Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Traxeyalılar
Traxeyalılar (lat. Tracheata) — buğumayaqlılar tipinə aid yarımtip. Bu yarımtipə iki sinifüstü daxildir: çoxayaqlılar və altıayaqlılar. Altıayaqlılara həm də cücülər daxildir. Bu taksonun tərkibinə daxil olan növlərin sayı olduqca çoxdur. Belə ki, etimoloqların hesablamalarına görə təkcə altıayaqlılar sinifüstünə aid olan cücülərin bir milyondan çox növü var. Çoxayaqlıların isə cəmi 13000-ə yaxın növü var.
Traxeyanın intubasiyası
Traxeyanın intubasiyası, endotraxeal intubasiya, (nəfəs borusuna boru ya lülənin daxil edilməsi) tənəffüsü və tənəffüs yolunun keçiriciliyini təmin etmək məqsədilə icra edilən anestezioloji və reanimatoloji əməliyyat. Traxeyanın intubasiyası potensial invaziv müdaxilə olduğu üçün onu icra etmək üçün böyük təcrübə tələb olunur. Bu zaman hər hansı bir xəta məsələn, təsadüfən qida borusunun intubasiyası xəstənin vəziyyətinin kəskin pisləşməsinə və hətta ölümünə səbəb ola bilər. Tənəffüs yolunun keçiriciliyini təmin etmək baxımından endotraxeal intubasiya ən sığortalı metoddur. Tənəffüsü təmin etmək məqsədilə nəfəs borusunun yarılması haqqında ilkin məlumat Qədim Misirə, e. ə. 1550 ilə aid Ebersa papirusunun 110-cu səhifəsində yazılmışdır. Hələ məşhur loğman İbn Sina 1025-ci ildə tənəffüsü təmin etmək məqsədilə nəfəs yoluna boru daxil edilməsi haqqında 14 cildlik tibb ensiklopediyas – Əl-Qanun fi't-Tıbb – "Tibb elminin qanunları ya Təbabət qanunları" külliyyatında bəhs etmişdir. Perqamonlu Qalen ölü heyvanın ağciyərini şişirtmək üçün "dəmirçi yelpiyindən" istifadə etmişdir. İlk olaraq endotraxeal intbasiya eksperimentdə 1847 ildə N. İ. Piraqov tərəfindən itlər üzərində icra edilmişdir.
Traxeyatənəffüslülər
Traxeyanın karinası
Traxeyanın karinası — sol və sağ əsas bronxların açılışlarını ayıran nəfəs borusu altındakı qığırdaq silsiləsi. Karina — nəfəs borusunun ən aşağı qığırdaqının aşağı və arxa davamından əmələ gələn sol və sağ əsas bronxları ayıran qığırdaqlı silsilələrdir. Karina traxeyanın aşağı ucunda - adətən 4-5-ci döş fəqərəsi səviyyəsində olur. Bu, döş sümüyünün bucağına uyğundur, lakin nəfəs alarkən karina 2 fəqərəni yuxarı və ya aşağı qaldıra və ya endirə bilər. Karina orta xəttin solunda yerləşir və ön-arxa (öndən arxaya) hərəkət edir. Bronxial arteriyalar karinanı və aşağı traxeyanın qalan hissəsini qanla təmin edir. Karina, aorta qövsünün nəfəs borusunun solunda keçdiyi yerin arxa tərəfində yerləşir. Qoşalaşmamış damar karinanın üstündən sağ traxeyaya keçir. Karinanın selikli qişası öskürək refleksini tətikləmək üçün nəfəs borusu və qırtlağın ən həssas sahəsidir. Traxeobronxial zədə, tənəffüs yollarının zədələnməsi — 60% hallarda karinadan 2,5 sm məsafədə baş verir.
TRASEKA
TRASEKA (abreviatur ing. TRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
Traxeit
Traxeit- Yuxarı tənəffüs yollarının iltihabı və obstruksiyası ilə müşayiət olunan traxeyanın infeksiyasına traxeit deyilir. Traxeit ilk dəfə 1920-ci illərdə tibbi ədəbiyyatda təsvir edilib və həmin dövrdə kəskin larinqotraxeobronxit adlandırılıb. Kəskin traxeit: kəskin və qəfl başlanğıc və yüksək morbidlik və mortalite ilə müşahidə edilir. Yarımkəskin traxeit: daha yavaş başlayır və az ağır gedişata malikdir. Əsasən uzun müddət intubasiya edilmiş, traxeostomiya qoyulmuş və/və ya respirator və ya nevroloji xəstəlikləri olan uşaqlarda müşahidə olunur. Bakteriya: Staphylococcus aureus (ən çox rast gəlinən), qrup A betta-hemolitik streptokokk, Moraxella catarrhalis və H.influenzae Pseudomonas aeruginosa, digər Qram-neqativ enteral bakteriyalar nozokomial infeksiyalara səbəb olur Mycobacterium tuberculosis, Mycoplasma pneumoniaeç Corynebacterium diphtheria, H.influenzae tip B və bir çox respirator anaerob bakteriyalar nadir hallarda traxeitə səbəb olur. Viruslar: qrip, paraqrip, respirator sinsitial virus, herpes simpleks və qızılca virusları da traxeitə səbəb olur və çox zaman bakteriyal patogenlərlə yanaşı müşahidə edilir. Göbələk: Əsasən xroniki steroid preparatlar qəbul edən və ya immun sistemi zəif olan və ya immun çatışmazlığı olan xəstələrdə rast gəlinir. Anamnez Yüksək hərarət; ağrısız öskürək; səsli tənəffüs; letargiya (yuxululuq); təngənəfəslik; tənəffüs yollarının proqressiv artan (saatlar və ya günlər ərzində) obstruksiyası. Səsin kallığı (disfoniya), disfagiya, boyunda ağrı, tüpürcəyin (ağız suyu) ağızdan axması az hallarda müşahidə edilir.
