TOPÇU

is.
1. Artilleriya (topçu hissələr) əsgəri.
Keçir uzaqvuran toplar bir alay; Bizim topçulara yoxdur əsla tay! Ə.Cəmil.
O bizim topçulardır; Göz olur yerə-göyə. M.Seyidzadə.

2. bax artilleriya 2-ci mənada.
Topçular alayı gəlir arxadan; Fırlanır dolaşıq təkər səsləri. S.Vurğun.
Qoçəlinin topçu batareyasına yaxınlaşan düşmən tanklarını bir-bir dənləmək əmr olundu. Ə.Vəliyev.

Синонимы

  • TOPÇU topçu bax zenitçi
TOPÇİÇƏKLİ
TOPÇULUQ
OBASTAN VİKİ
Topçu
Topçu (İsmayıllı)
Topçu (İsmayıllı)
Topçu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Topçu rayon mərkəzindən 14 km şimal qərbdə Alazan-Həftəran vadisində, Qafqaz dağlarının cənub ətəyində yerləşir. Əhalisi maldarlıq və əkinçiliklə məşğuldur. Topçuda orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. Ərazi sıx meşəliklə örtülüdür. Topçu meşəsində ğözəl istirahət güşələri fəaliyyət göstərir. Əhalisi 1403 nəfərdir. Kənd işıqla və mavi yanacaqla təmin olunur . Kənddə ilboyu fəaliyyət göstərən yeməkxana və çayxana vardır. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.
Topçu (Şəbüstər)
Topçu (fars. توپچي‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (94 ailə).
Topçu bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Topçu taboru
Topçu Taboru — batareyalar və diviziyalardan ibarət hərbi birləşmədir.Düşmən üzərinə hücum və ya müdafiə zamanı artilleriya hücumlarını təmin edir.
Əhməd Topçu
Əhməd Topçu (türk. Ahmet Topçu, d. 2 fevral 1945, Rizə Çayeli — ö. 5 iyun 2019) — Türk akademik, pedaqoq 1945-ci ildə Rizənin Çayeli mahalının Yaşıltepe kəndində anadan olmuş, ibtidai məktəbi orada bitirmişdir. Orta təhsilini Əskişəhərdə, ali təhsilini isə Qaradəniz Texniki Universitetində bitirdi. Milli Təhsil Nazirliyinin təqaüdü hesabına Almaniyada yerləşən Duisburq-Essen universitetində doktorantura oxumuş Əhməd Topçu Anadolu Universitetində dosent adını, Əskişəhər Osmanqazi Universitetində isə professor adını almışdır. Şimali Kipr Türk Respublikası Şərqi Aralıq dənizi Universitetində 2 il boyunca professor olaraq dərs demiş, Əskişəhər Osmanqazi Universitetində şöbə müdiri və dekan vəzifələrində çalışmışdır. 2008-ci ildə öz xahişi ilə təqaüdə çıxmışdır. 5 iyun 2009-cu ildə vəfat etmişdir. Duran, M., Topçu, A., u.a., KRAM’76, Ein FORTRAN-Program zur Berechnung allgemeiner Tragwerke, Forschungsberichte aus dem Fachbereich Bauwesen, Uni.
Ədiyə Topçu
Ədiyə Topçu (krımtat. Ediye Topçı, Эдие Топчы) ― Sovet Krım tatar artisti, müğənni, Özbəkistan SSR əməkdar artisti (1966), Krım tatarlarının "Xaytarma" Dövlət Mahnı və Rəqs Ansamblının solisti. 1919-cu il sentyabrın 22-də Baxçasaray şəhərində anadan olub. Məktəb illərində bədii özfəaliyyət tədbirlərində iştirak edib. 1935-ci ildə 16 yaşında Krım Radio Komitəsində işləməyə başlamış, orada vokal ansamblının xorunda oxumuş, 1938-ci ildə isə ansamblın solisti olmuşdur. 1940-cı ildə Simferopol Musiqi Məktəbinin vokal şöbəsinə daxil olur, N. Çernovun sinfində oxuyur. 1941-ci ildə Krım MSSR Xalq Komissarları Soveti yanında İncəsənət İdarəsində işləməyə başlayır, lakin müharibə onun Pyotr Çaykovski adına Moskva Konservatoriyasına daxil olmasına mane olur. Sovet qoşunları Krımı azad etdikdən sonra 1944-cü il mayın 18-də Özbəkistan SSR-ə, Bekabad şəhərinə deportasiya edilib. 1944–1946-cı illərdə burada Uzgosteatrın solisti kimi çalışıb. 1950–1951-ci illərdə xor qrupuna rəhbərlik etmişdir.
