Rosa ×tuschetica
Tuşet itburnusu (lat. Rosa ×tuschetica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Qafqazda (Beşit) yayılmışdır.
Naxçıvan MR (Biçənək, Nurqut) ərazisində rast gəlinir.
Azərbaycanın nadir bitkisidir.VU A2c+3c.
Subalp və alp qurşaqlarında daşlı qayalı yerlərdə yayılmışdır.
Azərbaycanda dar bir arealda yayılmışdır.
Təbiətdə hündürlüyü 1 m-ə qədər olan koldur. Qopartikanları 2 cürdür, qaidə hissəsi bir qədər enliləşmiş düz, bizvarı qopartikanlar və qılvarı xırda qopartikancıqları vardır. Çiçək daşıyan budaqlarda qopartikancıqlar daha çox olur.