TAŞ

Daş. (“Kitabi-Dədə Qorqud” leksikası)

TASA ƏRƏB
TAŞQUN
OBASTAN VİKİ
Adam-Taş
Erol Taş
Erol Taş (türk. Erol Taş 28 fevral 1926 və ya 28 fevral 1928, Ərzurum – 8 noyabr 1998, İstanbul) — Türkiyə kinoaktyoru. Yeşilçamın önəmli simalarından biri. Keçmiş boksçu olan Erol Taş filmlərdə əsasən mənfi obrazlar yaratmışdır. İrili-xırdalı 600-ə yaxın filmdə müxtəlif rollar oynayan Erol Taş oynadığı filmlərin cəmi 6-da baş rolları ifa etmişdir. == Həyatı == Erol Taş 28 fevral 1926-cı ildə Ərzurumda anadan olub. Erol iki yaşında olanda atası vəfat edir, bundan sonra ailə İstanbula köçür. İbtidai məktəbi bitirdikdən sonra çətin maddi vəziyyətə görə təhsilini yarımçıq qoyaraq erkən işə başlamalı olur. Uşaq ikən boksla məşğul idi. 1947-ci ildə Erol boks üzrə İstanbul və Türkiyə çempionatında ikincilik qazanmışdır.
Ottuk Taş
Ottuk Taş — abidə; Uluğ-kem çayının yanında Ottuk-taş adlanan dağın ətrafında Oşurkov tərəfindən tapılıb. Daşın uzunluğu 87 sm-dir. İlk dəfə V. V. Radlov tərəfindən nəşr edilib.
Saymaluu-Taş
Saymaluu-Taş (qırğız dilində "işlənmiş" və ya "naxışlı daşlar" mənasını verir) ― Qırğızıstanın Cəlalabad vilayətində yerləşən petroqlif sahəsi. Ağ-qara rəngli şəkillər halındakı 10 000-dən çox - bəlkə də 11 000-ə qədər oyma təsvir bu yeri qayaüstü təsvirlərin dünya əhəmiyyətli kolleksiyası halına gətirmişdir. Bunlar aşağı vadidəki qədim insanların təqdim etdiyi qurbanların müqəddəs təqdimatdır. 29 yanvar 2001-ci il tarixində UNESCO üzrə Qırğızıstan Milli Komissiyası ərazinin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsini təklif etmişdir. Beləliklə bura "Saymaluu-Taş petroqlifləri" adı ilə UNESCO-nun ilkin siyahısına, (iii), (iv) və (vi) kriteriyaları üzrə mədəniyyət kateqoriyasının daxil edilmişdir. Petroqliflər 3,200 metr (10,500 ft) yüksəkliyindəki olan Fərqanə silsiləsində, alçaq bir dağ silsiləsi ilə ayrılmış iki yüksək vadidə yerləşir. Ərazi Kazarman kəndinin 30 kilometr (19 mil) cənubundadır. Kazarman kəndindən qısa bir məsafəyə qədər yalnız ciplərin gedə biləcəyi bir yol mövcud olsa da, ərazinin qalan hissəsinə təxminən bir gün boyunca piyada və ya atla getmək olar və bu ancaq təxminən avqust ayında mümkündür. Digər vaxtlarda mövcud olan qarlı hava şəraiti əraziya çatmağın praktik olmadığını göstərir. Gəzinti üç gün ciplə, yeddi gün atla davam edir.