Traxoma
Traxoma (lat. trachōma, q.yun. τραχύς sözündən) – konyuktivanın xroniki dənəvarı, infeksion xəstəliyidir. Traxoma yunanca trachus sözündən olub nahamar deməkdir. Bu zaman konyuktiva nahamarlaşdığı üçün traxoma adını almışdır. Traxomanın kliniki gedişində 4 dövr ayırd edilir. Traxoma I-bu dövrdə konyuktiva infiltpatlaşır, hiperemiyalaşır. Konyuktiva üzərində üst göz gapağı və üst tağ konyuktivasında follikullar əmələ gəlir. Bunlar sarımtraq-çəhrayı rəngdə olub, qeyri-müntəzəm düzülür. Traxoma II-burada konyuktivanın hiperemiyası və infiltrsiyası bir az da artır.
Brameya
Brameya (lat. Brahmaea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin brameyalar fəsiləsinə aid heyvan cinsi.
TRACECA
TRASEKA (abreviatur ing. TRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
Arxeya
Arxeylər — canlı orqanizmlərin 3 aləmüstündən (digərləri eukariotlar və bakteriyalar) biri, təkhüceyrəli prokariotlar qrupu. Arxeylər əvvəlcə səhvən bakteriya sayılmış və arxebakteriya adını almışdır. == Ümumi == Prokaryot və eukaryot orqanizmlərin xüsusiyyətlərini daşıyırlar. Ümumiyyətlə, ekstrim canlılar olaraq bilinirlər. Əsasən metan-sintezedici orqanizmlərdir. 1990-cı ildə kəşf olunmuşlar və bakteriyalara aid edilmişlər.[mənbə göstərin] Arxeylər, əsasən, 4 qrupa bölünür: metanogen, qalofil, termofil və psixofil olanar.
Trakya
Frakiya (Bolqar dilində: Тракия Тrakiya, Türk dilində: Trakya, Yunan dilində: Θράκη Traki) ― Cənub-Şərqi Avropada cənubdan Bolqarıstan, şimal-şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən, tarixi çox zəngin bir bölgə. Türkiyə sərhədləri içindəki sahəsi 23.764 km² olan bu bölgənin üç dəniz ilə sərhədi vardır: Qara dəniz, Mərmərə dənizi və Egey dənizi. Frakiyanın torpaqları Türkiyə Frakiyası, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyası arasında bölünmüşdür. Türkiyə Frakiyasına Şərqi Frakiya, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyasına Qərbi Frakiya deyilir. Türk mediasında Qərbi Frakiya sözü Yunanıstanın Frakiya (Şərqi Makedoniya və Frakiya) bölgəsi üçün istifadə edilir. Frakiya sözü qədim yunan dilində traxia sözündən törəmişdir və "qırtlaq, nəfəs borusu" mənasını verməkdədir. Bir başqa deyişlə Frakiya, "Boğazlar ölkəsi" dir.
Axeya
Axeya və ya Axayya (yun. Αχαΐα, [axaˈi.a]; q.yun. Ἀχαΐα, Axaiya; lat. Achaea) — Balkan yarımadasının cənub hissəsində, Yunanıstanda tarixi-coğrafi ərazi, həmçinin Qərbi Yunanıstan periferiyasında, Peloponnesin şimal-qərbində yerləşən nom. Axeya adını e.ə. XII əsrdə Mikena şəhərlərinin son fəthləri zamanı dorilər tərəfindən Arqolidadakı torpaqlarından qovulduqdan sonra burada məskunlaşan axeylərin şərəfinə almışdır. Axeyanın inzibati mərkəzi Patrasdır, adını axeylərin lideri Patreyadan almışdır. 2011-ci il siyahıyaalınmasına görə 309,694 nəfər yaşayır. == İstinadlar == == Əlavə ədəbiyyat == Bunson, Matthew. Encyclopedia of the Roman Empire.
Brameya (cins)
Trakiya dənizi
Trakiya dəniz — Egey dənizinin şimalında, Halkidiki və Qallipoli yarımadaları arasında yerləşir. Cənubunda Lemnos adası arasında yerləşir. Duzluğu 35 ‰ təşkil edir. Dəniz öz adını sahilində yerləşən Trakiya vilayyətindən götürmüşdür. Hətta bəzən mərmər dərizi adlandırırlar. Dənizdə Saros və Lavala körfəzləri vardır. Burada Tasos, Samotraki (Yunanıntan) və İmbros, Bozçaada, Gökçəada (Türkiyə) adaları vardır. Dənizə Stiman çayı axır.
