Brekçiya
Brekçiya [ital. breccia – çınqıl, qırıntı]
== Haqqında ==
Brekçiya bucaqlı qırıntılardan və sementdən ibarət iri qırıntı süxurlarıdır. Qırıntıların ölçüsünə görə brekçiya aşağıdakı növlərə ayrılır: qayma daş (>1000 mm), iri, orta, kiçik qırıntılı (1000–100 mm) və iri, orta, kiçik çınqıllı (100–10 mm). Qırıntılar tərkibcə eyni və ya müxtəlif növ süxurlardan ibarət ola bilər. Mənşəyinə görə çökmə, karst, kimyəvi, vulkanik, tektonik brekçiya ayrılır. Brekçiya endogen və ekzogen proseslər nəticəsində əmələ gəlir.
== Həmçinin bax ==
Tektonik brekçiyalar
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.