Taş-Kumır
Taş-Kumır, Daş-Gömür (qırğız dilində - Ташкөмүр) — Qırğızıstanın Cəlalabad vilayətində vilayət tabeli şəhər. Qırğızıstanda 2009-cü ildə aparılmış əhalinin siyahıya alınmasına görə Taş-Kumır şəhərinin əhalisi 34 756 nəfərdir. Onlardan 30 530 nəfərini (87,8 %) qırğızlar, 2635 nəfərini (7,6 %) özbəklər, 680 nəfərini (1,9 %) ruslar, 542 nəfərini (1,6 %) tatarlar təşkil edirlər . Hazırda şəhərin tərkibinə Şamaldı-Say, Kızıljar qəsəbələri və Tendik kəndi də daxildir. 1999-cu ildə qırğızlar əhalinin 65 %, ruslar — 12 %, özbəklər — 8 %, qazaxlar — 1 %, tatarlar — 7 %, taciklər— 0,5 %, ukraynalılar — 1 %, digər millətlər— 5 %-ni təşkil edirdilər. Taş-Kumır şəhəri Fərqanə vadisinin şimal-şərq hissəsində yerləşir. Şəhər şimal-qərb tərəfdən Aksıy rayonu, şimal-şərq tərəfdən Kara-Kul şəhəri, şərqdən Nooken rayonu ilə sərhəddir. Şəhərin ərazisi 48.3 kv.km.-dir, dəniz səviyyəsindən 585 metr yüksəklikdə yerləşir. Yay dövründə havanın orta temperaturu +40 °S-dək yüksəlir, qış dövründə temperatur −15 °S-dək düşür. Küləyin sürəti saatda 6-8 metrə çatır.
Taş Rabat
Taş Rabat — Qırğızıstanın Narın vilayətinin Atbaşı rayonunda qədim karvansara. Taş Rabat karvansarası Böyük İpək yolunun yaxınlığında, Fərqanə vadisi ilə İssık-Kul gölünü birləşdirən strateji əhəmiyyətli bir məkanda yerləşdiyi üçün burada insanlar lap qədim dövrlərdən məskunlaşmağa başlamışdılar, amma sərt iqlimə malik olan bu yerdə yaşayan insanların bu gün də öz nəhəngliyi və möhtəşəmliyi ilə hamını heyran qoyan qalanı hansı məqsədlər üçün inşa etdikləri hələ də bir sirr olaraq qalmaqdadır. İş orasındadır ki, Qobi səhrasından Xəzər dənizinədək uzanan böyük bir ərazidə böyük daşlardan istifadə etməklə tikilən bu qalanın analoqu yoxdur. Taş Rabat karvansarası elə inşa edilib ki, günəş çıxanda onun 4 tərəfini eyni zamanda işıqlandırır. Daşlara düşən günəş işığı otaqlarda valehedici qəribə bir mənzərə əmələ gətirir. Bir sözlə, qala divarlarına düşən günəş şüaları otaqların isidilməsində bir enerji, istilik mənbəyi rolunu oynayır. Qalanı tədqiq edən alimlər bu günə kimi qədim memarların bu qala daşlarından otaqların isidilməsi üçün necə enerji mənbəyi kimi istifadə etmələrinin sirrini aça bilməyiblər. Nə qədər qəribə olsa da qalanın bəzi yerlərində bərpa işləri aparıldıqdan sonra məlum olub ki, istifadə edilən yeni daşlar artıq istilik mənbəyi rolunu oynaya bilmirlər. Tədqiqatçıların son araşdırmaları göstərir ki, bayırda 30 dərəcəyədək şaxta olduqda belə otaqlarda müsbət 10–18 dərəcə istilik olur. Şaxta 40 dərəcəyə çatanda isə otaqları isitmək üçün buxarı tipli isitmə sistemindən istifadə edilib.
Taş adası
Taş adası — Şimal Torpağının tərkib hissəsidir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizi ilə Vilkiç boğazı arasında yerləşir. Bolşevik adasında yerləşən Mordivin burnundan 1 kilometrə yaxın məsafədə yerləşir. 500 metr uzunluğa malikdir. Ərazisində hündürlük yoxdur. Şimalında laqun məşəlli göl vardır.
Yakup Taş
Yakup Taş (16 iyun 1959, Adıyaman – 7 fevral 2023, Adıyaman ili) – Türkiyə siyasətçisi və iş adamı. 2018-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Adıyamandan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. Təsərrüfat, Meşə və Kənd İşləri Komissiyasının üzvü idi. 1959-cu ildə Adıyamanda doğulmuşdur. Adıyamanda kənd təsərrüfatı və ticarət sahələrində fəaliyyət göstərmişdir. Adıyaman İdman Klubunun prezidenti və Adıyaman Kənd Təsərrüfatı Otağının sədri olmuşdur. 2018-ci ildə baş tutmuş seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasının Adıyaman təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür. Adıyamanda dəfn olunmuşdur. Evli və altı uşaq atası idi.
