Rosmarinus × lavandulaceus var. trogloditarum
Salvia rosmarinus (lat. Salvia rosmarinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbii halda Aralıq dəniz sahili ölkələrində yayılmışdır.
== Botaniki təsviri ==
1,5–2 m hündürlüyündə, həmişəyaşıl, sıx budaqlı koldur. Çохillik zoğları tünd boz, birillik zoğları isə açıq boz rəngdə, tükcüklü, qabığı soyulandır. Yarpaqlarının uzunluğu 1,5–3,5 sm və eni 0,2–0,4 sm olub, xətvari, üzbəüz düzülüşlü, oturaq, səthi dərili, kənarları isə aşağı əyilmiş, sadə quruluşludur. Alt tərəfdən sıx tükcüklərlə örtülü, bozumtul, üstdən isə parlaq, tünd-yaşıl rəngli və ətirlidir.
Çiçəkləri ağ, tünd və ya açıq bənövşəyi rəngdə olub, xırda, sıx süpürgəvari çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi erkən yaşda müşahidə edilir, bütün il boyu çiçəkləyir və kolu tam örtür. Kök sistemi güclü inkişaf etmişdir.