TANA

is.
1. Sırğa. Qızıl tana.
– Qızıl üzük, zər bilərzik; Qulağında tana gəlir. Aşıq Əli.

2. Texnikada: əsasən halqa və ya yarımhalqa şəklində müxtəlif birləşdirici detalların adı.

Синонимы

  • TANA tana bax sırğa
TAMPÓN
TANIQ
OBASTAN VİKİ
Tana gölü
Tana (amh. ጣና ሐይቅ) və yaxud Tsana — Afrikanın şərqində, Efiopiyanın şimal-qərbində yerləşən göl. Efiopiya dağlarının şimal-qərbindəki Amhara bölgəsində yerləşən göl təxminən 84 kilometr (52 mil) uzunluğunda və 66 kilometr (41 mil) enində, maksimum dərinliyi 15 metr (49 fut) və 1,788 metr (5,866 fut) yüksəklikdədir. Tana gölü əsasən Gilgel Abay, Reb və Qumara çaylarından qidalanır. Onun səth sahəsi mövsümdən və yağıntıdan asılı olaraq 3000–3500 kvadrat kilometr (1200–1400 kvadrat mil) arasında dəyişir. Gölün səviyyəsi gölün Mavi Nilə axıdıldığı suaşıran bəndin inşasından bəri tənzimlənir. Bu, Mavi Nil şəlaləsinə (Tis Abbai) və su elektrik stansiyasına gedən axını idarə edir. 2015-ci ildə Tana gölü bölgəsi milli və beynəlxalq təbii və mədəni əhəmiyyətini nəzərə alaraq YUNESKO-nun biosfer qoruğu kimi namizədliyi irəli sürülüb. Tana Efiopiyanın ən böyük gölüdür. Göl təxminən 5 milyon il əvvəl, erkən pleystosen dövründə axan çayların məcrasını kəsən vulkanik fəaliyyət nəticəsində əmələ gəib.
Əbülhəsən Tana Şah
Əbülhəsən Tana şah (8 oktyabr 1600, Heydәrabad, Qütbşahlar – 1699) — Qütbşahlar dövlətinin son hökmdarı, Baranlı sülaləsinin kiçik qollarından birinə mənsub idi, son sultan Abdullah şahın kürəkəni idi. Öncəki həyatı ilə bağlı məlumat azdır. Sarayda yetişmişdir, lakin 12 yaşında saraydan qovulan Əbülhəsən mədrəsəyə gedib sığınmalı olub. Müəllimi Seyyid Şah Raziəddin tərəfindən uşaqlıqda "Tana şah" (Müqəddəs Uşaq) ləqəbi ilə çağrılmışdır. 1672-ci ildə Qütbşahlar dövlətinin sultanı elan olundu. 1683-cü ildə Övrəngzibə olan xəracını vermədiyi üçün onun hücumuna məruz qaldı. 120.000 əsgərdən ibarət Moğol ordusuna qarşı 35.000 əsgərlə çıxmağa məcbur olmuşdu. Qolkondanın qalası hər cür hücuma hazırlanmış, 120 metr hündürlüyündə divarlarla çevrilmiş və dəmir qapı ilə gücləndirilmişdi. 8 aylıq mühasirə Moğol ordusunu zəiflətsə də admiral Münəvvər xanın dənizdən gələn ərzaq yardımı ilə ordu özünü toplamışdı. Mühasirə gedişatında Qütbşahi sərkərdələrində Sərəndaz xan və Müqərra xan Moğollara qoşulmuş, şəhəri Övrəngzibə təslim etmişdilər.
Eupatorium tanacetifolium
Gyptis tanacetifolia (lat. Gyptis tanacetifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin gyptis cinsinə aid bitki növü.
Hayuma Tanaka
Hayuma Tanaka (d. 31 iyul 1982) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hisasige Tanaka
Tanaka Hisaşiqe (ing. Hisashige Tanaka; 16 oktyabr 1799, Kurume[d], Fukuoka prefekturası – 7 noyabr 1882) — Yaponiya alimi, mühəndis və ixtiraçı. == Həyatı == Tanaka Hisaşiqe 16 oktyabr 1799-cu ildə Yaponiyanın Çikuqo vilayətinin Kurume şəhərində (indiki Fukuokada) anadan olmuşdur. Sano Tsunetaminin dəvəti ilə Saqa hanına köçmüşdür. Tanaka Hisaşiqe məşhur "Toshiba Corporation" şirkətinin banilərindən biri, yapon tədqiqatçısı və ixtiraçısıdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Hordeum tanaiticum
Jurinea tanaitica
Jurinea tanaitica (lat. Jurinea tanaitica) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Koci Tanaka
Koci Tanaka (d. 2 noyabr 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 3 qol vurub.
