Traxeit
Traxeit- Yuxarı tənəffüs yollarının iltihabı və obstruksiyası ilə müşayiət olunan traxeyanın infeksiyasına traxeit deyilir. Traxeit ilk dəfə 1920-ci illərdə tibbi ədəbiyyatda təsvir edilib və həmin dövrdə kəskin larinqotraxeobronxit adlandırılıb.
Kəskin traxeit: kəskin və qəfl başlanğıc və yüksək morbidlik və mortalite ilə müşahidə edilir.
Yarımkəskin traxeit: daha yavaş başlayır və az ağır gedişata malikdir. Əsasən uzun müddət intubasiya edilmiş, traxeostomiya qoyulmuş və/və ya respirator və ya nevroloji xəstəlikləri olan uşaqlarda müşahidə olunur.
Bakteriya:
Staphylococcus aureus (ən çox rast gəlinən), qrup A betta-hemolitik streptokokk, Moraxella catarrhalis və H.influenzae
Pseudomonas aeruginosa, digər Qram-neqativ enteral bakteriyalar nozokomial infeksiyalara səbəb olur
Mycobacterium tuberculosis, Mycoplasma pneumoniaeç Corynebacterium diphtheria, H.influenzae tip B və bir çox respirator anaerob bakteriyalar nadir hallarda traxeitə səbəb olur.
Viruslar:
qrip, paraqrip, respirator sinsitial virus, herpes simpleks və qızılca virusları da traxeitə səbəb olur və çox zaman bakteriyal patogenlərlə yanaşı müşahidə edilir.
Göbələk:
Əsasən xroniki steroid preparatlar qəbul edən və ya immun sistemi zəif olan və ya immun çatışmazlığı olan xəstələrdə rast gəlinir.
Anamnez
Yüksək hərarət; ağrısız öskürək; səsli tənəffüs; letargiya (yuxululuq); təngənəfəslik; tənəffüs yollarının proqressiv artan (saatlar və ya günlər ərzində) obstruksiyası.
Səsin kallığı (disfoniya), disfagiya, boyunda ağrı, tüpürcəyin (ağız suyu) ağızdan axması az hallarda müşahidə edilir.