tədqiqat-axtarış

tədqiqat-axtarış
tədqiqat
tədqiqatçı
OBASTAN VİKİ
Axtarış
Axtarış — nəyisə tapmağa, əldə etməyə yönələn hərəkət. Yeni və ya itirilmiş informasiya, bilik, nəticə və sərvət əldə etmək üçün edilən fasiləsiz cəhddir. Axtarış eyni zamanda təbiət, insan haqqında biliklərin məqsədyönlü toplanmasıdır. İnternetdə informasiya ələd etmək üçün axtarış sistemindən istifadə edilir.
Tədqiqat
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. == Tədqiqat metodu == Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. == Tədqiqat mövzusu == Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. == Tədqiqat obyekti == Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. == Tədqiqatçı == Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Axtarış-xilasetmə
Axtarış və xilasetmə zamanı hər hansı bir təbii və ya texnogen əsaslı fövqəladə hal və ya fəlakət zamanı təcili yardıma ehtiyacı olan insanları tapmaq, lazım olduqda ilk yardım tətbiq etmək və daha əhatəli kömək ala biləcəkləri təhlükəsiz bir yerə köçürmək mümkündür. Qısaca ingilis dilindəki “search and rescue” (az: “axtarış-xilasetmə”) sözlərindən yaradılan SAR istifadə olunur. Bəzi axtarış və xilasetmə qrupları qurbanlara xilasetmə sonrası xidmət və yaşayış yerlərini təmin etməkdə də kömək edirlər. Axtarış-xilasetmə işləri zamanı insanlar və xüsusi təlim keçmiş heyvanlardan başqa sadə avadanlıqlardan xüsusi təchiz edilmiş hava, quru və dəniz nəqliyyat vasitələrinə qədər müxtəlif çeşidli avadanlıqlardan istifadə olunur. Fəlakət növünə görə daha sürətli və daha effektiv xidmət göstərmək üçün axtarış-xilasetmə qrupları bir neçə alt siniflərə bölünür. Onların arasında; Dağ, dəniz, zəlzələ, sel və qarşıdurma bölgələrində fəaliyyət göstərən axtarış-xilasetmə qrupları nümunə göstərilə bilər.
Axtarış alqoritmi
Axtarış alqoritmləri — kompüter elmlərində, müxtəlif növ verilənlərin strukturlarının (data structures) üzərində bir məlumatın axtarılması sırasında istifadə edilən alqoritmlərin ümumi adıdır. Məsələn, faylda bir sözün və ya massivdə (array) bir məlumatın axtarılmasında bu alqoritmlərdən istifadə olunur. Kompüter elmlərində axtarış alqoritmi verilənlər arasından hər hansı xüsusiyyətə malik veriləni tapmaq üçün istifadə olunan alqoritmdir. == Növləri == === Uninformed Search (Bilmədən axtarış) === Axtarış prosesinin bilmədən aparılması bir sıra çətinliklərə səbəb olur məsələn problemə xas asanlıqları alqoritm bilmir. Yəni hər vəziyyətdə eyni şəkildə işləyən alqoritmlərə uninformed search (bilmədən axtarış) adı verilər. Bu axtarışların bəziləri bunlardır: ==== Massivlər üzərində işləyənlər ==== Xətti axtarış (Linear Search) İkili axtarış (Binary Search) İnterpolyasiya ilə axtarış (Interpolation Search) ==== Qraflar üzərində işləyənlər ==== Sabit Qiymətli axtarış (Uniform Cost Search) Floyd Warshall alqoritmi Prim Alqoritmi Kruskal Alqoritmi Dijkstra Alqoritmi Bellman Ford Alqoritmi İkili axtarış ağacı (Binary Search Tree) Eninə axtarış alqoritmi (Breadth first search) Dərinə axtarış alqoritmi (Depth first search) Dərin Limitli Axtarış Alqoritmi (Depth Limited Search) Trie Ağacları (mətn ağacları, trie trees) B-ağacları (B-Tree) ==== Mətn Axtarış Alqoritmləri ==== Horspool Axtarış Alqoritmi Knuth-Morris Prat Axtarış Alqoritmi Boyer-Moore Axtarış Alqoritmi Brute Force Text Search DFA Mətn Axtarış Alqoritmi === Informed Search (Bilərək axtarış) === Bu növ axtarışda alqoritm problemin bəzi xassələrini bilir və problem üzərində dəyişiklik edə bilir.