Koiçi Tanaka
Koyçi Tanaka (3 avqust 1959[…], Toyama) — Kimya üzrə Nobel mükafatçısı (2002). == Həyatı == == Fəaliyyəti == Fenn və Tanaka "Bioloji makromolekulların identifikasiyası və struktur analizi üsullarını işləyib hazırladıqlarına görə, xüsusi halda bioloji makromolekulların kütlə spektroskopiya analizi üsullarını işləyib hazırladıqlarına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Vütrix "Məhlulda bioloji makromolekulların üç ölçülü strukturlarını müəyyən etmək üçün NMR spektroskopiyanın istifadəsi üsulunu işləyib hazırladığına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Fenn və Tanaka yüz ilə yaxın bir müddətdə məlum olan kütlə-spektroskopiyası analiz üsulunu təkmilləşdirərək onu böyük molekullara istifadə etməyə imkan yaratmışlar. Kütlə-spektrometri atom və ya molekulları qaz halına keçirərək, ionlara çevirərək və elektrik maqnit sahəsində qovaraq onların kütlələrini ölçür. İonun uçuş sürətini ölçərək onun kütləsini hesablamaq olar. Yaxın vaxtlara qədər belə ölçmələri ölçüləri hidrogen atomunun ölçülərindən min dəfədən çox olmayan ayrı-ayrı atomlar və ya kiçik və ya orta ölçülü molekullar üçün aparmaq olurdu. Aydın deyildi ki, iri molekulları, məsələn, zülalları onların quruluşunu köklü dəyişmədən qaz halına keçirmək və ionlaşdırmaq necə olar. Tipik zülal molekullarının kütləsi hidrogen atomunun kütləsindən on və yüz minlərlə dəfə, bəzən də milyon dəfələrlə böyükdür. Con Fenn təklif etdi ki, tədqiq olunan zülal məhlulu elektrik yükləri sahəsində tozlandırılsın.
Koyçi Tanaka
Koyçi Tanaka (3 avqust 1959[…], Toyama) — Kimya üzrə Nobel mükafatçısı (2002). == Həyatı == == Fəaliyyəti == Fenn və Tanaka "Bioloji makromolekulların identifikasiyası və struktur analizi üsullarını işləyib hazırladıqlarına görə, xüsusi halda bioloji makromolekulların kütlə spektroskopiya analizi üsullarını işləyib hazırladıqlarına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Vütrix "Məhlulda bioloji makromolekulların üç ölçülü strukturlarını müəyyən etmək üçün NMR spektroskopiyanın istifadəsi üsulunu işləyib hazırladığına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Fenn və Tanaka yüz ilə yaxın bir müddətdə məlum olan kütlə-spektroskopiyası analiz üsulunu təkmilləşdirərək onu böyük molekullara istifadə etməyə imkan yaratmışlar. Kütlə-spektrometri atom və ya molekulları qaz halına keçirərək, ionlara çevirərək və elektrik maqnit sahəsində qovaraq onların kütlələrini ölçür. İonun uçuş sürətini ölçərək onun kütləsini hesablamaq olar. Yaxın vaxtlara qədər belə ölçmələri ölçüləri hidrogen atomunun ölçülərindən min dəfədən çox olmayan ayrı-ayrı atomlar və ya kiçik və ya orta ölçülü molekullar üçün aparmaq olurdu. Aydın deyildi ki, iri molekulları, məsələn, zülalları onların quruluşunu köklü dəyişmədən qaz halına keçirmək və ionlaşdırmaq necə olar. Tipik zülal molekullarının kütləsi hidrogen atomunun kütləsindən on və yüz minlərlə dəfə, bəzən də milyon dəfələrlə böyükdür. Con Fenn təklif etdi ki, tədqiq olunan zülal məhlulu elektrik yükləri sahəsində tozlandırılsın.
Makoto Tanaka
Makoto Tanaka (d. 8 avqust 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib.
Markus Tulio Tanaka
Markus Tulio Tanaka (d. 24 aprel 1981) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 43 oyun keçirib, 8 qol vurub.
