1. Cümlədə arzu bildirən hissəcik. Təki siz gələsiniz. Təki tez çıxıb gedəydik. Təki sən deyən kimi olaydı.
– [Gültəkin Aydına:] Paltar da istəmirəm, təki sən fikir çəkməyəsən, nə eləyirəm paltarı?
Mənsiz bu dünyanın olsan qonağı; Nə olar, sevgilim, sağ ol təki sən.
// əd. Kaş, kaş ki.
Təki [Mədəd] Gövhərdən, Hacıyevdən bir xəbər biləydi.
2. bax tək1 6-cı mənada.
[Hacı Fərəc:] …Bədənim poladdan bərk, özüm saz, iyirmi yaşında cavan təki.
Əmək cəbhəsində də çalışdı əsgər təki; Al ipək pijamadır bu günsə əynindəki.