Axtarış alqoritmləri

Axtarış işləri
Axtarış işləri (rus. Разведка месторождений полезных ископаемых) — faydalı qazıntı yataqlarının aşkar edilməsi və qiymətləndirilməsinə dair işlər kompleksi. Faydalı qazıntı yataqlarının axtarışı 3 mərhələdə aparılır: ümumi axtarışlar. bilavasitə axtarış işləri. axtarış-qiymətləndirmə işləri.Ümumi axtarışlar prosesində ərazilərdə tədqiqat aparmaqla faydalı qazıntıların mövcudluğuna birbaşa əlamətlərin olması ilə onların perspektivliyi təsdiq edilir. Axtarış işlərinin miqyası axtarış müşahidələri şəbəkəsinin sıxlığı ilə müəyyən edilir, faydalı qazıntıların növü və ərazinin geoloji quruluşunun mü rəkkəbliyindən asılı olur. Axtarış işlərinə geoloji, geokimyəvi və s. üsullar kompleksi ilə axtarışlar aparılması, səth mədən qazmalarının keçilməsi, axtarış quyularının, qanov, şurf, dairəvi şurf qazılması ilə ana süxurların aşkarlanması daxildir. Səmərəli xtarış işləri kompleksi faydalı qazıntıların növündən və işlərin aparıldığı ərazinin quruluşu, landşaft-coğrafi şəraitin dən asılı olaraq seçilir. Qapalı və yer səthinə çıxışı olmayan faydalı qazıntı yataqlarının aşkar edilməsi üçün axtarış işləri dərin, sütuncuqlu qazıma quyuları ilə aparılır.
Axtarış sistemi
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Binar axtarış
İkilik (Binar) və ya yarıya bölməklə axtarış (ing. Binary search) — Sıralanmış massivdə müəyyən qiymətin axtarılması alqoritmidir. Xətti axtarışdan fərqli olaraq Binar axtarış sıralanmış massivlər üzərində daha tez axtarış aparmağa imkan verir. Xüsusilə böyük həcmli verilənlər bazasına sahib proqramlarda xətti axtarış texniki olaraq çox vaxt tələb etdiyindən yaramır. == İşləmə prinsipi == Alqorimtin işləməsi üçün ilk öncə massiv sıralanmış olmalıdır. Bu üsul ilə axtarış zamanı axtarılan məlumat massivin ortadakı elementi ilə müqayisə edilir. Əgər axtarılan ədəd ortadakı elementdən böyükdürsə o zaman, həmin ədəddən kiçik hissələr unudulur və axtarış böyük olan hissədə aparılır və ya əksinə. Hər belə müqayisədə axtarış yarıya endirilir. == Nümunə == a = axtarılan ədəd, M = massiv a = 4, M = 1 3 4 6 8 9 11 a ilə 6-ı müqayisə et. Kiçikdir.
Xətti axtarış
Kompüter elmlərində xətti axtarış (en:linear search) massivdəki məxsusi elementi tapmaq üçün massivdəki hər bir elementi ardıcıl şəkildə yoxlayır və bu elementi tapana qədər davam edir. Xətti axtarış ən sadə axtarış alqoritmidir. == Analizi == n elementli massiv üçün alqoritmin ən yaxşı işləmə halı axtarılan elementin massivin birinci elementi olmasıdır. Bu halda yalnız bir müqayisə aparılır. Alqoritmin ən pis işləmə halı isə axtarılan elementin ən sonuncu olmasıdır. Bu halda n sayda müqayisə lazımdır. == Psevdokod == For each item in the list: if that item has the desired value, stop the search and return the item's location.
Axtarış sistemləri
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Axtarış mühərriki

Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi tədqiqat

Tədqiqat şəbəkəsi
Tədqiqat şəbəkəsi (ing. Research network) – elmi işlərə dəstək məqsədi daşıyır. Əksər tədqiqat şəbəkələri bir-biri ilə birləşib qlobal tədqiqat şəbəkəsi yaradır. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Tədqiqat stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tətqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. == Arktikada yerləşən tədqiqat stansiyaları == İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
Axtarış-xilasetmə iti
Axtarış-xilasetmə iti (ing: Search and rescue dog, alm: Rettungshund və ya Suchhund); axtarılan və ya xilas edilən insanları və ya əşyaları tapmaq üçün xüsusi hazırlanmış bir itdir. Bu gün axtarış-xilasetmə işlərində və asayiş xidmətlərində tez-tez istifadə olunur. Axtarış və xilasetmə işlərində dağıntı, ərazi, uçqunlarda axtarış, suda yer tapmaq və xilasetmə qabiliyyəti olan itlərdən; ictimai asayiş xidmətlərində isə narkotik vasitələrin və sursatların tapılması üçün xüsusi təlim görmüş itlərdən istifadə olunur.
