Astragalus toeniolepis
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir.
25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss.
Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.