Tau

I der; -(e)s şəbnəm, şeh; qrov II das; -(e)s, -e kanat, buraz, yoğun ip
Tatzeit
taub
OBASTAN VİKİ
Scorzonera tau-saghyz
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Tarki-Tau
Tarki-Tau — Dağıstan Respublikasında dağ. Dağ öz adını Dağıstanın ən qədim kəndlərindən biri olan Tarki aulundan götürüb. Tariki-Tau oronimi yaylaya və bütün dağ silsiləsinə aid edilsə də, dağın zirvəsinə başqa ad verilib — Sarıyar burnu. Sarıyar dağın şiş ucudur. Sarıyar qumuq dilində «sarı» və «yar» (yarğan) deməkdir. Tarki-Tau görünüşcə nəhəng masaya bənzər yüksəkliyi xatırladır. Tark-Tau dağının ətəyində Dağıstanın paytaxtı Mahaçqala şəhəri yerləşir. Dağı Xəzər dənizindən 3 km-lik məsafə ayırır. Dağın mütləq hündürlüyü 720 metr, Xəzərə görə nisbi hündürlüyü isə — 745 metrdir ( 1998-ci ilin məlumatı). Tarki-Tau aydın görsənən yayla formalı relyefə malikdir.
Tau-saqqız
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Tau adası
Tau adası-(tay เกาะเต่า)- Tısbağa adası mənası verən bu adalar Siam körfəzində yerləşən Tailanda məxsus ada. Bu adanın sahillərində çoxlu dəniz tısbağaları yaşayıb çoxalmışlar. Son dövrlərdə isə tısbağalar yox olmuşlar. Bu onunla izah olunur ki, yeni doğulmuş dəniz tısbağa balaları daha çox işıqlı sahillərə meyl edirdilər. Belə ki, hal-hazırda sahil əraziləri plyajlar, otellər tutduğu üçün onların dəniz yolunu tutması daha rahatlanmışdır. Bəzi fərziyyələrə görə isə ada formasına görə tısbağanı xatırladırdı. Adanın əsas limanının sahilində dəniz tısbağasının heykəlini görə bilərik. Qonşu adaların içərisində bu adanın fərqi, dənizlərlə əhatə etməsi, dayvinq, snorklinq idman növlərinin buranın bütün plyajlarında geniş yayılmışdır. Burada həmçinin fridayvinq, bolderinq, tailand boksu, tailand massajı ilə də məşğul olurlar. Adaya yaxın olan aeroport Samuy adasında yerləşir.
Tau-Tona mədəni
Tau-Tona mədəni — dünyanın ən dərin mədəni. Setsvana "Böyük aslan" mənasını verən bu məbəd Cənubi Afrika Respublikasının Qauteng bölgəsində yerləşir. Dərinliyi 3.9 km olan mədənin 5600 işcisi vardır. İşçiləri mədənin dibindən yer üzünə çatdırmaq üçün saniyədə 16 metr qalxan lift təqribən 1 saatlıq yol qət edir. Tau-Tona qızıl məbədi Anqlo Qold Aşanti Limited adlı şirkətə məxsusdur. Qeyd edək ki, 1957-ci ildə şirkət ilk qızıl çıxarılmaya başlanılanda bu məbədin dərinliyi 2 metr idi. Tau-Tona qızıl mədəni umumi 800 km uzunluğunda tunellərdən düzəlmişdir. Mədən çox dərin olduğu üçün işləmə şərtləri çox təhlükəlidir və hər il orta hesabla 5 işçi həyatını itirir. Digər çətinlik isə mədən havasının istiliyinin 55 dərəcə olmasıdır. Bu problemi aradan qaldırmaq üçün firma mədənə təmiz hava göndərir.
Delphinium tauricum
Hündür mahmızçiçək (lat. Delphinium elatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü. Delphinastrum elatum (L.) Spach Delphinastrum hybridum (L.) Spach Delphinastrum urceolatum (Jacq.) Nieuwl. Delphinium alopecuroides R.Hogg Delphinium alpinum Waldst. & Kit. Delphinium alpinum var. hebecarpum Kulikov Delphinium atropurpureum Pall. Delphinium belladonna (Kelway) Bergmans Delphinium clusianum Host Delphinium cryophilum Nevski Delphinium davuricum Georgi Delphinium elatum var. belladonna Kelway Delphinium elatum var. bosniacum Pawł.
Dendrobium taurinum
Dendrobium taurinum (lat. Dendrobium taurinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista taurina (Lindl.) Kuntze Durabaculum taurinum (Lindl.) M.A.Clem. Dendrobium taurinum f.