Döyüş axtarış-xilasetmə
Döyüş axtarış-xilasetmə müharibə və ya münaqişə zamanı təhlükəli ərazidə müttəfiq heyəti xilas etmək üçün qısa mübarizə aparılmasıdır. Bu əməliyyatlarda əsasən Sikorski UH-60, Eurocopter Cougar kimi helikopterlərdən; C-130, CN-235 kimi hərbi nəqliyyat təyyarələridən istifadə edilərək, həmçinin hava qüvvələrinin dəstəyi ilə düşmən hücumunu dəf etməklə şəxsi heyətin xilas edilməsi əsas məqsəddir. Əvvəlcə əməliyyatda təhlükə altındakı heyətin yeri müəyyən edilir və sonrakı mərhələdə havadan və qurudan bölgəyə sızaraq heyətə kömək edilir. İlk yardım və tibbi yardım yanına çatılmış heyətin həyati funksiyalarını qiymətləndirdikdən sonra tətbiq olunur. Təhlükəsizlik təmin edildikdən sonra qrup və xilas edilmiş heyət ərazidən təxliyə edilir.
Dərinə axtarış alqoritmi
Dərinə axtarış alqoritmi - qraf və ya ağacda axtarış etmək üçündür. Başlanğıc (kök) nöqtəsindən başladıqdan sonra bir qol üzrə sona kimi axtarış edir, ondan sonra isə geri qayıdaraq digər qol üzrə axtarış etməyə başlayır.
Eninə axtarış alqoritmi
Eninə axtarış alqoritmi (Breadth-first search) - Qraflar nəzəriyyəsində qrafda axtarış etmək üçün istifadə olunan strategiyadır. Eninə axtarış alqoritmi kök (başlanğıc) nöqtədən başlayır və bütün qonşu nöqtələri yoxlayır. Bütün qonşu nöqtələri yoxladıqdan sonra bu qonşuların bütün qonşularını yoxlayır və alqoritm bu şəkildə davam edir.
Tam ətraflı axtarış
Tam ətraflı axtarış – 1. Verilənlər bazasının hər bir yazısında, yaxud axtarış ağacının bütün bəndləri üzrə axtarış. 2. Bütün variantları araşdırmaqla məsələnin həlli. Tam ətraflı axtarış alqoritmlərinin tətbiqinə variantların sayının kombinator partlayışı (COMBINATORIAL EXPLOSION) mane olur. Məsələn, şahmat lövhəsində mümkün vəziyyətlərin sayı 10 üstü 120 olur, yəni onların tam ətraflı axtarışı praktik olaraq mümkün deyil.
İkili axtarış alqoritmi
İkilik (Binar) və ya yarıya bölməklə axtarış (ing. Binary search) — Sıralanmış massivdə müəyyən qiymətin axtarılması alqoritmidir. Xətti axtarışdan fərqli olaraq Binar axtarış sıralanmış massivlər üzərində daha tez axtarış aparmağa imkan verir. Xüsusilə böyük həcmli verilənlər bazasına sahib proqramlarda xətti axtarış texniki olaraq çox vaxt tələb etdiyindən yaramır. == İşləmə prinsipi == Alqorimtin işləməsi üçün ilk öncə massiv sıralanmış olmalıdır. Bu üsul ilə axtarış zamanı axtarılan məlumat massivin ortadakı elementi ilə müqayisə edilir. Əgər axtarılan ədəd ortadakı elementdən böyükdürsə o zaman, həmin ədəddən kiçik hissələr unudulur və axtarış böyük olan hissədə aparılır və ya əksinə. Hər belə müqayisədə axtarış yarıya endirilir. == Nümunə == a = axtarılan ədəd, M = massiv a = 4, M = 1 3 4 6 8 9 11 a ilə 6-ı müqayisə et. Kiçikdir.