Ayyüce Türkeş Taş
Ayyüce Türkeş Taş (2 oktyabr 1977, Ankara ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Ayyüce Türkeş Taş 1977-ci ildə Ankarada anadan olub. MHP qurucusu Alparslan Türkeşin qızıdır. İbtidai və orta təhsilini Ankarada alıb. 2000-ci ildə Bilkent Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. 2003-cü ildə İstanbul Bilgi Universitetində magistr dərəcəsi alıb. 2010-cu ildə isə Mərmərə Universitetində dissertasiya işini müdafiə edib və PhD dərəcəsi alıb. 12 il maliyyə sahəsində çalışıb. 2011-ci ildə iş adamı Egemen Taşla evlənib və 2011-2023-cü illərdə Birləşmiş Ştatlarda çalışıb. 2023-cü ildə vətənə qayıdıb və Adana ilinin Kozan ilçəsində yaşamağa başlayıb.
Tolqa Taş
Kozo Taşima
Kozo Taşima (d. 21 noyabr 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
Serhat Taşdemir
Serhat Doğuxan Taşdemir (21 iyul 2000, Blekbörn) — EFL Birinci liqasında (EFL League One) "Piterboro Yunayted" və Azərbaycanın 19 yaşadək komandasında hücuma meyilli yarımmüdafiəçi kimi oynayan peşəkar bir futbolçudur. İngiltərədə anadan olub, Azərbaycanı (U-19 Milli komandasını) gənclər səviyyəsində beynəlxalq səviyyədə təmsil edir. Taşdemir A. F. C Fyldi ilə15 yaşında müqavilə imzaladı, hansı ki Blekbörn Roverslə müqaviləsi başa çatdıqdan sonra. Lancashire FA Challenge Trophy turnurundə A. F. C Fyldi-də yalnız 16-cı turda ilk komandada debüt etdi. Bunun ardınca Taşdemir, 17 yaşında, 2017-ci il sentyabr ayında Bromliə qarşı Milli Liqada debüt etdi. O, skamyadan çıxdıqdan cəmi 14 dəqiqə sonra qol vurdu. O, bu qolu ilə liqadakı ən gənc qol vuruşuna imza atdı. O, "parlaq" mövsümdən sonra EFL League One-da 2017/18-ci illərdə ilin gənc oyunçusu seçildi. 1 iyul 2019 tarixində EFL Birinci Liqa (EFL League One) təmsilçisi Piterboro Yunayted Taşdemir ilə 3 illik müqavilə imzaladı. Tasdemir, 13 avqust 2019-cu ildə Oksford Yunaytedə qarşı EFL Kuboku matçında (start heyətdə), dörd gün sonra İpsviç Tauna qarşı liqada debüt etdi.
Sertan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib. U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.
Sərtan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib. U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.
Taşbulat (Əbyəlil)
Taşbulat kəndi (başq. Ташбулат) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Taşbulat kəndinin milli tərkibi: başqırdlar 97 %. Məsafələr: rayon mərkəzindən (Askorovo): 46 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 7 km. Zinnur Ahmadieviç Nurqalin — ədəbi tənqidçi, Başqırdıstab Elmlər Akademiyasının fəxri akademik (2002), filologiya elmləri doktoru (1984), professor (1985), BMSSR-in əməkdar elm xadimi (1978). Radik Safarqaleeviç Valmuhametov — rus müğənnisi, Başqıdıstanın xalq artisti (2003). Rinat Yumoroviç Ataullin — rəssam, Başqırdıstan Respublikasının əməkdar artisti (2010). 1991-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü. Совет муниципальных образований Республики Башкортостан.
