi. Azərbaycan ordusunun baş Qərərgah rəisi Süleyman bəy Sulkeviçin Azərbaycan qoşunlarının Gəncədən Bakıya gəlməsi ilə əlaqədar əks-kəşfiyyat işinin təşkilinə dair daxili işlər nazirinin əks-kəşfiyyat işinin təşkilinə dair müavini Sadıq bəy Ağabəyova məktubuna əsasən, əks-kəşfiyyat bölməsinin əməkdaşı yasavul Yusupov Daxili İşlər Nazirliyinin cinayət-axtarış bölməsinin əməkdaşları ilə birlikdə bu vəzifəni yerinə yetirmək üçün Bakıya ezam edilmişdi. Əks-kəşfiyyat işinin düzgün təşkili, yasavul Yusubovun və axtarış bölməsinin qarşılıqlı fəaliyyəti nəticəsində Azərbaycan milli hərbi hissələri Bakıya heç bir narahatlıq olmadan daxil olmuşdular. Bölmənin kəşfiyyatçıları da öz işlərni yüksək səviyyədə qurmağa çalışırdılar. Hərbi nazir Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə 2 aprel, 1919-cu il, 1556 saylı məlumatında kəşfiyyatın vəzifələrini belə şərh edirdi:[3]
Düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agentura yaratmaq... |
Tiflisdəki səfirliyə hərbi attaşe vəzifəsinə təyin olunan polkovnik Məmməd bəy Əliyev həm də kəşfiyyatçı funksiyasını yerinə yetirirdi. Baş Qərərgahdan ona şifrteleqram vasitəsilə müxtəlif tapşırıqlar verilirdi. Məmməd bəy Əliyevin Tiflisdən göndərdiyi əməliyyat məlumatları olduqca qiymətli idi. Ermənistandakı diplomatik nümayəndəlikdə hərbi attaşe vəzifəsində çalışan olmadığından,orada da bu işlərin təşkili Məmməd bəy Əliyevə tapşırılmış, bu işdə Gürcüstan rəsmiləri ilə birgə çalışması əmr edilmişdi. Aydın məsələdir ki, bu kəşfiyyat işləri daşnak Ermənistanının pozuculuq fəaliyyətinə qarşı yönəlmişdi. Bir sıra olduqca mühüm məlumatlar isə Baş Qərərgaha məxfi qriflə birbaşa Ermənistandan ötürülürdü. Bu məlumatlar "Şahzadə Məmməd" imzası ilə verilirdi. Baş qərərgahın general-kvartirmeysteri idarəsinin kəşfiyyatçı zabitləri ölkənin xarici işlər nazirliyi ilə də geniş əlaqə saxlayəırdılar. İdarənin əməkdaşları məxfi kargüzarlıq və şifrləmənin sirlərini xarici işlər nazirliyinin diplomatiya şöbəsinin kargüzarlıq və şifrləmə bölməsinin əməkdaşlarına öyrədirdilər. Xarici İşlər Nazirliyi qonşu respublikalardakı diplomatik nümayəndəliklər vasitəsilə əldə etdikləri məlumatları Baş Qərərgaha göndərirdilər. "Tam məxfi" qrifi ilə Ermənistandan, Cənub-qərbi Qafqaz respublikasında, eləcə də həmin illər ingilislərin əlində olan Batumdakı vəziyyət barədə Xarici İşlər Nazirliyinə göndərilən təhlil xarakterli materiallar həm də Baş Qərərgaha göndərilirdi. Baş Qərərgahda həmçinin, kəşfiyyatçılar vasitəsilə topladığı materialları tanışlıq üçün Xarici İşlər Nazirliyinə göndərirdi. Azərbaycan kəşfiyyatçısı Mullayevin Şimali Qafqaza xidməti ezamiyyətinin nəcitələri barədə onun 5 səhifəlik geniş və ətraflı "tam məxfi" məlumat-arayışı ilə diplomatlar da tanış olmuşdular. Praporşik Qaraşarovun Qarabağ və Zəngəzurda vəziyyət barədə verdiyi raportlar həm Baş