Devils-Tauer
Devils-Tauer- ABŞ da milli təbiət abidəsidir. Devils-Tauer Bell-Furş çayının yatağında Vayominq ştatında yerləşir. Özündə hündürlüyü dəniz səviyyəsindən 1558 m (çay yatağında isə 386 m) olan vulkan monolitindən ibarətdir, öz hündürlüyü isə 265 m-dir. ABŞ-də qeydə alınan birinci milli abidə hesab olunur. Öz statusunu 1906-ci ildə 24 sentyabrda prezident Teodor Ruzveltdən almışdır. Bu abidə yerin daxilindən püskürmüş maqmanın yer səthində donub yaratdığı relyef forması kimi nəzərə çarpır. Abidəni təşkil edən süxurların yaşı təqribən 225 milyon ildən 195 milyona ilə qədər ölçülür. Qarışan nümunələr tünd qırmızı rəngə çalır. Bu dağ Stiven Spilberqin "Üçüncü dərəcənin yaxın əlaqələri" (1977) filmində əsas rola malikdir. Belə ki, burada yadplanetlilərlə əlaqə məhz bu dağda baş verir.
Durabaculum taurinum
Dendrobium taurinum (lat. Dendrobium taurinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista taurina (Lindl.) Kuntze Durabaculum taurinum (Lindl.) M.A.Clem. Dendrobium taurinum f.
Eremurus tauricus
Daur çirişi (lat. Eremurus tauricus) - çiriş cinsinə aid bitki növü.
Henri Taube
Henri Taube (30 noyabr 1915[…] – 16 noyabr 2005[…], Palo-Alto[d], Kaliforniya[…]) — amerikalı alim. 1937-ci ildə Ricaində Saskaçevan universitetini bitirmiş, sonra ABŞ-yə köçmüş və Berklidə Kaliforniya universitetində oxumuşdur. 1940-1941-ci ildə orada, 1941-1946-cı illərdə Kornel universitetində, 1946-1962-ci illərdə Çikaqo universitetində (1952-ci ildən professor) işləmişdir. 1962-ci ildən Stanford universitetində professor işləmişdir. O, 2005-ci ildə noyabrın 16-da Kaliforniyada vəfat etmişdir. Əsas işləri elektron ötürülməsi ilə reaksiyaların mexanizminin, xüsusən metalların komplekslərində öyrənilməsinə həsr olunub. 1940-cı ildə ilk dəfə olaraq sulu məhlulda solvatlaşmış kationun (üçvalentli xromun misalında) mövcudluğunu sübut etmişdir. 1952-ci ildə sulu məhlullarda kompleks birləşmələrin davamsızlığı ilə onların elektron strukturları arasında korrelyasiyanı müəyyən etmişdir. 1960-1970-ci illərdə məhlullarda keçid metallarının komplekslərinin iştirakı ilə çoxlu, həm də daha əhəmiyyətli nəticələri sferadaxili keçid adlanan keçidi öyrənərkən əldə etmişdir. Göstərmişdir ki, bu prosesdə metalın koordinasiyası sferasının liqandalarından biri iştirak edir və nəticədə iki metal ionu arasında körpücük əmələ gətirir, iki nüvəli kompleks adlanan birləşmə əmələ gətirir.
Himantoglossum montis-tauri
Himantoglossum montis-tauri (lat. Himantoglossum montis-tauri) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü.
Juniperus taurica
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Kobern-Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kobərn Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kommertsbank Tauer
Kommertsbank Tauer (rus. Коммерцбанк-Тауэр) — Frankfurt-Maynda yerləşən göydələn. 1997-ci ildə 300 metr yüksəkliyində ucaldılan göydələn, dövrünə görə Avropanın ən yüksək binası hesab edilidi. 1991-ci ilin iyun ayında qəbul edilmiş layihəyə əsasən, bina 65 mərtəbə, ümumi sahəsi 120 000 m² və ümumi həcmi isə 538 000 m³-dir. Binanın damı asimmetrikdir. Döşəmə sahəsi 1700 m²dir. Damda 40-a qədər insan üçün kiçik bir müşahidə salonu var. Yanacaq liftindən yalnız xüsusi icazə ilə əldə etmək mümkündür. Binada 1600 kq-lıq yük qabiliyyəti olan 16 lift var. Hər bir bölmənin kənar görünüşü olan iki şüşə lift var.
