Topuqlu
Totuqlu və ya Topuqlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qoşabulaq kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
== Toponimikası ==
Dağətəyi ərazidədir. Totuqlu variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsi 1910-cu illərdə Totux adlı bir nəfərin saldığı binə yerində yarandığı üçün belə adlanmışdır. Topuq toponimiyada daban termininin sinonimi olub, kəndin dağ ətəyində, aşağıda yerləşdiyini bildirir.
== Əhalisi ==
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır.
== İqtisadiyyatı ==
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.