Topçu Vüsal
== Vüsal Şahkərimov == Azərbaycanlı hərbçi, İkinci Qarabağ Müharibəsinin simvollarından biridir. Müharibənin gedişində Müdafiə Nazirliyinin mütəmadi olaraq paylaşdığı videodan Sosial Media istifadəçiləri onun şəklini kəsib paylaşdıqdan sonra məşhurlaşmışdı. O Müharibə dövründə və sonrakı dövrlərdə sosial şəbəkələrin Azərbaycan seqmentinin gündəmində qalmışdı. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. == Həyatı == Vüsal Şahkərimov 29 iyun 2001-ci il tarixində Xaçmaz rayonunun Qusarçay kəndində dünyaya gəlib. Ailəsi Quba rayonunun Cimi kəndindəndir. O, İkinci Qarabağ Müharibəsi başlamazdan 17 ay əvvəl, 29 iyun, 2019-cu il tarixində hərbi xidmətə yola düşüb. Döyüşlərə ilk olaraq Fizuli rayonunda başlayıb. Sonradan onun xidmət etdiyi hərbi hissə Şuşaya köçürülüb.
Emir Han Topçu
Emir Han Topçu (11 oktyabr 2000-ci ildə Bandırmada anadan olub) — Türkiyə Birinci Liqası təmsilçilərindən olan Çaykur Rizəspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Rizəspor === Emir Topçu Çaykur Rizəspor akademiyası vasitəsilə inkişaf etmişdir. Topçu öz peşəkar karyerasında debütünü 21 sentyabr 2017-ci ildə Nevşehirspor klubuna qarşı oyunda etmişdir. O, 66-cı dəqiqədə Halil Sönmezi əvəz etmişdir. Həmin görüşdə Rizəspor kubok görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 8 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Caner Topçu
Caner Topçu (25 iyun 1997, İstanbul) Türk aktyordur. == Həyatı == Əslən Kastamonulu olan Caner Topçu, 25 iyun 1997 tarixində İstanbulda anadan olub. İbtidai təhsilini və orta təhsilini İstanbulda tamamladı. Daha sonra isə özündə aktyorluq bacarığını kəşf etdi və Harun Özer Teatr təhsili və Fulya Filazi aktyorluq təhsilini aldı. Ağ Cəhənnəm, Diqqət İnternet Var, Sarıqamış və İnamdan Zəfərə kimi bir çox teatr oyununda rol aldı. 2015-ci ildə Savadsızlar adlı kinoteatr filmində Rəcəb obrazı ilə kameraların qarşısına keçdi.
Mirzə Cəfər Topçubaşov
Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov (1790–1869) — pedaqoq, şair, şərqşünas alim. Sankt-Peterburq universitetinin professoru. Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 1790-cı ildə Gəncə şəhərində anadan olmuşdu. Sonralar ailəsi ilə birlikdə Tiflis şəhərinə köçmüşdü. 1812-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentinə tərcüməçi təyin edilmişdir. 1819-cu ildə Mirzə Cəfər Sankt-Peterburq Baş Pedaqoji İnstituta fars dilçiliyi kafedrasına müəllim dəvət olunmuşdur. O, burada ərəb, fars və türk dillərindən dərs deyirdi. M. Topçubaşov 1835-ci ildə universitetin İran ədəbiyyatı kafedrasının müdiri və professoru olmuşdur. M. C. Topçubaşov 1849–1867-ci illərdə Asiya departamenti nəzdindəki Şərq Dilləri İnstitutunun professoru kimi fəaliyyətini davam etdirmişdi. O, Rusiya arxeologiya və numizmatika cəmiyyətinin yaradıcılarından biri olmuş, 1852–1857-ci illərdə onun şərq şöbəsinin müdiri işləmişdir.
Mustafa Topçubaşov
Mustafa Ağabəy oğlu Topçubaşov (5 (17) avqust 1895, İrəvan – 20 noyabr 1981, Bakı) — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri. Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), "Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940), Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və 1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinə (1–10-cu çağırış) deputat. Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olmuşdur.Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub. 1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub.
