taysız
tazı
OBASTAN VİKİ
Tayvan
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Tayvan boğazı
Tayvan boğazı (çin. 臺灣海峽), Boğazın əvvəl ki adı Formoz boğazı olmuşdur. Tayvan boğazı Şərqi Çin dənizi ilə Cənubi Çin dənizini birləşdirir. Boğazın uzunluğu 400 km ,eni isə 130–380 km təşkil edir. Ən dayaz yeri 60 m, ən dərin yeri isə 1773 m təşkil edir. Qışda axınlar cənub-gərbə ,yayda isə şimal-şərqə doru istiqamətlənir. Axının qücü 6,5 km/s catır. Boğazın materik sahilləri çox girintili-cıxıntılıdır, adalarla zəngindir. Tayvan sahilləri isə əksinədir. Boğazın cənubunda Penxu arxipelaqı vardır.
Tayvan serousu
Tayvan serousu (lat. Capricornis swinhoei) —Tayvan ərazisində yaşayan yeganə boşbuynuzlulara aid endemik növ. Növün latın adı Robert Svoynonun (1836–1877) şərəfinə adlandırılmışdır. == Xarici görünüşü == Serou cinsinə aid olan ən kiçik növ bədənin uzunluğu 80–115 sm arasında dəyişir. Hündürlüyü 60 sm olur. Çəkisi 30 kq olur. Bel nahiyəsindən tünd zolaq keçir. Buynuzunun uzunluğu 15 sm-dir. == Həyat tərzi == Əsasən qayalı dağ qayalıqlarında və meşəliklərdən ibarət 1000–2000 m, bəzən isə 3000 metr yüksəkliklərdə yaşaya bilirlər. Qida dalınca əsasən səhər və gecə radələrinə hərəkət edirlər.
Tayvan (ada)
Tayvan — (Çincə: 臺灣 ya da 台灣, pinyin: táiwān) həmçinin Formosa adıyla da tanınır. Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Respublikasına aiddir. Mərkəzin coğrafi koordinatları - 23 ° 30 '. w., 121 ° 00 'şərq. İdarəetmə formasına görə respublikadır. Pul vahidi Tayvan yuanıdır. 16 dairə və 5 bələdiyyədən ibarətdir. Qaosyun, Tayçjun, Tszilun, Pindun və Yualin böyük şəhərləri hesab olunur. Əhalisi 22,2 mln nəfərdir.
Tayvan (dəqiqləşdirmə)
Tayvan
Tayvan Milli Universiteti
Tayvan Milli Universiteti (çin. 國立臺灣大學) — Tayvanın Taybey şəhərinin Daan rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin və Asiyanın ən nüfuzlu ali təhsil ocaqlarından biridir. == Tarixi == Tayvan Milli Universitetinin tarixi Taihoku İmperator Universitetinin yaradılması ilə əlaqədardır. 1928-ci ildə Yaponiya müstəmləkə hakimiyyəti tərəfindən yaradılmış həmin universitet Yaponiyanın İmperator Universitetinin bir hissəsi kimi fəaliyyət göstərir. Universitetin ilk prezidenti Şidehara Tan Taikara Hirosi təyin olunur. Həmin dövrdə Taihoku İmperator Universiteti iki akademik bölmədən - Ədəbiyyat və siyasət, Kənd təsərrüfatı bölmələrindən ibarət olur. 1943-cü ildə universitetə Tibb, sonradan isə Mühəndislik bölmələri əlavə olunur. Eyni zamanda həmin ildə Cənubi Humanitar Elmlər Tədqiqatları İnstitutu və Cənubi Resurs Elmi-Tədqiqat İnstitutu yaradılır. Hər bir bölmə və institut xüsusi kitabxanaya malik olur. 1945-ci ilədək universitetdə Dəqiq elmlər bölməsi yaradılır, tələbələrin sayı isə 382 nəfərə çatır.
Yeni Tayvan dolları
Yeni Tayvan dolları (Ənənəvi Çin yazısı: 新台币/新台币, Sadələşdirilmiş Çin yazısı: 新台币, Pinyin: Xīntáibì; işarəsi: NT$; ISO 4217: TWD) ya da sadəcə Tayvan dolları, - Tayvan valyutasıdır. Valyuta kodu TWD, NT$ dollar qısaldılmış yazılışıdır. 1949-cu ildən Tayvanın rəsmi valyutasıdır. İlk dəfə Tayvan Bankı tərəfindən çap edilmişdir, 2000-ci ildən isə çapı Çin Respublikasının Mərkəzi Bankı]tərəfindən həyata keçirilir. Yeni Tayvan dollarının iki ədəd sub hissəsi vardır; bir dənəsi jiao (角) və bir dollar on dənə jiaoa bölünür; o biri isə fen (分) və bir dollar 100 ədəd fenə bölünür.
Çin Tayvan Respublikası
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Tayvan kütləvi informasiya vasitələri
Tayvan kütləvi informasiya vasitələri — Tayvanın kütləvi informasiya vasitələri. == Dövri nəşrlər == Tayvanda 600-dən çox qəzet və jurnal nəşr olunur. Dövri nəşrlərin çoxu ingilis dilindədir və onların hamısı Taybey şəhərində buraxılır. === Qəzetlər === İngilis dilində olan əsas qəzetlər bunlardır: "İn dependent Evening Post" qəzeti 1947-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "İndependent Morning Post" qəzeti 1988-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "Commercial Times" qəzeti 1978-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 250 min nüsxədir. "China Post" qəzeti 1952-ci ildən etibarən gündəlik nəşr olunur.
