TOK GÖZLÜ
TOKAT
OBASTAN VİKİ
Salçak Toka
Salçak Toka və ya Salçak Kalbak-Herekoğlu TOKA (15 dekabr 1901 – 11 may 1973 və ya 1973, Kızıl, SSRİ) — tuvalı yazıçı, dövlət xadimi, general, Sosialist Əməyi Qəhrəmanı. Tuva Xalq Respublikasının respublika müfakatı laureatı. Müstəqil Tuva Xalq Respublikasını SSRİ ilə birləşdirmişdir. 15 dekabr 1901-ci ildə Mergendə anadan olmuşdurTuva Xalq Respublikasını SSRİ-ə birləşdirdikdən sonra Tuva xalqı ona TOKA demişdir. Toka Tuvanı ruslara birləşdirən uşaq sözlərinin tuvaca baş hərflərinin abreviaturasıdır. Xalq bununla onu ələ salmışdır. 1932-ci ildə Donduk Kuuların edamından sonra Salçak Toka Tannu Tuvanın hökmdarı oldu. Sovet modelindən sonra kommunist bir ideologiya təqdim etdi, köçəri kənd təsərrüfatı kollektivləşdirildi və ənənəvi dinlər (Tibet Buddizmi və Şamanizm) sıxışdırıldı. Ətrafında fərdi bir mədəniyyət inkişaf etdi və ədəbi əsərlərinə görə çoxsaylı Sovet mükafatlarına layiq görüldü. 1944-cü ildə Tannu Tuvanın Sovet İttifaqı tərəfindən ilhaq edilməsini istədi.
Toka-da-Boa-Vista (mağara)
Toka-da-Boa-Vista (port. Toca da Boa Vista) — karstdan mağarası Braziliyanın Baiya ştatı ərazisində yerləşir. Braziliya alçaqdağlığının şimal-şərqində, San-Fransisko çayı hözəsində qərarlaşır. Mağara Cənubi Amerikanın ən iri mağarasıdır. Üstəlik Cənub yarımkürəsinin də ən uzun mağarasıdır. Mağaranın uzunluğu 71 km təşkil edir. Çətin dolanbaclarla uzanan mağara əsrarəngiz görünüşə malikdir. İri zallara sahibdir.
Birləşdirilmiş Avropa Tokamakı
CET (JET; Birləşdirilmiş Avropa Tokamakı-ing. Joint Eurorean Torus) — tokamak tipli eksperimental qurğu. == Tarixi == Birlik ölkələri ilə Britaniyanın atom enerjisi üzrə idarəsinin laboratoriyasında (Kalem, Oksford yaxınlığında) qurulmuşdur. CET-də yüksəktemperaturlu plazma ilk dəfə 1983-cü ildə alınmışdır. == Təsviri == Qurğuda plazmanın həcmi 100 m³-ə qədərdir; cərəyan bir neçə meqaamperə çata bilir, plazmanın saxlanma müddəti bir neçə saniyədir. CET-də aparılmış sınaqlar deytron-tritron plazmasında termonüvə sintezinin həyata keçirilməsinin mümkünlüyünü (1991); maqnit sahəsinin gərginliyi 3,8 Tl, ionların temperaturu 30 keV, elektronların sıxlığı 5.1019 m³ olduqda termonüvə reaksiyasından maksimum enerji ayrılmasına (16 MVt; 1997) nail olmaq imkanını təsdiq etdi. Plazmanın CET-də alınmış parametrləri və onun saxlanma vaxtı (müddəti) idarəolunan termonüvə sintezinin praktiki həyata keçirilməsi üçün lazım olan qiymətə çatmışdır. 2006-cı ildə Kadaraş şəhərində (Fransa) ITER (Beynəlxalq termonüvə eksperimental reaktoru -ing. International Thermonuclear Experimental Reactor – ) tipli daha güclü termonüvə qurğusunun tikilməsi qərara alınmışdır.