Mustafa bəy Topçubaşov

Pəri xanım Topçubaşova
Pəri xanım Topçubaşova (1873, Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1947, Paris, Dördüncü Fransa Respublikası) — Azərbaycanın birinci xanımı, Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı. İki il Bakıda işsiz qalan Həsən bəy Zərdabi 1880-ci ildə ailəsi ilə birlikdə doğma kəndinə Zərdaba köçür. Bu zaman onun böyük qızı Pərinin 7 yaşı var idi. Ailənin maddi vəziyyəti ağır olsa da Həsən bəy qızını oxutmaq arzusu ilə yaşayırdı. Azərbaycanda qız məktəbi olmadığından Həsən bəy qızını Tiflisə aparır və vaxtı ilə Hənifə xanımın təhsil aldığı rus qız gimnaziyasına qoyur. Tiflis mətbu orqanları və ziyalıları ilə mütəmadi əlaqə saxlayan Həsən bəy tez-tez gimnaziyaya gəlir, qızının dərsləri ilə maraqlanırdı. Qısa bir müddətdə Pəri xanım həm təhsili, həm də yüksək ədəb-ərkanı ilə müəllimlərinin hörmətini qazanır. Beləliklə, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız Pəri xanım oldu. Araşdırmaçı Qərənfil Dünyamin qızı yazır ki, Pəri xanım hələ Tiflisdə rus-qız gimnaziyasında oxuyarkən təhsilə, yeniliyə olan marağı ilə yanaşı Şərq qadınlarına xas olan gözəlliyi, saflığı, sadəliyi ilə də Əlimərdan bəyin diqqətini cəlb edib. Aralarında səmimi bir dostluq yaranır və bu dostluq sonralar ülvü məhəbbətə, sədaqətli ömür-gün yoldaşlığına cevrilir.
Reyhan Topçubaşova
Reyhan İbrahim qızı Topçubaşova (15 dekabr 1905, Quba – 5 mart 1970, Bakı) — Azərbaycanın ilk qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olmuşdur. Reyhan xanım ilk təhsilini Hacı Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində almışdır. Rəssam 1923-cü ilə kimi pedaqoji sahədə çalışmaqla yanaşı, konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) fortepiano sinfində təhsil alıb, lakin Reyhan, oğlu İbrahimin dünyaya gəlişi ilə bağlı olaraq, təhsilini tamamlaya bilməyib. Reyhan xanım 1933-cü ildə indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin xüsusi istedadına görə birbaşa 3-cü kursuna daxil olur. O, burada 1935-ci ilə qədər təhsil alır. Elə həmin dövrdən də rəssamlıq sənətinə başlayır. 1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuşdur. 1941–1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olmuşdur. 1943-cü ildən Azərbaycan SSR-in əməkdar incəsənət xadimi idi.
Rəşid bəy Topçubaşov
Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu (26 oktyabr 1901, Tiflis – 17 dekabr 1927, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Paris Sülh Konfransına (1919–1920) göndərilmiş Azərbaycan Hökuməti nümayəndə heyətinin katibi. Əlimərdan bəy Topçubaşovun oğlu. Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu 26 oktyabr 1901-ci ildə Tiflis şəhərində anadan olub. 1910-cu ilin sentyabr ayından 1918-ci ilin aprel ayına qədər Bakı Real Məktəbində təhsil alıb. 1919-cu ildə Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyəti sədrinin şəxsi katibi olub. 1919-cu ilin avqust ayında anası Pəri xanım Topçubaşova Rəşid bəyin hökumət hesabına xaricə ali təhsil almağa göndərilən tələbələrin siyahısına daxil edilməsi üçün Azərbaycan Cümhuriyyətinin Xalq Maarif Nazirliyinə məktub yazır. O məktubunda qeyd edir ki, Rəşid bəy Parisdədir və pansiona daxil olub. Tarix-filologiya və ya texniki ixtisas üzrə ali təhsil almaq istəyir. Müraciət qəbul edildikdən sonra Rəşid bəy də Cümhuriyyət tələbələri sırasında yer alır. Azərbaycan Cümhuriyyəti dağıldıqdan sonra dövlət tərəfindən təyin edilmiş təqaüd də kəsilir.