Tayvan 2018 Qış Olimpiya Oyunlarında
Tayvan 2018 Qış Olimpiya Oyunlarında 2 idman növü üzrə 4 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == === Kanki sürmə ayrışları === ==== Kanki ilə qaçış ==== Kecən dəfəki olimpiya yarışmaları ilə müayisədə bu idman yarışlarında dəyişikliklər baş vermişdir. Bura mass-start əlavə edilmişdir ki, burada idmançılar 16 dövrə vururlar. Həmcinin 1994-cü ildən bəri ilk dəfə olaraq kanki srənlər 500 m məsafəni 1 dəfə qət edəcəklər. Kvotalar 2017/2018 illər dünya kubokuna əsasən müəyyən edilir. Bu yarışma əsasında siyahı tərtib edilmişdir. Bu siyahıya əsasən Tayvan 4 nominasiya üzrə təmsil olunmaq hüququ əldə etmişdir. Tayvan bu Qış Olimpiya oyunlarında bu sahə üzrə debütantlardan olmuşdur. kişilər fərdi yarışlar qadınlar fərdi yarışlar === Xizək idmanı === Olimpiya oyunlarında iştirak etmək üçün 2017/2018 il dünya kubokunda göstərdiyi performans 1 yanvar 2018-ci il reytinqinə əsasən kvota müəyyən edilir. Tayvan təsnifatda əsasən 1 iştirakçı kvotası əldə etmişdir.
Tayvanda səhiyyə
Tayvanda səhiyyə — Tayvandakı səhiyyə sistemi. == Statistika == 2006-cı ildə Tayvanda əhalinin hər 100 min nəfərinə 220 həkim, 481 orta tibb işçisi və mama, 26 stomatoloq, 120 əczaçı düşürdü. Ölkədə 131152 ədəd xəstəxana çarpayısı var idi. Tibbi yardımın 96%-i Avropa nümunəli, 4%-i Çin xalq təbabətindən ibarətdir. Bu sahədə 547 xəstəxana, o cümlədən 24 tibb mərkəzi, 55 rayon klinikası, 344 dairə xəstəxanası, 52 psixiatriya klinikası fəaliyyət göstərir. Səhiyyəyə qoyulan xərc 2006-cı ildə ÜRM-in 6,1%-ni təşkil etmişdir ki, bunun da 25,9%-i büdcə hesabına, 53,6%-i özəl sektor hesabına, 15%-i sahibkarlar hesabına, 5,5%-i qeyri-kommersiya təşkilatları hesabına maliyyələşdirmə idi. == İslahatlar == 1980-ci illərdə ölkədə iqtisadi artımın yüksəlməsi nəticəsində Tayvanda səhiyyə sahəsində böyük islahatlar başlanmışdır. Hökumət bir planlaşdırma komissiyası qurmuş və digər ölkələrin səhiyyə sistemlərini öyrənmək üçün xaricə mütəxəssislər göndərilmişdir. Ondan çox ölkənin təcrübəsi öyrənilmiş və əldə olunan məlumatlar öz milli xüsusiyyətləri ilə birləşdirilmişdir. == Normativ-hüquqi baza == Tayvanda səhiyyə sisteminin hüquqi tənzimlənməsi süni mayalandırma haqqında 2007-ci il tarixli, orta tibb işçiləri haqqında 2004-cü il tarixli, fizioterapevtlər haqqında 1996 və 2007-ci il tarixli, tibbi sığortanın milli sistemi haqqında 1994-cü il tarixli, psixi sağlamlığın mühafizəsi haqqında 1992-ci il tarixli, kiçik tibb işçiləri haqqında 2000-ci il tarixli, təcili tibbi yardım haqqında 1995 və 2004-cü il tarixli, həkimlər haqqında 1943 və 2002-ci il tarixli, doğuma yardım haqqında 2005-ci il tarixli, terminal vəziyyətlərdə palliativ yardım haqqında 2000-ci il tarixli qanunlarla; tibb müəssisələrinin fəaliyyətinin standartları haqqında 1987 və 2005-ci il tarixli Əsasnamə ilə tənzimlənir.
Tayvanda təhsil
Tayvanda təhsil (çin. 臺灣教育) — Tayvanda mövcud olan çoxşaxəli təhsil sistemi. == Təhsil sistemi == Tayvanın güclü təhsil sistemi var. Tayvan texnologiya və innovasiyalar ilə maraqlanan tələbələr üçün kifayət qədər ideal bir məkandır. Bu ölkə qabaqcıl texno-sənayesi, bir sıra universitetləri ilə məşhurdur. Əcnəbi tələbələr həm təhsil haqqı və həm də yaşayış xərcləri baxımından sərfəli olan Tayvanda oxumağa üstünlük verirlər. Tayvanın 2016-cı ilə aid Asiya reytinqlərində 34 nümayəndəsi var idi ki, onlardan da 5-i ilk 50-likdə yer almışdır. Ölkənin təhsil sisteminə 3-6 yaşında uşaqların məktəbəqədər tərbiyəsi, 9 illik icbari təhsil, ali təhsil daxildir. 9 illik icbari təhsil də öz növbəsində 6 illik ibtidai məktəb; 3 illik natamam orta məktəb, onu bitirdikdən sonra isə təhsili 3 illik tam orta məktəbdə və ya 3 illik orta peşə məktəbində, yaxud da 5 illik peşə kollecində davam etdirmək olar. == Normativ-hüquqi baza == Tayvanda təhsil sistemi tam orta və orta ixtisas təhsili haqqında 2004-cü il tarixli, natamam orta təhsil haqqında 2006-cı il tarixli, qeyri-dövlət məktəbləri haqqında 2006-cı il tarixli, universitetlər haqqında 2007-ci il tarixli qanunlarla tənzimlənir.