Tipp

der; -s, -s 1. (Andeutung) işarə; 2. (Rat) məsləhət; 3. (an Polizei) xəbər, məlumat
Tintenstift
Tippelbruder
OBASTAN VİKİ
Fil Tippett
Fil Tippett (ing. Phil Tippett; 27 sentyabr 1951, Berkli, Kaliforniya) — ABŞ kinorejissoru, vizual effektlər üzrə supervayzeri və prodüseri. O, Oskar və Emmi mükafatlarını qazanmış və məxluq dizaynı, kukla animasiyası və kompüter tərəfindən yaradılan personaj animasiyası üzrə ixtisaslaşmışdır. Bütün karyerası boyunca o, "Industrial Light & Magic" və "DreamWorks" şirkətlərində işləmiş, 1984-cü ildə özünün "Tippett Studio" şirkətini təsis etmişdir. Onun işləri orijinal "Ulduz müharibələri" trilogiyası, "Yura dövrü parkı" və "Robokop" kimi filmlərdə istifadə edilmişdir.
Tippi Hedren
Tippi Hedren (ing. Tippi Hedren, 19 yanvar 1930, Minnesota, ABŞ) — ABŞ aktrisası, daha çox "Quşlar" və "Marni" filmlərindəki rolları ilə tanınır. Aktrisa Melani Qriffitin anası, Dakota Consonun nənəsidir. Tippi Hedren (Natali Key Hedren) 19 yanvar 1930-cu ildə Minnesotanın Nyu-Ulm şəhərində anadan olmuşdur. Onun ata tərəfdən babası İsveçdən ABŞ-yə immiqrant kimi gəlmişdir. Anasının kökləri isə Almaniya və Norveçə gedib çıxır. O, öz sonrakı adı olacaq "Tippi"ni isə hələ uşaq ikən atasından almışdı. Gələcək aktrisanın atası elə hesab edirdi ki, Natali adı uşağa yox böyüklərə yaraşır. Yeniyetmə yaşlarında Tippi geyim mağazalarında moda nümayişlərində iştirak etmişdir. Tippi orta məktəbdə oxuyarkən onun ailəsi Kaliforniyaya gəlir.