Qərrəgah, həm də Xarici İşlər Nazirliyi tərəfindən rəğbətlə qarşılanmışdı. Baş Qərərgahın general-kvartirmeyyster idarəsinin rəisi Karqaleteli və baş adyutant ştabs-tormistr Takanayevin Ermənistanda siyasi vəziyyət haqqında 2 saylı agentura məlumatına əsasən hazırladıqları geniş və ətraflı təhlil xarakterli arayış da Xarici İşlər Nazirliyində çalışan diplomatları məlumatlandırmaq məqsədi daşıyırdı. Diplomatik nümayəndə Məmməd Təkinskinin Ermənistan qoşunları, səfərbərlik, ölkədə ərzaq təminatı, orada yaşayan azərbaycanlıların vəziyyəti və s. Barədə İrəvandan göndərdiyi şifrteleqramlarla, həm də, baş Qərərgahın kəşfiyyatçıları tanış olmuşdular. Hərbi nazir Səməd bəy Mehmandarov və Baş Qərərgah rəisi Süleyman bəy Sulkeviç 1919-cu il, noyabrın 5-də Xarici İşlər Nazirliyinə göndərdikləri məktubda yazırdılar:[1]
Bizim hökümətimiz Ermənistanın Bakıdakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis olunması təklifini rədd etmişdirş Əldə edilmiş məlumatlara görə, bu missiyanın üzvlərinin çoxu zabitlərdən ibarətdir, onlardan birini isə, “missiya qərərgahının rəisi” adlandırırlar. Bunları deməklə, Ermənistan xarici işlər nazirliyinin bu cür hərəkətinə qarçı nə kimi qərar qəbul edilməsi barədə məlumat verməyinizi xahiş edirik. |
Ermənistanın Bakıdakı diplomatik missiyası heyətinin əksəriyyətinin hərbiçilərdən təşkil edilməsi Azərbaycan cüsusi xidmət orqanlarının, xüsusilə də kəşfiyyat və əks-kəşfiyyat işçilərinin səyi nəticəsində öyrənilmişdi. Bu, beynəlxalq normalra zidd olduğundan Azərbaycan hökuməti Ermənistanın Bakıdakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinbin təsis edilməsinə icazə verməmişdi.
Baş Qərərəgahın general-kvartirmeyster idarəsininn kəşfiyyat və əks-kəşfiyyat bölməsi fəaliyyətini 1919-cu il, iyunun 11-dək davam etdirmişdir. Həmin gün ölkədə ancaq əks-kəşfiyyatın təminatı ilə məşğul olacaq qurum- Əks-inqilabla Mübarizə Təşkilatı (ƏMT) yaradılmış, kəşfiyyat işi isə geenral-kvartirmeyster idarəsinin tərkibində saxlanılmışdır. Əks-kəşfiyyatla məşğul olan şəxslər də ƏMT-nin sərəncamına verilmişdi. Göstərilən dəyişikliklərə baxmayaraq, hərbi nazirliyin kəşfiyyat bölməsi ilə ƏMT sıx əməkdaşlıq edirdilər. 1919-ci il, martın 2-də hərbi nazir Səməd bəy Mehmandarovun məxfi əmri əsasında nazirliyin müvafiq qurumlarında struktur dəyişikliyi aparılmış, Baş Qərərgahla onun idaərsinin birləşdirilməsi nəticəsində Azərbaycan ordusunun qərərəgahı yaradılmışdı. Yeni yaradılmış Azərbaycan ordusu qərərəgahının ştat strukturunda kəşfiyyat -əməliyyat bölməsi də nəzərdə tutulmuşdu. Bakı Möhkəmləndirilmiş Rayonunun qərərgah rəisi polkovnik İrza bəy Hacibəylinski ordu qərərgahı general-kvartirmeyster idarəsinin kəşfiyyat-əməliyyat bölməsinin rəisi təyin edilmişdi.[2]
