tağ
tağ-tavanlı
OBASTAN VİKİ
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Tavan (Piranşəhr)
Tavan (fars. توان‎) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (25 ailə).
Şüşə tavan
Şüşə tavan görünməz bir maneəni ifadə etmək üçün istifadə olunan məcazdır Bu metafor adətən idarəetmənin yuxarı pillələrinə keçməyə imkan verməyən görünməz maneələr haqqında işlədilir. Metafor ilk dəfə yüksək nailiyyətli qadınların karyeralarındakı maneələrə istinad edərək feministlər tərəfindən tərtib edilmişdir. == Mənası == Amerika Birləşmiş Ştatları Federal Şüşə Tavan Komissiyası, şüşə tavanı terminini "azlıqlar və qadınların, ixtisaslarından və qazandıqlarından asılı olmayaraq yuxarı pillələrinə qalxmasının qarşınısını alan görünməz maneə" kimi qəbul edir. Devid Kotter və həmkarları, bir şüşə tavanın mövcud olduğunu müəyyən etmək üçün yerinə yetirilməli olan dörd fərqli xüsusiyyətləri müəyyənləşdiriblər. Bir şüşə tavan bərabərsizliyini yaranmasını təmir edir: "Ortalama Bir İşçinin iş xüsusiyyətlərinin aiddiyatı olmayan cinsiyyət və ya irqi fərqi." Gəlir fərqi Daha yüksək səviyyələrə qalxma şansı Karyera inkişafıKotter və həmkarları şüşə tavanların cinslə güclü əlaqəli olduğunu aşkar edivlər. Həm ağ, müəyyən azlığa aid olan qadınlar karyeraları zamanı şüşə tavanla qarşılaşırlar. Bunun əksinə olaraq, tədqiqatçılar afroamerikalı kişilər üçün şüşə tavana dair sübüt tapmayıblar. == Tarixi == Şüşə tavan terminini ilk istifadə edən şəxs 1978-ci ildə çıxışı zamanı Merilin Loden olmuşdur.
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Tağ (beyin)
Tağ lat. fornix müxtəlif sinir liflərindən təşkil olunmuş qövsi zolaq şəklində törəmə olub döyənək cisim altında yerləşərək, məməciyəbənzər cismi dənizatıyanı qırışığı qırmağı ilə birləşdirir. O, lat. columna fornicis adlanan sütun vasitəsilə məməciyəbənzər cisimdən başlayaraq qövsi istiqamətdə görmə qabaraltından yuxarıya doğru qalxır və III mədəciyin ön-yan divarı ilə gedərək mədəciklərarası dəliyin önünə və beynin ön bitişməsinin aşağı səthinə çatır; burada döyənək cisim kötüyünün ön səthinə keçərək dogər tərəfdəkitağın eyni hissəsi ilə birləşir və tağ cismini lat. corpus fornicis əmələ gətirir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Tağ (termin)
Tağ – (rus. свод, ing. arch) en kəsiyi onlarla və ya yüzlərlə kilometrdən çox olan iri izometrik günbəzvari platforma strukturu; özülün tağvari qalxması.
Alan qapıları (tağ)
Alan qapıları (tağ) (inquş Ала́ной ков) — Qədim Alan sivilizasiyasının və onun nümayəndələrinin xatirəsinə qədim İnquş qülləsi memarlığı üslubunda inşa edilmiş İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərinin zəfər giriş qapıları.. == Tikilməsi == Monumental memarlıq quruluşu - "Alan Qapısı" tağlı tavanla bağlanan iki yan və bir mərkəzi qüllədən ibarətdir. Qüllələr hər metrdə 13 santimetr daralır. Qüllə binalarının hər iki tərəfində, ikinci mərtəbədən tağın üstünə gedən spiralvari bir pilləkən var. Burada şəhərə, Barışıq qülləsinə və Qafqaz dağlarının əzəmətli qulləsinə baxan müşahidə göyərtəsi var. Qüllələrin hündürlüyü 18 metrə çatır və bir qüllənin kənarından digərinin uzaq sərhədinə qədər olan qapının eni 24 metrdir.Tağın tavanlarının üstündə, Maqasın gerbi hər iki tərəfdəki divarlara hörülmüşdür. Tağın ön giriş tərəfində, qüllələrin dayaqlarının qarşısında heykəllər var. Hər qüllədə üç heykəl qoyulub. Yan tərəfində qədim İnquş döyüşçülərinin heykəlləri - ölkənin mühafizəçiləri və əsas qoruyucularının heykəlləri yerləşir. Mərkəzi qüllənin qarşısında - ənənəvi milli geyimdə, əlində milli inquş xörəyi olan sini tutmuş inquş qadının heykəli ucaldılıb.
Mərmər tağ (London)
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Florensiya vəftizxanasının tavan mozaikaları
Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir. == Tarixi == Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir.Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.Vazarinin verdiyi məlumata görə vəftizxananın ilk günbəz mozaikaları yarı-əfsanəvi şəxs olan Andrea Tafi tərəfindən, onun Venesiyada qarşılaşdığı Apollonio adlı yunanın köməkliyi ilə yaradılmış mələklər iyerarxiyası və Pontokrator Məsih mozaikalarıdır. Qalan işlərin müəllifliyini isə o, Qaddo Qaddinin adına yazır.
благочести́во евхари́стия подда́кивающий стару́шка фасо́левый эталони́роваться губе́рния изны́ть калу́фер коллекциони́рование переу́чивать перехва́ливание распу́тывание цвета́стенький Сербия copula ecumenic name-day postgrad sigint wood вмять зола контроллер плагиатор