TERMOKLİN

Temperaturun şaquli qradiyentinin yuxarıda və ya aşağıda yerləşən layın qradiyenti ilə müqayisədə daha böyük olduğu okean (dəniz, göl) layı. Bəzən temperaturun sıçrayış layı adlanır. Termoklindən yuxarıda və aşağıda yerləşən su laylarını fiziki, kimyəvi və bioloji xassələri bir-birindən fərqlənir.
TERMOKARST
TERMOKRENOFİLLƏR

Digər lüğətlərdə