Mespilus tanacetifolia
Crataegus tanacetifolia (lat. Crataegus tanacetifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Mina Tanaka
Mina Tanaka (d. 28 aprel 1994) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 14 qol vurub.
Mirvari tanalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.
Nattaya Tanaronnavat
Nattaya Tanaronnavat (12 iyun 1979) — Tailandlı marafonçu. Nattaya Tanaronnavat Tailandı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nattaya Tanaronnavat həmdə 2015-ci ildə Cənub-Şərqi Asiya Oyunlarının qızıl medalını qazanıb. Nattaya Tanaronnavatbirinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 11 dəqiqə 31 saniyəyə qət edərək 157 marafonçu sırasında 130-cu yeri tutdu.
Nikolay Tanasoğlu
Nikolay Qeorq oğlu Tanasoğlu (01.02.1895, indiki Mol­do­va Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kən­di – 22.02.1970, Kişinyov) — Qaqauz şairi. Qaqauz yazılı bədii ədəbiy­ya­tı­nın əsasını qoyan bu iki şəxsiyyətin ömür yollarında bir oxşar­lıq vardır. Hər ikisi eyni kənddə doğulmuş, Çadır qəsəbəsindəki eyni məktəbdə oxumuşdur. İlk yaradıcılığa şeirlə başlamışdır. N.Tanasoğlu uzun illər kəndlərdə öyrətmən, məktəb direk­toru işləmiş, qaqauzlar üçün əlifba yaradılmasında, dərslik ya­zılmasında fəal iştirak etmişdir. Yeni yaradılmalı olan dərsliklərə oxu mətnləri salınması üçün Lev Tolstoyun “İlk gənclik”, Nikolay Qoqolun “Taras Bulba”, Mixail Lermon­to­vun “Boro­dino” əsərlərindən parçalar tərcümə etmişdir. Onun şeirləri folklor nümunələri ilə o qədər qaynayıb qarışmışdır ki, çox vaxt hansı şeirin N.Tanasoğluna, hansı şeirin xalq yaradıcılığına məxsus olduğunu seçmək çətinlik törədir. 1940-cı illərdən yaradıcılığa başlayan şairin əsərləri dilinin sadəliyi ilə seçilir. “Quşlar bey seçer” adlı poemasında fikrini nağıllardan götürdüyü süjetlə oxucuya çatdırmağa çalışır. Şai­rin şeirlərində quş təsvirlərinə, quşların dililə fikirlərinin veril­məsinə tez-tez rast gəlinir.
Panfiliya Tanailidi
Panfiliya Tanailidi (1891, Məzrə, Zəngəzur qəzası – 15 oktyabr 1938, Bakı) — aktrisa. Milliyyətcə yunan olan Panfiliya Nikolayevna Tanailidi 1891-ci ildə İrəvan xanlığı Zəngəzur mahalının Başkənd kəndində doğulub. Ailəsi buraya Türkiyənin Qars şəhərindən gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər. Türkcə təmiz danışan Panfiliya xanım Tiflisdə rus və gürcü dillərini də öyrənib. Xüsusi təhsil görməyib. Zərif bədəni mütənasib biçimli idi və o, ən müxtəlif ritmli rəqsləri uşaq yaşlarından məharətlə oynayıb. Buna görə də on dörd-on beş yaşlarından Tiflisin Kazyonnı teatr, Zubalov adına "Xalq evi" kimi böyük salonlarında azərbaycanlıların keçirdikləri müsamirələrdə, müxtəlif həvəskar teatr truppaların hazırladıqları tamaşalarda "Zəngəzurskaya" və "Sürəyya" təxəllüsləri ilə çıxışlar edib. Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının təşkil etdikləri truppa-dəstələrlə İranda, Türkiyədə qastrollarda Tanailidi dram, opera və operetta tamaşalarında oynayıb. Bu dövrdə ayrı-ayrı illərdə Bakıya gələrək müxtəlif teatr dəstələrinin tərkibində tamaşalarda oynayıb. Tiflis Dövlət Azərbaycan Teatrının yaradıcılarından biri də Panfiliya Tanailidi idi.
Pyrethrum balsamita var. tanacetoides
Tanacetum balsamita (lat. Tanacetum balsamita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Tanacetum balsamita var. balsamita Tanacetum balsamita var.
