Toxtamış Gəray

Toxtamış Gəray (1589[1]1608[1]) — XVI Krım xanı.[2]

Toxtamış Gəray
1607 – 1608
ƏvvəlkiII Qazi Gəray
SonrakıI Səlamət Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1589[1]
Vəfat tarixi 1608[1]
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti monarx
Atası II Qazi Gəray
Ailəsi Gəraylar
Dini sünni islam

Krım xanı II Qazi Gərayın oğludur. Atasının ölümünün ardından Osmanlı sultanının razılığını almadan saray əyanlarının köməyilə özünü xan, kiçik qardaşı Səfər Gərayı isə kalqay elan etdi. O əsnada Toxtamış Gərayın 18 yaşı var idi və İstanbulda özündən dəfələrlə böyük əmisi Səlamət Gəray taxt sırası gözləyirdi. İstanbuldakı tərəfdarlarının da dəstəyini alan Səlamət Gəray 1608-ci ildə xan elan edildi və xanlıq fərmanı alaraq gəmiylə Krıma yola düşdü. Bunu xəbər alan Toxtamış Gəray kiçik qardaşı Səfər Gərayı da yanına alaraq quru yoluyla İstanbula qaçdı.

Ancaq bədbəxtlikdən yolda ikən Osmanlı sultanı tərəfindən yeni kalqay təyin edilən Mehmed Gərayla qarşılaşdılar. Çıxan silahlı toqquşmada Toxtamış və qardaşı qətlə yetirildi.

  • Oleksa Gaivoronsky "Повелители двух материков", Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
  1. 1 2 3 4 Tochtamysz Girej // MAK (pol.).
  2. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479