Boris Tokaryev
Boris Vasilyeviç Tokaryev (rus. Борис Васильевич Токарев) — Rusiyanın teatr və kino aktyoru. Rusiyanın əməkdar artisti, Rusiya Kinoaktyorlar Gildiyasının ilk vitse-prezidenti, "Debüt" studiyasının baş prodüseri. == Həyatı == Boris Tokaryev 1947-ci ildə Kaluqa vilayətinin Kiselyovo kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri də elə orada keçmişdir. Sonralar Tokaryevlər Moskvaya köçür və Boris məhz orada ilk dəfə məktəbə gedir. Boris kino debütünə 12 yaşında "Xilas edilmiş nəsil" filmində çəkilərək imza atır. 13 yaşında ikən Boris Puşkin adına teatra dəvət alır. Bir müddət sonra onu rejissor Pobedonossevin yanına assistent kimi qəbul edirlər. Beləliklə, Boris məktəbdə təhsilini davam etdirə-etdirə böyük səhnədə əsl aktyor kimi yetişməyə başlayır.
Drosera tokaiensis
Drosera tokaiensis (lat. Drosera tokaiensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Kasım-Jomart Tokayev
Qasım-Comərd Tokayev (bəzi Azərbaycandilli mənbələrdə Qasım-Jomart Tokayev; və ya Kasım-Jomart Tokayev qaz. Қасым-Жомарт Кемелұлы Тоқаев; 17 may 1953, Almatı) — Qazaxıstanlı siyasətçi və diplomat. 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilədək Qazaxıstan Respublikası Senatının Sədri vəzifəsini icra edib. 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan Respublikasının 2-ci Prezidentidir. 11 yanvar 2007-ci ildən 15 aprel 2011-ci ilədək və 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilə qədər ilədək Qazaxıstan Respublikası Senatının Sədri olmuşdur. Tokayev 1 oktyabr 1999-cu ildən 28 yanvar 2002-ci ilədək Qazaxıstan Respublikasının Baş Naziri, 12 mart 2011-ci il tarixdən 16 oktyabr 2013-cü il tarixində isə Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının direktoru vəzifəsini icra etmişdir. == Karyerası == === SSRİ === Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva, Almatı Xarici Dillər İnstitutunda işləmişdir. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.
Kasım-Jomərt Tokayev
Qasım-Comərd Tokayev (bəzi Azərbaycandilli mənbələrdə Qasım-Jomart Tokayev; və ya Kasım-Jomart Tokayev qaz. Қасым-Жомарт Кемелұлы Тоқаев; 17 may 1953, Almatı) — Qazaxıstanlı siyasətçi və diplomat. 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilədək Qazaxıstan Respublikası Senatının Sədri vəzifəsini icra edib. 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan Respublikasının 2-ci Prezidentidir. 11 yanvar 2007-ci ildən 15 aprel 2011-ci ilədək və 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilə qədər ilədək Qazaxıstan Respublikası Senatının Sədri olmuşdur. Tokayev 1 oktyabr 1999-cu ildən 28 yanvar 2002-ci ilədək Qazaxıstan Respublikasının Baş Naziri, 12 mart 2011-ci il tarixdən 16 oktyabr 2013-cü il tarixində isə Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının direktoru vəzifəsini icra etmişdir. == Karyerası == === SSRİ === Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva, Almatı Xarici Dillər İnstitutunda işləmişdir. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.
Olqa Tokarçuk
Olqa Tokarçuk (pol. Olga Nawoja Tokarczuk; 29 yanvar 1962[…], Sulexuv[d], Lyubuş voyevodluğu[d]) — Polşa yazıçısı; Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Qasım-Comərd Tokayev
Qasım-Comərd Tokayev (bəzi Azərbaycandilli mənbələrdə Qasım-Jomart Tokayev; və ya Kasım-Jomart Tokayev qaz. Қасым-Жомарт Кемелұлы Тоқаев; 17 may 1953, Almatı) — Qazaxıstanlı siyasətçi və diplomat. 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilədək Qazaxıstan Respublikası Senatının Sədri vəzifəsini icra edib. 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan Respublikasının 2-ci Prezidentidir. 11 yanvar 2007-ci ildən 15 aprel 2011-ci ilədək və 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilə qədər ilədək Qazaxıstan Respublikası Senatının Sədri olmuşdur. Tokayev 1 oktyabr 1999-cu ildən 28 yanvar 2002-ci ilədək Qazaxıstan Respublikasının Baş Naziri, 12 mart 2011-ci il tarixdən 16 oktyabr 2013-cü il tarixində isə Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının direktoru vəzifəsini icra etmişdir. Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva, Almatı Xarici Dillər İnstitutunda işləmişdir. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.