Dövlət Müdafiə Komistəsi (DMK) ilə eyni vaxtda, 1919-cu il, iyunun 11-də yaradılmışdı. Ölkədə əks-kəşfiyyat təminatını yerinə yetirən qurum kimi böyük səlahiyyətlərə malik idi. DMK qarşsıında məsuliyyət daşıyır, onun tapşırıqqlarını yerinə yetirir, onu ən mühüm məlumatlarla təmin edir, dövlət əhəmiyyətli digər işləri yerinə yetirirdi.[2]
Rusiyanın Xəzərdəki silah-sursat dolu 27 hərb gəmisinin Azərbaycan tərəfinə təhvil verilməsi və onların Azərbaycan bayrağı altında üzməsi probleminini həlli ilə bağlı aparılan danışıqlarda ƏMT-nin rəhbərliyi fəal rol oynamışdı. ƏMT öz fəaliyyətini "Azərbaycan Respublikası əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri haqqında" Əsasnaməyə uyğun qurmuşdu. 22 maddədən ibarət olan Əsasnamədə əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri göstərilmişdi. Bakı və onun ətrafında təşkilatın 8 rayon bölməsi təsis edilmişdi. Rayon bölmələrinə ƏMT-nin mərkəzi aparatının əməkdaşları rəhbərlik edirdilər. Lənkəran şəhərində ƏMT-nin agenti fəaliyyət göstərirdi.
İlk vaxtlar ƏMT –na əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, ƏMT əməkdaşlarının üçdə ikisi "Müsavat", üçdə biri isə "Hümmət" partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin Müsavatdan, müavininin isə Hümmətdən təyin edilməsi nəzərdə tutulmuşdu. Təşkilatın ilk rəisi Müsavat partiyasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentininn və onun aqrar komissiyasının üzvü Məmmədbasğır bəy Şeyxzamanlı təyin edilmişdi. Rəis müavini isə Hümmət partiyasının üzvü Mir Fəttah Musəvi təyin edildi. Şübhəsiz ki, bu prinsip ölkənin təhlükəsizliyini təmin edən təşkilatın işinə mənfi təsir göstərirdi. ƏMT denikinçilərə, erməni-daşnak casuslarına və digər təxribatçılara qarşı sərbəst mübarizə apara bilirdi. Lakin təşkilatın əməkdaşları bolşeviklərə qarşı mübarizədə çətin problemlərlə üzləşirdi. ƏMT-da işləyəm 17 nəfər hümmətçi əməkdaş, başd Musəvi olmaqla, bolşeviklərin ölkə daxilindəki fəaliyyətinə qarşı mübarizəyə açıq və ya gizli şəkildə mane olurdular. M.Musivi naməlum şəxslər tərəfindən öldürüldükdən sonra (1919, 5 sentyabr) sonra rəis müavini vəzifəsinə Mahmud bəy Səfikürdiski təyin edildi (1919, 19 noyabr). Məmmədbağır bəy Şeyxzamanlı 1919-cu ilin, avqustun 20-də vəzifəsindən istefa verdi. Elə həmin gün onun qardaşı Nağı bəy Şeyxzamanlı ƏMT-nin yeni rəisi təyin olundu.[1]
ƏMT-nin fəaliyyət göstərdiyi 11 iyun 1919-cu ildən 6 mart, 1920-ci ilə qədər təşkilatda təxminən 120 əməkdaş çalışmışdır. Bakı şəhəri üzrə ƏMT-nin rayon bölmələrinə Məmmədtağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayılov, Aleksandr Şengeliya, Qəmbər Tahirov, Əbdüləziz Tağıyev, İslam Əliyev rəhbərlik edirdilər. Lavrenti Beriya təşkilatda senzura, Aleksandr Qoberidze xəfiyyə şöbələrinə başçılıq edirdilər. Təşkilatın Lənkəran şəhəri üzrə nümayəndəsi Yusif bəy Bayraməlibəyov idi. Mirzağa Nəsirov, Ağali Mahmudov və Ağəli Zeynalabdinzadə baş agent (baş əməliyyat işçisi) vəzifələrində çalışırdılar.
