TUTQUN
TUTQUN
OBASTAN VİKİ
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Görünüşü == Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. == Arealı == Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. 1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.
Tutqunçay
Tutquçay — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Tutquçay Tərtər çayının sağ qoludur. Bəzən səhvən Tutqunçay da adlanır. Tipik dağ çayı olub, dar dərələrdən axır. Sahil qayalarının kölgəsi dar dərələrdən axan çayın rəngini tutqunlaşdırdığından ona belə ad verilmişdir.

Значение слова в других словарях