Taşi Dentup
Taşilunpo
Taşilunpo (tib. བཀྲ་ཤིས་ལྷུན་པོ།; çin. 扎什伦布寺) — Şiqatse şəhər rayonunda yerləşən ÇXR-in Tibet Muxtar Vilayətindəki ən böyük Buddist monastırlarından biridir. Monastır 1447-ci ildə o dövrdə şəhər mərkəzinə yaxın bir təpədə tikilmişdir. Monastırın tam adı Tibet dilində hərfi mənada "bütün xoşbəxtlik və rifah burada toplanıb" deməkdir. Taşilhunpo monastırı ənənəvi olaraq Dalay Lamadan sonra Geluq məktəbinin ikinci ən mühüm iyerarxı- tulku olan Pançen-lamanın iqamətgahıdır. Pançen-lama budda Amitabhanın emanasiyasıdır. Taşilunpo, ölümündən sonra Birinci Dalay-lama kimi tanınan Sonqkapanın şagirdi Gendun Dubpa tərəfindən təsis edilmişdir; tikinti üçün vəsaiti zadəgan tibetlilər toplamışdılar. Monastır Dördüncü Pançen-lama Lobsanq Çokyi Qyaltsen tərəfindən əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Taşilunpo məhz onun dövründə Pançenlərin (onların çoxu monastırın genişlənməsinə və möhkəmlənməsinə töhfə verdi) məskəni oldu.
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. Samir Əliyev — futbolçu.
Tefta Taşko-Koko
Tefta Taşko-Koko (alb. Tefta Tashko Koço) — Albaniya opera müğənnisi; Tefta Taşko 1910-cu il noyabrın 2-də Misirin Əl-Fəyyum şəhərində anadan olmuşdur. Onun valideynləri bura 19-cu əsrdə Albaniyadan köçüb gəlmişdilər. Atasının ölümündən sonra Tefta 11 yaşında olarkən ailəsi yenidən vətənə-Korça şəhərinə qayıdır. 1927-ci ildə ailə yenidən köçməli olur. Bu dəfə isə onlar Fransanın Monpelye şəhərində yaşamağa başlayırlar. Burada Tefta, musiqi məktəbini bitirir. Hələ təhsil aldığı müddətdə Tefta, artıq müəllimlərinin diqqətini çəkmişdi. Ailənin çətin vəziyyətdə olmasına baxmayaraq o, 1932-1935-ci illərdə təhsil aldığı Paris Milli Konservatoriyasında təqaüd alırdı. Burada o Jana Sere və Leo Bermandi kimi pedaqoqlardan təhsil almışdır.
Tezer Taşkıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur.
Tezer Taşqıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur.
Urqe Taşlı (Şaran)
Urqe Taşlı (başq. Үрге Ташлы, rus. Верхние Ташлы) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Tubənqe Taşlı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 36 km, kənd sovetliyindən (Tubənqe Taşlı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 43 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (71%), tatarlar (29%) üstünlük təşkil edir.
Yuzo Taşiro
Yuzo Taşiro (22 iyul 1982, Fukuoka) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Gamze Taşcıer
Gamze Taşcıer (1982, Ankara) — əczaçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Gamze Taşcıer 1982-ci ildə Ankara şəhərində anadan olub. 2004-cü ildə Ankara Universiteti Əzcaçılıq bölməsindən məzun olub. Əczaçı olaraq çalışıb. Əczaçılar Birliyinin üzvü olub. Qadın və uşaq hüquqları, sosial təminat, səhiyyə və əczaçılıq siyasəti sahələrində araşdırmaları və layihələri olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2016, 2018, 2020-ci illərdə CHP Məclis üzvü seçilib. Noyabr 2023-cü ildə CHP İdarə Heyətinin çalışma və sosial təminat nazirliyindən məsul sədr müavini seçilib. 2018 və 2023-cü illərdə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Tezər Taşkıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. == Həyatı == Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur.
Ecem Taşın
Ecem Taşın (20 yanvar 1991) ― –48 kq çəki dərəcəsində mübarizə aparan türk qadın cüdoçu. O, Türkiyənin Ədirnə şəhərindəki Trakya Universitetində idman menecmenti ixtisası üzrə təhsil alıb.

Значение слова в других словарях