Turşkabab

Qoyun ətinin qara tikələrindən 0,5 kq qaynadılır. Sonra 0,5 kq mal əti çəkilir və onun tərkibinə təxminən 1 dəstə cəfəri göyərtisi, duz, istiot əlavə olunur. Çəkilmiş əti balaca-balaca küftələr halına gətirirsən. 0,5 kq soğanı da döyüb qovururuq. Soğan tam qovrulana yaxın onun üzərinə 4 dəstə cəfərini döyüb əlavə edirsən. Soğanla birlikdə qovrulur. Soğanla cəfəri qovrulandan sonra qaynadılmış əti suyu qarışıq xırda küftələrin üzərinə əlavə edib təxminən 40-45 dəqiqə vam odda bişirilir. Beləliklə, xörək hazır olur. Daha çox Füzuli bölgəsində istifadə olunur.
Tuluq ayranı
Turşu