TOPA QUMLAR

qum səhralarında küləyin yaratdığı akkumulyativ nanorelyef formaları; takırın və şoranlıqların yastı səthində, alçaq kolların ətrafında küləyin gətirdiyi kövrək materialların kiçik topluları. Qrunt sularının səviyyəsi dərində olan sahələrdə qum topluları bir-birindən aralı, qrunt sularının səviyyəsi səthə yaxın olan sahələrdə isə bir-birinə birləşmiş olur. Р–кучевые пески vegetated sand dune, fixed sand mounds
TOMBOLO
TOPOFASİYALAR
OBASTAN VİKİ
Topa Qalası
Topa Qalası — Şərur rayonunun Axura kəndində şərqdə, Havuş kəndinin cənub tərəfində,hündür dağ zirvəsində qala Axreoloji təqdiqatlar nəticəsində iri daşlardan inşa edilmiş qala divarlarının izləri aşkar olunmuşdur. Qala ərazisindən,əsasən,şirsiz saxsı məmulatı,həmçinin şirli qab hissələri, metal əşya qalıqları tapılmışdır. Tapıntılar XI- XVIII əsrəsrlər üçün səciyyəvədir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 562. ISBN 5-8066-1468-9.
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
Narın qumlar (səhra)
Narın qumlar səhrası (qaz. Нарын құмы, rus. Рын-пески, Рыны, Нарын-пески, Нарын) — geniş ərazini əhatə edən və barxanlarla zəngin olan səhra. Səhra Xəzərönü çökəklikdə Volqa (İdil) və Ural (Yayıq) çayları arasında yerləşən ərazini əhatə edir. Narın qumlar səhrası 40 min. km² ərazini əhatə edir. Vaxtı ilə göl dibini təşkil etdiyindən narın qumlarla örtülmuşdur. Səhranın bir qismi ot və kollarla örtülür. Qum fırtınaları səhra üçün xarakterikdir. Şirin su mənbələri səhtə yaxındır.
Qumlar kralı (film, 2012)
Qumların Kralı — Səud ailəsinin xəyanətlərindən bəhs edən səs-küylü film. "Qumlar Kralı" filmi vəhabiliyin tarixindən və İsrailin yaranmasından da bəhs edir. Məşhur rejissor Nejdət Anzurun Səudiyyə xanədanının tarixindən bəhs edən " Qumların Kralı" filmi yəqin ki, yaxın vaxtlarda bütün dünya ölkələrində nümayiş etdiriləcək. Artıq filmin Britaniyada premyerası olub. Filmin çəkilişi çox çətinliklərdən keçib. Bu çətinliklər milyonlarla dollar rüşvətdən və təhdidlərdən ibarət olub. Nejdet Anzur bildirir ki, filmin çəkilişləri zamanı bu yoldan imtina etməyim müqabilində ayrı-ayrı şəxslər tərəfindən külli miqdarda pul təklifləri alıb: "Pulun heç də hər şeyi həll edə bilmədiyini görüb, ölümlə təhdid etdilər, amma mən bu ailənin müsəlmanların başına açdığı oyunları, etdiyi xəyanətləri işıqlandırmaq üçün önəmli tarixi faktlara əsaslanan filmin nə bahasına olursa-olsun çəkiləcəyinə qərar verdim." Filmdə Səudiyyə xanədanının hiylələri, qurduğu oyunları, xəyanətləri, qətliamları açıq şəkildə işıqlandırılır. Rejissor bildirir ki, filmin çəkilişində hazırda Ərəbistanın İslam ölkələrinin parçalaması və müsəlmanların bir-birini qırması üçün gördüyü işlərdən faydalanıb. O, tarixi faktlara nəzər yetirdiyini və hər şeyin bir-biri ilə üst-üstə düşdyünü görüb və bu faktlar da filmin ərsəyə gəlməsinə səbəb olub:"Bəzi tarixi faktlar var ki, Səud ailəsi onların üstünü pul gücünə örtüb, amma Səud xanədanından bəhs edən bu ilk film bütün faktları yenidən gün işığına çıxardı. ərəbistan rejiminin qurulma formasından artıq hər kəs xəbərdar olacaq.