titrək
titrəkçiçək
OBASTAN VİKİ
Titrək qovaq
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. == Çiçək: == Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.