Səfəvilərin topçubaşılarının siyahısı
Səfəvilərin topçubaşılarının siyahısı — Səfəvi imperiyasının artilleriya korpusuna rəhbərlik edən komandanların siyahısı. Topçubaşı artilleriya batareyasına (topxana) nəzarət edirdi və onun səlahiyyətində olan məsələlərə artilleriya bölmələrini lazimi hissələrlə təmin etmək də var idi. Topçubaşına yardım edən və ona tabe olan aşağı rütbəli qərərgah da var idi. Topçubaşı terminindən bəzən imperiyanın müxtəlif vilayət və şəhərlərindəki lokal artilleriya bölmələrinin komandanları üçün də istifadə edilmişdir. Həmzə bəy (1507) Mahmud bəy (1516) Ustad Şeyxi bəy (1528-1529) Şeyx Əli (1538-1529) Dərviş bəy (1551-1552) Süleyman bəy (1556-1557) Murad xan (1580-1581) Qeyçiqarı xan (1605-1606) Bərxudar bəy (1610) Murtəzaqulu bəy (1637-1638) Murad bəy (1642) Murad bəy (1642) Məhəmməd bəy (1649 Hüseynqulu xan Qələndər Soltan Çulə Çağatay (1660-1661) Nəcəfqulu bəy (1669-1679) Məhəmməd Hüseyn bəy (1679-?) Musa bəy (1692) Əbdülrəzzaq bəy (1693-1695) Əbdülrəzzaq bəy (1693-1695) Əbdi Ağa (1697-1695) Əliqulu xan (1711-1714) Mohebbəli xan (1716-1721) Əhməd xan (1721) Məhəmmədəli xan (1722) Onun oğlu (adı məlum deyil, 1722) {{efn|Məhəmmədəli xanın 1722-ci ilin iyununda vəzifəsindən kənarlaşdırılmasından sonra onun əvəzinə bu vəzifəyə 7 yaşlı oğlu təyin edilmişdir.
Topçubaşov
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az-əbcəd. علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف‎; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru. Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur. 1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir. 1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir. 1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur.
Topçubaşovlar
Topçubaşovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Tiflis arxivində saxlanılan şəhadətnaməyə görə, Əlimərdan bəyin ulu babası Əliəkbər bəy Xorasandan Tiflisə köçürülüb. Çar İrakli Ələkbər bəyi topçuluq haqqında bilgilərinə görə topçubaşı vəzifəsinə təyin edib. "Topçubaşı" vəzifəsini isə həmin dövrdə yalnız zadəgan nəslindən olanlar daşıya bilərmiş. Osmanlı ilə müharibədə həlak olan Ələkbər bəyin oğlanları, yəni Əlimərdan bəy Topçubaşovun babaları Əlimərdan, Hacıağa və Ağahüseyni çar Irakli öz sarayına qəbul edib və xüsusi himayəsində təhsil verdirib. Ağa Məhəmməd şah Qacar Tiflisi tutanda qardaşları da əsir götürüb. Qacarlar nəslindən olan Gəncə hakimi Cavad xan bədəlini də qızılla ödəməklə Ağa Məhəmməd şahdan "Topçubaşıları" buraxmasını xahiş edib. Gəncəyə yerləşən Topçubaşılarla Cavad xan qohum da olub. O, baba Əlimərdan bəyin qızı ilə ailə həyatı qurub, bəyin özünə isə "fəxri nazir" rütbəsi verib Gəncənin son müstəqil hakimi Cavad xanın şəxsi katibi Əlimərdan bəy Əliəkbər bəy oğlu Topçubaşı ərəb və fars dilləri ilə yanaşı rus dilini də mükəmməl bilirdi. Bu, Azərbaycan torpaqlarının Rusiyaya birləşdirilməsindən əvvəl nadir bir hal idi.
Topçubaşovun aparatı (film, 1946)
Filmdə görkəmli Azərbaycan cərrahı, professor, tibb elmləri doktoru Mustafa Topçubaşovun tibb elmindəki xidmətlərindən və onun cərrahiyyə əməliyyatı ilə əlaqədar yeni ixtirasından bəhs olunur.
Topçubaşov–Çandler kontraktı (1919)
Topçubaşov-Çandler kontraktı — Parisdə Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovla Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları Konqresi nümayəndələr palatasının üzvü Valter Çandler arasında Azərbaycanın mənafelərini müdafiə etmək haqqında imzalanmış müqavilə. Müqaviləyə görə, Çandler 3 ay müddətinə Azərbaycan Xalq Cümhuriyyətinin mənafeyini və müstəqilliyini müdafiə etməyi öz üzərinə götürürdü.
Əli Mərdan bəy Topçubaşov
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az-əbcəd. علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف‎; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru. Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur. 1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir. 1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir. 1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur.
