Association for Computing Machinery
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir.
ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır.
Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur.
Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar.
Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.