Tişdəmə
“Qəndlə içilən çay” mənasında Ağdam və Şuşa şivələrində (11, 499) və eyni mənada Qərbi Azərbaycanın Çəmbərək şivəsində də işlənir. (10, 377)
Naxçıvan dialekt və şivələrində eyni mənada “dişdəmə çay” formasında işlənir. “Tişdəmə” sözündə tarixi proses nəticəsində “d-t” samit əvəzlənməsi baş vermişdir ki, bu da türk dillərində qanunauyğun fonetik hadisələrdən hesab olunur. “Dağ-tağ”, “dışarı-tışarı” və s. sözlərdə olduğu kimi. Kök+ şəkilçi+şəkilçi modeli əsasında yaranmış bu sözün ikinci komponentində işlənən “-də//lə” morfemi isimdən feillər düzəldir. Sözün sonundakı “-ma” şəkilçisi bəzi türk dillərində, o sıradan Azərbaycan dilində məişətlə bağlı isimlər əmələ gətirmişdir.