Tetrarxiya
Tetrarxiya (yun. τετρα — dörd, yun. αρχη — hakimiyyət) — Roma imperyasında hakimiyyət forması olub, imperator Diokletian tərəfindən 293-cü ildə imperiyada hakimiyyət böhranını aradan qaldırmaq üçün tətbiq edilmiş, 313-cü ilə qədər mövcud olmuşdur. Hakimiyyət halqası dörd imperatordan (iki ahıl — "Avqust" və iki cavan — "Sezar" titulundan) ibarətdir.
285-ci ildə Diokletian sərkərdə (hərbi komandir) Maksimianı (cavan) müştərək hökümdar ("sezar"), 286-cı ildə isə "avqust" elan edir. Diokletian imperiyanın yarısını — şərqini, Maksimian isə qərbini idarə edir. Diokletian Maksimianın razılığı ilə əlavə iki "sezar" — Qaleriya və Konstansa Xloru "avqustlara" köməkçi təyin edir. Beləliklə, tetrarxiya üsul idarəsində məqsəd "avqustlardan" sonra hakimiyyətin "sezarlara" keçməsini təmin etmək idi.
"Əbədiyyət şəhəri" Roma tetrarxiyanın əsas kəsişdiyi şəhər olsa da paytaxt funksiyasını itirərək, Sasanid imperiyasından, germanlardan, varvarlardan effektli müdafiə olunmaq üçün hərbi və idarəçilik qərargahları, sərhədlərə nisbətən yaxın şəhərlərə, yeni paytaxtlara köçürülmüşdür.
Nikomedia (indiki İzmit)
Sirmiy
Mediolan (indiki Milan)
Trir (alm.