Əlimərdan Topçubaşov

Əlimərdan bəy Topçubaşov

Ələkbər bəy Topçubaşov
Ələkbər bəy Mirzə Cəfər oğlu Topçubaşov — podporuçik. Mirzə Cəfər Topçubaşov oğlu. Əlimərdan bəy Topçubaşov atası. Əlimərdan bəyin atası Əliəkbər bəy isə hərb sənətinə üstünlük vermiş, çar ordusunda hərbi xidmətə qəbul olunmuş və podporuçik rütbəsində xidmət etmişdi. Sankt-Peterburq Mərkəzi Tarix Arxivində saxlanan sənədlərdən aydın olur ki, Əliəkbər bəy 1820-ci ildə anadan olmuş, 1843-cü ildə Zaqafqaziya müsəlman atlı süvari alayında hərbi xidmətə başlamış və 1845-ci ildə həmin alayın müsəlmanlardan ibarət taqımının komandiri təyin edilmişdi. O, 1853-1856-cı illərdə baş vermiş Krım müharibəsinin iştirakçısı olmuş, müharibədəki xidmətlərinə görə bir sıra təltiflər almış və podporuçik rütbəsinə yüksəlmişdi. Əlimərdan bəy öz xatirələrində atasının Varşavada rus ordusunun sıralarında xidmət etdiyini yazırdı. Qafqaz ordusundadır, üstündə "Mərdliyə görə" yazılmış, Anna lentində boyundan asmaq üçün qızıl medalla (1847) və 1853-1856-cı illər müharibəsi xatirəsinə bürünc medalla təltif edilib. Əmək dəftərinin qulluqla bağlı bölümündə bunlar göstərilib: Əliəkbər bəy Əlahəzrət konvoyunun (qoruma güclərinin) Zaqafqaziya atlı müsəlman alayında vəkil rütbəsində xidmətə başlayıb - 3.5.1843, yenə orada süvari təyin edilb - 20.4.1845, kornet rütbəsinə yüksəldilib - 16.6.1849, Don alaylarına iki dəfə ezam edilib - 4.7.1850; 16.10.1851, dağlılara qarşı işlərdə seçildiyinə görə Ən yüksək iltifata layiq görülüb (yəni çar ona təşəkkür edib), Türklərə qarşı əməliyyatlarda seçildiyinə görə podporuçikliyə yüksəldilib - 4.11.1853, Qafqaz ordusuna təyin edilib - 7.10.1858, ölüb - 7.5.1868. O, aşağıdakı yürüşlərdə iştirak edib: 3 may 1843-cü ildən atlı müsəlman alayının tərkibində Tiflisdən Varşavaya, 1851-ci ildə ləzgi dəstəsinin tərkibində 15 apreldən dağlılara qarşı, 21.4.1851-ci ildə Çardaqlı kəndində quldurlar dəstəsinin məhv edilməsində.
Topçubaşov Mərkəzi
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi — Azərbaycan ordusunun topçu hissə və bölmələrinin formalaşdırılması və təlim-tərbiyəsinə, həmçinin atıcı və topşu ehtiyat əmlakının yaradılması, qorunması və qoşun hissələrinə çatdırılması işinə rəhbərlik edən hərbi qurum. == Yaradılması == Türk hərbi qüvvələri Azərbaycanda olarkən bu vəzifələr Qafqaz İslam Ordusunun müvafiq strukturları tərəfindən həyata keçirilirdi. Hərbi nazirlik bərpa edildikdən sonra 1918-ci il, noyabrın 15-də Azərbaycan ordusu ümumi qərərgahınınn tərkibində topçu şöbəsi yaradıldı və general-mayor Murad Gəray bəy Tlexas həmin şöbənin rəisi təyin olundu. == Fəaliyyəti == Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac artırdı. Hərbi nazirin 1918-ci il, 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş Topçu idarəsi yaradıldı. Yeni qurum Ümumi Qərərgahın tərkibindən çıxarılaraq birbaşa hərbi nazirə tabe edildi. Baş Topşu İdarəsinin rəisi əlahiddə Azərbaycan Korpusunun tərkibinə daxil olmayan bütün topçu hissələrinin, müəssisələrinin rəisi idi. Korpusun topçu hissələri üçün isə o, müfəttiş funksiyasını yerinə yetirirdi. İdarə rəisi həmin hissələrdə təlim-tərbiyə işlərini nəzarət altında saxlamaqla, vaxtaşırı hərbi nazirə bu barədə məlumat verməli idi. Baş Topşu İdarəsi iki bölmədən ibarət idi: I bölmə texniki II bölmə müfəttiş bölməsi Bölmələrə rəisin texniki və müfəttiş bölmələri üzrə müavinləri rəhbərlik edirdilər.

Значение слова в других словарях