TUŞQULLA

Dialektlərdə bu söz “dəqiq nişan al” mənasında işlədilir. Sözün kökü “tuş”dur (“rastlaşmaq” deməkdir), -ğur şəkilçisi ilə həmin sözdən tuşğur kəlməsi əmələ gəlib. Tuşqulla isə tuşğur kəlməsinin dəyişmiş formasıdır. Amma tuşğur feildir (müqayisə et: qışqır, hayqır və s.), bəs sondakı -la şəkilçisi ona necə artırılıb? Söz səpələmək qəlibi üzrə tuşğurala formasında olub, sonra təhrif edilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TUŞQUL
TUT