Şərqi Trakiya
Şərqi Trakiya (türk. Doğu Trakya və ya sadə olaraq Trakya; bolq. Източна Тракия, Iztochna Trakiya; yun. Ανατολική Θράκη, Anatoliki Thraki) və ya Türkiyə Trakiyası — Müasir Türkiyə Respublikasının tərkib hissəsidir, coğrafi baxımdan Cənub-Şərqi Avropanın bir hissəsidir. Tarixi Trakiyanın şərq hissəsindədir. Türkiyənin Ədirnə, Təkirdağ və Kırklareli illərinin ərazilərini, həmçinin Çanaqqala və İstanbul illərinin Avropa qitəsində olan ərazilərin ehtiva edir.
Traxoma (film, 1933)
Sanitar-maarifçilik filmi olan kinooçerk həmin dövrdə Azərbaycanda geniş yayılmış göz xəstəliyi — traxomanın törətdiyi bədbəxtliklərdən və onunla mübarizə üsullarından bəhs edir. Rejissor: Mikayıl Mikayılov Ssenari müəllifi: Mikayıl Mikayılov Operator: Camal İsmixanov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 54; 57; 95.
Axeya knyazlığı
Axeya knyazlığı (yun. Πριγκιπάτον Αχαϊας) və ya Moreya knyazlığı, həmçinin Moreya prinsipatı — 1205–1432-ci illərdə müasir Yunanıstan ərazisində mövcud olmuş səlibçi dövləti. Dördüncü Səlib yürüşü sona çatdıqdan il sonra yaranan dövlət Fessaloniki krallığının bir vassalı olmuş, lakin 1224-cü ildə krallığımın süquta uğramasından sonra Axeya knyazları Latın imperiyasının ağalığını qəbul etmişdir. 1261-ci ildə Mixail VIII Paleoloqun qoşunları Konstantinopolu ələ keçirmişdir, nəticədə Axeya keçmiş Bizans ərazisindəki yeganə güclü səlibçi dövlət olmuşdur. Knyazlıq daha sonra Neapol krallığının vassalı olmuşdur. Daxili çaxnaşmalar səbəbindən tədricən zəifləyən knyazlıq 1432-ci ildə Moreya despotluğu tərəfindən fəth edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Skazin, Sergey. 18-ci fasil – Qərbi Avropada kilsə və onun təşgili. Xalq təriqətçilik hərəkatları // Mahmudov, Yaqub (redaktor). Orta əsrlər tarixi (az.).
Olen (Axeya)
Olen (q.yun. Ὤλενος, Olenos) — Yunanıstanda, qədim Axeyada polis (şəhər-dövlət). Axeya İttifaqının orijinal üzvü idi. Polibinin dövründə Olen artıq tərk edilmiş bir şəhər idi.
Axeya (Roma əyaləti)
Axeya, adını müasir Mora yarımadasındakı antik şəhərdən alan Roma imperiyasının bir əyaləti. Ətrafı Makedoniya və Efir şəhərləri ilə çevrili olub eradan əvvəl 146-cı ildə Roma imperiyasının sərhədlərinə qatılmış və eradan əvvəl 27-ci ildə bir əyalət halına gətirilmişdir.
Trakiya və Makedoniya xalq incəsənət və etnoloji muzeyi
Trakiya və Makedonya xalq incəsənət və etnoloji muzeyi Salonikidə, Mərkəzi Makedoniyada, Yunanıstanda yerləşir. 1973-cü ildə Makedon Təhsil Assosiasiyası tərəfindən muzeyin əsası qoyuldu. Muzey Köhnə Hökumət Evi və ya digər adı ilə bankir Ceykob Modiano üçün 1906-cı ildə yahudi memar Eli Modiano tərəfindən dəniz sahilində 5 hektarlıq ərazidə tikilmiş Modiano Villasında yerləşir. Bina 4 mərtəbədən ibarətdir. Bu 4 mərtəbəni zirzəmi, 2 orta mərtəbə və çardaq təşkil edir. Memarlıq baxımından modern üslubun güclü təsir etdiyi eklektik quruluşa malikdir. Xüsusilə təsirli olan dəniz mənzərəsi olan 2 ədəd eyvandır. Muzey Makedoniya və Trakiya şəhərlərində ənənəvi mədəniyyətin qalıqlarını toplayır, tədqiq edir və öyrənir, daha sonra isə müvəqqəti olaraq sərgilərdə ictimaiyyətə təqdim edir. Muzeyin kolleksiyaları təqribən 15000 əşyadan ibarətdir (toxunmuş tekstillər, naxışlar, yerli geyimlər, alətlər, silahlar, məişət əşyaları, musiqi alətləri və ağac oyma nümunələri və metal emalı avadanlıqları). Həmçinin, xüsusi kitabxanası, foto arxivi, qeyd kitabxanası və səs kitabxanası var.