Teoqoniya
Teoqoniya (yun. Θεογονία, "tanrıların yaranması") e.ə. VII – VIII əsrlərə aid Hesiod tərəfindən yazılmış, tanrıların yaranması və onların nəsilləri haqqında poema, Avropanın ən qədim ədəbiyyat əsərlərindən biri.
Hesiodun "Teoqoniya" mənzum əsəri muzalara xitabən başlayır, sonra isə əsərdə ardıcıllıqla dünyanın yaranması, titanlar, olimplər və mifoloji qəhrəmanlardan bəhs edilir.ƏsƏrin dili ilə desək:
Ən əəvvəl Xaos (boşluq, qarma-qarışıqlıq ya fəza) olmuşdur. Xaos təkbaşına, kimsəsiz, qarma-qarışıqla dolu puç bir həyat sürərmiş. Əvvəllər nə günəş, nə işıq, nə yer, nə də göy varmış tək Xaos – ucsuz bucaqsız zülmət varmış. Tənhalıqdan təngə gələn Xaos dünyanı yaratmaq qərarını verir. İlk olaraq o, gözəl və həyat qüvvəsinə malik ilahəni yeri – Geyanı yaradır. Yer böyüyərək dünyanın başlanğıcını qoymuş olur. Sonra Xaos Tartar adlı axirətin dibini ya cəhənnəmin dibini yaradır, daha sonra Niks adlı gecəni, Ereb adlı qaranlığı yaratmışdır ki, onlardan isə öz növbəsində Efir adlı şəffaflıq ya göy üzü və Hemera adlı gün yaranmışdır.