tanoyuto-astek

tanoyuto-astek
tano-asteklər
tanoyuto-asteklər
OBASTAN VİKİ
Astek imperiyası
Astek imperiyası — XIV–XVI əsrlərdə Mərkəzi Amerikada asteklər tərəfindən yaradılmış erkən sinfi dövlət. İmperiya müasir Meksikanın mərkəzi hissəsini əhatə edirdi. Astek imperiyasına Üçlər ittifaqı, Meksika imperiyası və ya Tenoçka imperiyası da deyilirdi. Üçlər ittifaqı Askaposalko şəhəri ilə ona tabe olan vilayətlər arasında vətəndaş müharibəsində qalib gələn qəbilə fraksiyalarından yaradılmışdır. Üç özünü idarə edən şəhər-dövlətlərin birliyi kimi imperiyanın ilkin konsepsiyasına baxmayaraq, Tenoçtitlan tez bir zamanda hərbi cəhətdən dominant olmuşdur. 1521-ci ildə imperiya Ernan Kortesin başçılıq etdiyi İspaniya konkistadorları tərəfindən dağıdılmışdır.
Astek təqvimi
Astek təqvimi - tarixin müəyyən dövrlərində Mərkəzi Amerika xalqları tərəfindən qəbul edilmiş zaman ölçüsü. == Haqqında == Astek təqvimi ilk dəfə 3500 il bundan əvvəl olmeklər tərəfindən istifadə olunmuş və sonralar Meksikanın mərkəzi hissələrində yaşayan xalqlar, o cümlədən mayyalılar, sapoteklər və asteklər tərəfindən qəbul edilmişdir. Onların təsəvvürlərinə görə bu zaman ölçüsü ilahi mənşəyə malikdir və həmçinin insanlara xoşbəxtliyi, bədbəxtliyi və neytral həyatı bəxş etmək qüdrətinə malikdir. Asteklər yalnız ilk iyirmi ədədi tanıyırdilar, lakin buna baxmayaraq onlar bu ədədlərin kombinasiyasından çox böyük rəqəmlər alırdılar. Astek təqvimi hərəsi 20 gündən ibarət olan 18 ayı nəzərdə tuturdu. İl 20X18+5=365 gün idi. Burada 52 illik sikl tətbiq olunurdu. Hər sikl 13 illik 4 dövrəyə bölünürdü. Hər siklin sonunda 13 gün artırılırdı. Beləliklə, hər il üçün orta müddət 365,25 gün alınırdı.
Astek Üçlər ittifaqı
Astek Üçlər İttifaqı — 1428-1521-ci illər aralığında indiki Meksika ərazisində asteklərin üç ən böyük şəhər-dövlətlərinin (Tenoktitlan, Teskoko, Tlakopan) birliyindən yaranmış ittifaq. İmperiyanın yarandığı 1428-ci ilə kimi bu üç şəhər-dövlət ayrılıqda mövcud olmuşdular. Lakin, 1428-ci ildə Tenoktitlan hökmdarı İskoatl tərəfindən ittifaq quruldu. İttifaq kimi qəbul olunsa da daha çox bu şəhər dövlətlərdən ən böyüyü olan Tenoktitlan dövlətinin başçıları ittifaqı idarə edirdi. İttifaq 1521-ci ilə kimi fəaliyyət göstərdi. İspan Ernan Kortesin rəhbərliyi altındakı 500 nəfərlik silahlı dəstə bu ərazilərə gəldikdə bu imperiya haqqında çox eşitmişdi. Deyilənləri yerindəcə görmək istəyən Ernan Kortes İttifaqın paytaxtı olan Tenoktitlan şəhərinə getmək qərarına gəldi. Tenoktitlana gəldikdə Astek imperatoru Montezuma ilə görüşdülər. Bu vaxt burda olan var dövləti görən Kortes və adamları buranı ələ keçirmək fikrinə gəldilər. Ernan Kortes belə fikirləşirdi ki, imperator Montezumanı əsir götürərsə asteklər ona tabe olacaq.