Quercus tanaicensis
Senecio tanacetopsis
Senecio tanacetopsis (lat. Senecio tanacetopsis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sopita Tanasan
Sopita Tanasan (d. 23 dekabr 1994; Çumpfon, Tailand) — Tailandlı ağır atlet. Sopita Tanasan 2016-cı ildə Tailandı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. Tanasan həmdə 2013-cü ildə Dünya Çempionatında gümüş medal qazanıb. Sopita Tanasan 1994-cü ilin 23 dekabr günündə Tailandın Çumpfon vilayətində anadan olub. Sopita Tanasan karyerasında birinci ciddi uğurunu 2013-cü ildə Polşanın Vroslav şəhərində qazandı. Tanasan Dünya Çempionatında 203 kiloqramlıq nəticə ilə gümüş medal qazandı. Sopita Tanasan karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tanasan birdən qaldırmada 92 kiloqram, təkanla qaldırmada isə 108 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 200 kiloqramlıq nəticə ilə Sopita Tanasan XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
General Tanaka
Hidetoşi Tanaka
Hidetoşi Tanaka (田中英壽, Tanaka Hidetoşi, 6 dekabr 1946, Aomori – 13 yanvar 2024) – Nihon Universitetinin şura sədri və həvəskar sumoçu. 2013–2017-ci illərdə Yaponiya Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur. == Həyatı == Hidetoşi Tanaka 1946-cı ildə Yaponiyanın Aomori prefekturasında doğulmuşdur. 1965-ci ildə Nihon Universitetində təhsil almağa başlamış və 1969-cu ildə iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra universitetdə işləməyə başlamışdır. 1999-cu ildə Nihon Universitetinin şura üzvü, 2008-ci ildə isə şuranın sədri olmuşdur. Tanaka həyatının son dövrlərində vergidən yayınma skandalına görə gündəmə gəlmiş, 2021-ci ildə bu səbəbdən saxlanılmışdır. Skandaldan sonra sədr vəzifəsindən istefa etmişdir. Tokio Rayon Məhkəməsi ona bir illik şərti məhkumluq cəzası vermiş və 52 milyon yenlik gəlir vergisindən yayındığına görə 13 milyon cərimə cəzası təyin etmişdir. O, 118,2 milyon yenlik gəliri gizlətməklə ittiham olunmuşdu. == Sumo == Tanaka 1983-cü ildə Nihon Universitetin sumo klubunun direktoru olmuş və bir çox sumoçu yetişdirmişdir.
Kimiyo Tanaka
Fuciko Fucima (藤間 藤子, Fucima Fuciko, 31 oktyabr 1907, Tokio – 14 oktyabr 1998, Tokio) – Yaponiya rəqqasəsi və xoreoqrafı. O, yaşayan milli xəzinə elan olunmuş ilk rəqqasədir. == Həyatı == Fuciko Fucima 31 oktyabr 1907-ci ildə Tokioda Kimiyo Tanaka adı ilə doğulmuşdur. 8 yaşında olan ənənəvi yapon məktəbinin Fucima məktəbinin İemoto qolunun rəhbəri olan II Kanemon Fucimanın şagirdi olmuşdur. Bu dövrdən etibarən məktəbin aparıcı üzvlərindən biri olmuş, hətta məktəbin növbəti iki rəhbərinin müəllimi olmuşdur. 1926-cı ildə səhnə adını qəbul etmişdir. Fucimanın ən məşhur rəqsləri gənclik bulağından bəhs edən bir Çin əfsanəsinə əsaslanan "Kikucido" və Kiotadakı sevgilisini ziyarət edən döyüşçüdən bəhs edən "Kakeqiyo" rəqsləri olmuşdur. "Kakeqiyo" onun ən məşhur rəqslərindən biri olmuş, bu rəqsə görə 1955-ci ildə Təhsil Nazirliyinin Teatr Festivalı Mükafatına layiq görülmüşdür. Fucima kabuki tamaşaları üçün tokivazu rəqslərinin xoreoqrafiyası ilə məşğul olmuşdur (məsələn, "Masakado" və "Seki no To" tamaşaları üçün). O, 1985-ci ildə Yaponiya hökuməti tərəfindən yaşayan milli xəzinə elan olunmuşdur.
Pyrethrum tanacetoides
Tanacetum tanacetoides (lat. Tanacetum tanacetoides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum tanacetoides (DC.) Jacques & Hérincq Pyrethrum tanacetoides DC. Pyrethrum incanum Ledeb. ex W.H.Baxter Pyrethrum millefoliatum Ledeb. Tanacetum meyerianum Sch.Bip.

Значение слова в других словарях