Tokantins
Tokantins (port. Tocantins) — Braziliyanın mərkəzində yerləşən ştat. Şimaldan Para və Maranyan, şərqdən Piaui və Baiya, qərbdən Matu-Qrosu, cənubdan Qoyas ilə sərhədə malikdir. İnzibati mərkəzi Palmas şəhəridir. Ərazisinin böyük hissəsini savannalar təşkil edir. Şimal sərhədlərində rütubətli Amaxon meşələri yerləşir. Şimaldan cənubda Tokantins çayı axır. Ştatın adı eyni adlı çayın adından götürülmüşdür. Tokantins Braziliyanın ən cavan ştatıdır. Qoyas ştatının şimalında olan torpaların hesabına 1988-ci ildə təşkil edilmişdir.
Tokantins çayı
Tokantins (port. Tocantins) — Cənubi Amerikanın şərqindən keçən, Braziliyanın Qoyas, Tokantins, Marayan ştatları ərazisindən axan çay. Çayın uzunluğu 2850 km təşkil edir. Başlanğıcını Marayan və Almas çaylarının birləşməsindən götürür. Mənbə Serra-Dorada silsiləsinin şərq ətəklərində yerləşir. Braziliya öndağlığından Braziliya düzənliyinə keçir. Dağlıq ərazilərdə astanalar müşahidə edilir. Düzənlikdə 350 km məsafədə naviqasiyaya yararlıdır. Ən böyük qolu Araquaya çayıdır. Əsasən yağışlarla qidalanır.
Tokara adaları
Tokara adaları (yap. 吐噶喇列島) — Sakit okeanda, Yaponiyaya məxsus adalar qrupu. Onlar Ryukyu adalarının (Nansey) bir hissəsidir. Osumi və Amami adaları arasında yerləşir. Osumi adalarından Şərqi Çin dənizini Sakit Okeanla birləşdirən Tokara boğazı ilə ayrılır. Adalarda Toşima kəndi yerləşir. Adalar inzibati cəhətdən Kaqoşima prefekturasına daxildir.
Tokarev TT-33
SSRİnin çıxardığı yarı-avtomatik tapancalardandır. TT-33 olaraq da bilinir.TT-nin açıqlamsı "Tula, Tokarev"dir.1920-ci illərin sonunda Qırmızı Ordu, çoxca köhnələn Nagant M1895 revolver yerinə yerli istehsal yarı-avtomatik tapanca axtarışına girmişdir. Ordu, bir çox müxtəlif silah prototipinin testi nəticəsində, 1930-cu ildə Rus silah dizayneri Fedor Tokarevin "TT-30" dizaynını tətbiqə qoyma qərarı almışdır. Sonrasında bu dizayn bir az modernləşmiş və 1934-də "TT-33" adıyla ardıcıl istehsala verilmişdir.Daha əvvəl Almaniyadan alınıb istifadə olunan Mauser C96nın 7.63x25mm Mauserlik gülləsi təməl alınıb, qovan ölçülərinə az qala heç toxunulmadan yalnız barıt modernləşməsi nəticəsində 7.62x25mm TT cəbhəxanası ortaya çıxarılmışdır və bu da yeni silahın sursat növü olmuşdur. 2 güllə növü o qədər bənzərdir ki, bəzi silahlarda dəyişməli olaraq belə istifadə edilə bilər çox məşhur olmasa da. 116 mm-lik nisbətən uzun lüləsi, güclü 7.62-yə 25 mm-lik Tokarev gülləsiylə birləşincə ortaya olduqca güclü və etibarlı bir silah çıxmışdır. Hələ də elədir. Standart maqazini 8 güllə daşıyır. Bu tapança Qırmızı Ordunun İkinci dünya müharibəsi və Koreya müharibəsinda standart tapancasıydı. Öz ölkəsində 1934 - 1952-ci illər arasında çıxarılmış olsa da, bir çox sovet silahı kimi bunun da saysız xarici modifikasiyası istehsalı günümüzə qədər uzanmıştır.
