Çox gözəl hərəkətlər bunlar (televeriliş, 2008)
Çox gözəl hərəkətlər bunlar — 2008-ci il mayın 28-i Kanal D-də yayımlanmağa başlayan əyləncə televerilişidir. Yılmaz Ərdoğanın rəhbərliyi altında BKM Mutfak aktyorlarının səhnə aldığı verilişdə, əvvəllər izləyicilərdə xal verərək oyunlarda aktiv olmuş, lakin daha sonra bu səhnədən götürülmüş ancaq sketçlər verilmişdir. Yılmaz Ərdoğanın qardaşı Dəniz Ərdoğan, məşhur melodiya olan Kamptoun Reyses adlı Amerikan xalq musiqisinə söz yazmaq surəti ilə, verilişin giriş musiqisini hazırlamışdır. Həmçinində komandanın Çox filim hərəkətlər bunlar adlı tammetrajlı kinoteatr filmidə vardır. 4 sezondan ibarət olan televeriliş 2011-ci il iyunun 26-sı 89-cu seriyasında final edərək çəkimləri dayandırmışdır.
Aktyorlar mövzusunu tamamilə özləri yazdıqları sketçləri oynamağa başlayır, və hər oyunun sonunda verilişin aparıcısı olan Yılmaz Ərdoğan izləyicilərin arasından çıxar və aktyorların performanslarının qiymətləndirilməsini istəyər. İzləyicilər qiymətləndirərkən ÇGH (Çox Gözəl Hərəkət), GH (Gözəl Hərəkət) kimi qiymətləndirmələrdən istifadə edirlər. Ən yüksək qiymətləndirmə ÇÇGH (Çox Çox Gözəl Hərəkət), ən aşağı qiymətləndirmə isə Yəniidir (türk. Yanii). ÇÇGH ilk dəfə 6-cı seriyada Əmanət Bomba adlı sketçdə verilmişdir.