III Andronik (Trabzon imperatoru)
III Andronik Komnenos (yun. Ἀνδρόνικος Μέγας Κομνηνός) (1310, Trabzon – 8 yanvar 1332, Trabzon) — 10-cu Trabzon imperatoru.
Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından taxta çıxmışdır. İlk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmiş, digər qardaşı Vasiley isə vaxtilə əmisi Mixailin etdiyi kimi, qaçaraq Bizans imperatoruna sığınmışdır.
20 ay davam edən qısa səltənətində imperiya daxili çəkişmələrə şahid oldu. 8 yanvar 1332-ci ildə atası kimi babun taunu səbəbilə vəfat etmişdir. Ölümündən sonra nikahdan kənar doğulan oğlu Manuel taxta çıxmışdır.
II Manuel
Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
Alexander Kazhdan, (Ed.) (1991).