Kupers-Taun
Kupers-Taun (ing. Coopers Town) — Baham adalarında şəhər. Abako adalarına aid Böyuk Abako adasında yerləşir. Şəhər adanın ən şimal hissəsində yerləşir. 1870-ci illərin sonlarında Böyük Bahama adasından olan Albert Butlun ailəsinin üzvləri tərəfindən yaradılmışdır. Əvvəlcə Kupers-Taunda ananas yetişdirildi və dəniz süngərləri yığılırdı, lakin XX əsrin sonunda onlara tələbat praktiki olaraq yox olmuşdur. Buna səbəb şəhər ərazisində təbii limanın olmaması idi. 1992–2002 və 2007–2012-ci illərdə Baham adalarının baş naziri olmuş Hubert İnqrem uşaqlığını Kupers-Taun şəhərində keçirmişdir.
Lotus tauricus
Lotus corniculatus (lat. Lotus corniculatus) — paxlakimilər fəsiləsinin lotus cinsinə aid bitki növü. Lotus ambiguus Spreng. Lotus arvensis Pers. Lotus balticus Miniaev Lotus carpetanus Lacaita Lotus caucasicus Kuprian. Lotus caucasicus Kuprianova Lotus ciliatus sensu Schur Lotus corniculatus subsp. corniculatus corniculatus Lotus corniculatus var. corniculatus corniculatus Lotus corniculatus var. crassifolia Fr. Lotus corniculatus var.
Melissa taurica
Dərman ballınanəsi (lat. Melissa officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin ballınanə cinsinə aid bitki növü. Sakitləşdirici, hipotenziv, spazmolitik, qusma əleyhinə effekt göstərir. Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanm yüngül formalarmda, iştahasızlıqda, diskineziyada, meteorizmdə, menstrual sikl pozğunluqlarında təyin edilir. Bədrəncə qarşı yüksək həssaslıq. Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3–4 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən sonra daxilə qəbul edilir. Həzm prosesini yaxşılaşdırmaq üçün isə hər yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.
Metlayf Tauer
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
Metropoliten Layf Tauer
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
Neoseiulus tauricus
Neoseiulus tauricus (lat. Neoseiulus tauricus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Pita Taufatufa
Pita Taufatufa — Tonqa taekvondoçusu. Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarının açılış mərasimində Tonqa millisinin bayrağını daşımışdır. Açılış mərasimindən sonra məşhurlaşmışdır. Belə ki, onun zahiri görkəminə vurulan braziliyalı qadınlar Pita Taufatufaya heyran qalmışlar.
Podarcis tauricus
Krım kərtənkələsi (lat. Podarcis tauricus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. Ümumi uzunluğu 20-24 sm təşkil edir. Üzəri yaşımtıl rəngdə olub iki uzunsov tünd ləkəyə malik olur. Buxax hissəsi erkəklərdə yaşıl və ya narıncı, dişilərdə isə yaşıl və ya ağ rəngdə olur. Başları qısa, quyruqları isə uzun olur. Əsasən otlu əraziləri, çöllükləri, yol kənarlarını xoşlayırlar. Hündürlüyü 1800 metrə qədər olan ərazilərdə rast gəlinir. Quyruqlarını atma xüsusiyyətlərinə malik olurlar. Yumurta qoymaqla çoxalırlar ящерица.
Pyrethrum tauricum
Roud Taun
Roud Taun (ing. Road Town) — Britaniya Virgin adalarının paytaxtı. Tortola adasında yerləşir. Əhalisi 9400 nəfər (2004). Adı dəniz termini olan «ing. the roads» yaranıb. Sahildən aralı gəminin yakorla dayanması belə adlanır. Dənizdən 67 akr ərazi qurudularaq, Bikxem-Bey (Wickham Bay), tutizm üçün istifadə edilir. Şəhərdəki ən qədim bina 1840-cı ildə tikilən Meyn strit (Main Street), kral həbsxanasıdır. Şəhər Karib dənizində yaxta kirayələmək mərkəzi sayılır.
Satureja taurica
Satureja taurica (lat. Satureja taurica) — dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Stoun Taun
Stoun Taun — Zənzibarın mərkəzi. Vaxtı ilə burada Afrikanın ən böyük qul bazarı olmuşdur. İndi onun yerində kilsə var. Stoun Taun UNESKO-nun mühafizə etdiyi qeyri-adi qapıları ilə məşhurdur. Onların forması hindistanlılardan götürülüb. Üzərində fillərdən müdafiə üçün nəzərdə tutulan kürəciklər var, qapının bəzəyi isə ev sahibinin ibadət etdiyi dini və maddi vəziyyətini əks etdirir. Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi.