tanoyuto-asteklər

tanoyuto-asteklər
tanoyuto-astek
tanrı 2021
OBASTAN VİKİ
Asteklər
Asteklər — Mərkəzi Amerikada böyük imperiya və sivilizasiya yaradan xalq. Asteklərin yaratdıqları imperiya 1325-ci ildən 1521-ci ilədək indiki Meksika ərazisində mövcud olmuşdur. Onun paytaxtı Tenoçtitlan (müasir Mexiko) şəhəri olmuşdur. == Tarixi == Asteklər XII. əsrdə Aztlan adlandırdıqları əfsanəvi yerdən köç etdiyinə inanılan bir xalqdır. Onlar köçləri zamanı bir çox çətinliklərlə qarşılaşdılar və nəhayət 1325-ci ildə Meksika vadisində məskunlaşdılar. Onlar burada Tenoçtitlan şəhərinin əsasını qoydular və şəhər tez bir zamanda bölgənin ən mühüm ticarət və mədəniyyət mərkəzinə çevrildi. Astek İmperiyası XV. əsrdə II Montezuma dövründə zirvəyə çatdı. II. Montezuma Astek ərazisini genişləndirdi və Tenoçtitlan şəhərini möhtəşəm bir paytaxta çevirdi. Lakin 1519-cu ildə Ernan Kortesin başçılığı ilə ispanlar Astek imperiyasına qarşı ekspedisiya təşkil etdilər. İspanlar daha inkişaf etmiş silahlarından və Asteklər arasındakı münaqişələrdən istifadə edərək imperiyanı tez bir zamanda fəth etdilər.