termal
termidorçu 2021
OBASTAN VİKİ
Termidor
Termidor (fr. thermidor, yun. θέρμη sözündən — isti, hərarət və δῶρον — hədiyyə) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş təqvimə əsasən, 1793 cü ilin oktyabrdan 1806 cı ilin 1 yanvarına qədər qüvvədə olmuş XI ay (19/20 iyul — 17/18 avqust). Bu ay yakobinlər diktaturasına son qoymuş termidor çevrilişi kimi də tanınır.
Termidor çevrilişi
Termidor çevrilişi — Fransa inqilabı dövründə dövlət çevrilişi. İnqilab 1794-cü ildə, iyulun 27-dən 28-nə keçən gecə (inqilab təqvimi ilə respublikanın 2-ci ilinin 9–10 termidoru) baş verdi. Bu, montanyarlar diktaturasının süqutuna səbəb olmuşdur. == Çevriliş == 1794-cü ilin yazında ölkənin inkişaf perspektivləri məsələsi konventin solçu yakobinlər və radikal montanyar deputatları arasında mübahisələrə səbəb olmuşdur. Jak Rene Eber və tərəfdarları maksimumun və terrorun əbədiləşdirilməsini müdafiə etmişdilər. Bu siyasət inqilabın düşmənlərini qorxutmaq və siyasi rəqibləri məhv etmək məqsədi daşıyırdı. Jak Jorj Dantonu dəstəkləyənlər sülhün bağlanmasını və terrora son qoyulmasını tələb edirdilər. Maksimillian Robespyer və onun tərəfdaşları hər iki qrupun liderlərinin edam edilməsinə nail olmuş və əksinqilabın qalibiyyətlə sona çatması, cəmiyyətin mənəvi yenilənməsi üçün bir proqram irəli sürmüşdülər. Bunun alətlərindən biri də terror idi. Cavab olaraq Konvensiyada deputatların sui-qəsdi yarandı.