ƏMT-da azərbaycanlılarla yanaşı, türklər, ruslar, ukraynalılar və gürcülər də işləyirdilər. Ermənilər bu təşkilatda işə götürülmürdülər. 1919-cu il, oktyabrın 26-da Dövlət Müdafiə Komitəsi bolşeviklərlə mübarizəni gücləndirmək üçün Bakı möhkəmləndirilmiş rayonunun səlahiyyətlərini genişləndirmiş, keçikçi, axtarış polislərini, eləcə də ƏMT-ni də onun rəisinə tabe etdirmişdi. Bolşevizmlə mübarizə yalnız bundan sonra ƏMT-nin fəaliyyətində əsas yeri tutmağa başladı. ƏMT digər orqanlarla birlikdə bu sahədə çoxlu sayda uğurlu əməliyyatlar aparmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 6 mart, 1920-ci il tarixli qərarı ilə fəaliyyətini dayandırmışdır.[3]
ƏMT-nin ləğvindən sonra Bakıda və onun ətrafında əks-kəşfiyyatı Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi təmin etmişdir. ƏMT-nin təhqiqat, müşahidə, axtarış, həbs və s. Funksiyaları general-qubernatorun göstərişi ilə informasiya şöbəsinə verilmişdi. İnformasiya şöbəsinə Ələkbər xan Şahsuvarov rəhbərlik edirdi. Həsən bəy Fətəlibəyov rəisin köməkçisi, türk ordusunun polkovniki rütbəsini daşıyan Cəmil bəy xüsusi tapşırıqları yerinə yetirməklə yanaşı, rəisin köməkçisi idi.[2]
İnformasiya şöbəsi əməkdaşları başda Ələkbər xan olmaqla, bir sıra əhəmiyyətli əməliyyatlar həyata keçirmişdilər. 1920-ci ilin aprelində Balaxanıda pozuculuq işi aparan 22 nəfər bolşevikin həbs edilməsi böyük əks-səda doğurmuşdu.[1]
Azərbaycan parlamentinin, onun rəhbərlərinin və digər dövlət əhəmiyyətli obyektlərin mühafizəsininin təşkili üçün 1919-cu il, fevralın 18-də Parlamentin 15-ci iclasında "Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında" Qanun qəbul olunmuşdu. Qanuna əsasən, parlamentin 200 nəfərlik mühafizə dəstəsi təsis edilirdi. Mühafizə dəstəsi parlamentin Rəyasət Heyətinin tabeliyində idi. Mühafizə dəstəsinin saxlanılmasına dövlət xəzinəsindən 2200000 rubl məbləğındə vəsait ayrılmışdı. Parlamentin mühafizə dəstəsinin rəisi əvvəllər I Tatar alayında rotmistr rütbəsində xidmət etmiş podpolkovnik N.Əliyev təyin edilmişdi.[2]
Mühafizə dəstəsi parlamentin və başqa bir necə əhəmiyyətli dövlət obyektinin mühafizəsini təşkil edirdi. Eyni zamanda, xüsusi və mühüm tapşırıqların yerinə yetirilməsi daha çox mühafizə dəstəsinin şəxsi heyətinə etibar olunurdu. Mühafizə dəstəsinin əməkdaşları Qarabağda ermənilərlə döyüşlərdə də yaxından iştirak edirdilər. General-mayor Həbib bəy Səlimovun döyüş bölgəsindən Baş Qərərgaha göndərdiyi raportlarda Parlamentin mühafizə dəstəsinin igidliyi barədə məlumat verilirdi.[3] Döyüşlərin birində dəstənin praporşiki Nəcəfəliyev başda olmaqla, 16 əsgər həlak olmuş, praporşik Əsgərov, podporuçik Dauşvili, Ərəbov və xeyli əsgər yaralanmışdı. Döyüşən dəstəyə parlament mühafizə dəstəsinin podpraporşiki Mövsüm İbrahimov rəhbərlik edirdi.[1]