Hantinqton bu tezisə ilk dəfə 1993-cü ildə “Foreign Affairs” jurnalında dərc olunmuş məqaləsində toxunmuş[8], daha sonra bu tədqiqat işini genişləndirərək 1996-cı ildə kitab halında nəşr etdirmişdir[9][10].
Hindistan sivilizasiyası, Hindistan, Nepal və Hindistan diasporunun mövcud olduğu regionlarda yayılmışdır.
Çin sivilizasiyası Çin, Koreya, Sinqapur, Tayvan və Vyetnamda mövcuddur. Bu sivilizasiya eyni zamanda Çin diasporunun getdiyi və yaxından əlaqəli olduğu yerlərdə, xüsusən də Cənub-Şərqi Asiyada da yayılmışdır.
Yaponiya mədəniyyəti Çin sivilizasiyası ilə Altay mənşəli mədəniyyətlərin qarışığıdır.
Qara Afrika sivilizasiyası, ehtimal ki, Hantinqtonun qeyd etdiyi səkkizinci böyük mədəniyyətdir.
Bunlardan başqa Hantinqton bəzi ölkələri qərarsız ölkələr olaraq müəyyən etmişdir. Bir mədəniyyətə mənsub olmasına baxmayaraq (xalqın istəksizliyinə baxmayaraq) başqa sivilizasiyalara keçmək istəyən ölkələr bu tərifə daxil edilirlər. Efiopiya, Haiti və Türkiyə kimi ölkələri “qərarsız” ölkələr olaraq görmüşdür. İsrail digərlərindən fərqli mədəniyyətə malik olsa da, Hantinqtona görə, o, qərb sivilizasiyasından çox da fərqlənmir və müəyyən mənada onun bir hissəsidir. Hantinqton həmçinin Karib dənizihövzəsindəki keçmiş Britaniya koloniyalarının da digərlərindən fərqli mədəniyyətə aid olduğuna inanır.
Bəzi mənbələrdə Çin, Hindistan, Buddist və Yapon mədəniyyətləri vahid sivilizasiya kimi qeyd olunurlar.
↑Elst, K. India's Only Communalist: an Introduction to the Work of Sita Ram Goel, in Sharma, A. (2001). Hinduism and secularism: After Ayodhya. Basingstoke: Palgrave.