Tokarev binası
Tokarev binası - Rostov-na-Donu şəhəri ərazisində, Bolşoy Sadovnaya küçəsi, Çexov prospektində yerləşir. Binanın tikintisi 1905-ci ildə başa çatırılmışdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Gəlirli bina 1905-ci ildə inşa edilmişdir. Ninamın sahibi rostovlu tacir və spirtli içkilər zavodunun sahibi Nikolayev İliç Tokarev olmumdur. İnqilaba qədər binada S. O. Babaxanov bakaleyası, Rus Teatral cəmiyyəti, «Yağ-Pendir» mağazası, apteklər üçün xüsusi qablar anbarı yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra digər binalar kimi bu bina da milliləşdirilmişdir. Bir müddət sonra binada şəhər uşaq xəstəxanı olur. Böyük Vətən müharibəsi dönəmində bina böyük zərər görmüşdür. 1945-ci ildə binanı Rostov-na-Donuda olmuş Uiston Çerçil və Klement Çerçil binanı ziyarət etmişdir.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Tokat ili
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Tokay Hüseynov
Tokay Hüseynov (tam adı: Tokay Məhərrəm oğlu Hüseynov; d. 23 oktyabr 1945, Bakı,Azərbaycan SSR, SSRİ) — AMEA Biofizika İnstitutu, Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor. Hüseynov Tokay Məhərrəm oğlu 1945-ci il oktyabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. Tanınmış Gədəbəyli alim Məhərrəm Hüseyinovun övladı olan T. M. Hüseynov 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1980-ci ildə Tiflis şəhərində namizədlik dissertasiyası, 1993-cü ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. 1971–1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının fizika institutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1989–1998-ci illərdə isə Molekulyar biologiya və biotexnika institutunda laboratoriya müdiri vəzifəsində işləmişdir. 2000-ci ildən AMEA-nın fizika institutunda elmi fəaliyyətdə olmuşdur. O, biologiya sahəsində tanınmış görkəmli alimlərdən biridir.
Tokay Məmmədov
Tokay Həbib oğlu Məmmədov (18 iyul 1927, Bakı – 2 may 2018, Bakı) — sovet və Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1973), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1962), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ dövlət mükafatı laureatı (1978), 1970–1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü. Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olmuşdur. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltaraşı olub. İlk təhsilini anasından alıb. Balaca Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldərdi. Zivər xanımın sənət həmkarı Pyotr Sabsay da öz növbəsində həmişə Tokaya düzgün istiqamət göstərib. Sonralar Sabsay qeyd edirdi ki, 1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltaraşlıq şöbəsi yenicə təşkil edilmişdi. P. Sabsay, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı həmin heykəltaraşlıq şöbəsində fəaliyyət göstərirdilər. Tokay bilavasitə ilk milli heykəltaraşımız Fuad Əbdürəhmanovdan dərs almağa başlayır.
Tokaş
Tokaş və ya Nan (özb. tandir non, uyğ. tonur nan, qazax/qırğız: тандыр-нан, tandır nan) — Orta Asiyada təndir çörəyi. Şərqi Türkistan ilə Qazaxıstan, Qırğızıstan və Özbəkistanda geniş olaraq hazırlanır.
Vladimir Tokarev
Əlixan Tokayev
Əlixan İnusoviç Tokayev (oset. Токаты Алихан; 1893, Darvaqs, Rusiya imperiyası – 1920, Krasnodar) — Osetin dramaturqu, şairi və publisisti. Osetin dilində ilk sonatanın müəllifi.. Əlixan Tokayev 1893-cü ilin iyulunda Terek vilayətinin Darvaqs kəndində böyük kəndli ailəsində anadan olub. Milliyətcə osetindir. 1907-ci ildə Darqavs kilisə məktəbini bitirmiş, sonra ailənin təsərrüfat işlərinə kömək etmişdir. Ə.Tokayev 1913-cü ildə 1916-cı ildə bitirdiyi Bakı Dənizçilik Məktəbinə daxil olmuşdur. Bakıda Əlixan inqilabi ideyalarla tanış olmuş, bolşeviklərin gizli hərəkatında iştirak etmişdir. Eyni zamanda ədəbi fəaliyyətlə də məşğul olmağa başlamışdır. Sonra Əlixan Tokayev Sankt-Peterburq Rəssamlıq Akademiyasına daxil olmuşdur.
Dendrobium tokai var. crassinerve
Dendrobium macranthum (lat. Dendrobium macranthum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista macrantha (A.Rich.) Kuntze Durabaculum macranthum (A.Rich.) M.A.Clem. & D.L.Jones === Heterotipik sinonimləri === Dendrobium arachnostachyum Rchb.f. Dendrobium pseudotokai Kraenzl. Dendrobium tokai var.