İnterpolyasiya ilə axtarış
İnterpolyasiya ilə axtarış (ing. Interpolation search) — Artan və ya azalan sıra ilə düzülmüş massivdə verilmiş elementin tapılması alqoritmidir. == İşləmə prinsipi == Eyni ilə ikili axtarış alqoritminin sxemi üzrə qurulur. Yeganə fərq ondan ibarətdir ki, massiv hər addımda ikiyə tən ortadan deyil, cari intervalın uclarındakı qiymətlərdən asılı olaraq xətti interpolyasiya ilə tapılmış mövqedən bölünür. Hesablamaya sərf olunan vaxt baxımından intervalın ikiyə ortadan bölunməsi ilə interpolyasıyanın hesablanması arasında fərq ciddi olmadığı üçün, bu intervalın daha böyük sürətlə yığılmasına gətirir. Massivdəki elementlərin sayı N olarsa, bir elementin mövqeyinin tapılması üçün orta hesabla l o g ( l o g ( N ) ) {\displaystyle log(log(N))} müqayisə sərf edilər. Ən pis halda (məsələn verilənlər eksponsional xarakter daşıdıqda) tələb edilən əməliyatların sayı O ( N ) {\displaystyle O(N)} -ə çata bilər.
Alaşşünaslıq tədqiqat mərkəzi
Alaşşünaslıq tədqiqat mərkəzi — 2008-ci ildə Semey Dövlət Pedaqoji İnstitutu nəzdində yaradılmış tədqiqat mərkəzi. Mərkəzin yaradılmasına əsas kimi Semey şəhərinin sol hissəsinin XX əsrin əvvəllərində Alaş şəhəri olması və Alaş Orda tarixində xüsusi yer tutması göstərilirdi. Mərkəzin direktoru Şanbay Turdıkuldur. Mərkəzin müasir biliklərə əsaslanan sahə proqramı konkret elmi istiqamətlərlə sistemli və hərtərəfli müəyyənləşdirilmişdir. Mərkəzin fəaliyyətinin prioritet istiqaməti Alaş Orda xadimlərinin həyat və yaradıcılığını öyrənməkdir. Nəticədə 100 cildlik "Alaş kitabxanası" seriyası işıq üzü görmüşdür. İlk 10 kitab həmin il nəşr olunmuşdur. Mərkəzin konseptual istiqaməti "Alaş" ensiklopediyasının hazırlanmasıdır. Ensiklopediyanın lüğəti ətraflı hazırlanaraq ekspertlərin müzakirəsinə təqdim edilmişdir. Mərkəzin fundamental tədqiqat istiqaməti alaşşünaslığa dair silsilə elmi topluların formalaşdırılmasıdır.
Ekoloji tədqiqat metodları
== Ekoloji tədqiqat metodları == Rastlaşma (qarşılaşma) metodu — biosenozda növ fərdlərinin tapılması (rast gəlinməsi) tezliyinin təyin olunması. Çoxlu miqdarda təsadüfi təcrübə sahələrində növlərin hesaba alınması. Dama (kletka) metodu — mal-qara otarılan otlaqlarda məhsuldarlığın təyini. Bu, bir-birinə ağac və ya metalla bərkidilmiş və üzərində torlar çəkilmiş çərçivələrlə müvəqqəti və ya daimi kiçik sahələrin çəpərlənməsi ilə yerinə yetirilir. Məhsuldarlığın (ot) hesablanması həm otlaqda, həm də damalarda (kletkalarda) aparılır. Klinsekt metodu — yerüstü fiotkütlənin quruluşu, kütləsi və həmçinin, yarpaqlarının səthinin, ən çox rast gəlinən populyasiyaların sayının, növlərinin rastlaşma dərəcəsinin xüsusi çərçivənin (Bıkov, 1970) köməyi ilə maili (45) səthdə (Klinsektdə) ölçmə, kəsişmə yolu ilə öyrənilməsi. Tipik sahə ("açar", test sahəsi) seçmə metodu — hər hansı bir ərazidə xüsusi seçilmiş tipik (açar) sahədə bitki örtüyünün xüsusiyyətlərinin tədqiq olunması, adətən, belə sahələr xəritələşdirilir. Xətti kəsişmə metodu — dartılmış ip və ya məftil boyu düz xətt üzrə müntəzəm (ardıcıl) ölçmə işi apararaq bitkilərin və onların proyektiv örtmə dərəcəsinin təyini. Nişanlanmış atomlar metodu — ekologiyada və geobotanikada qruplaşmaların quruluşunun tədqiqi üçün istifadə olunur: kök sisteminin yerləşməsi, ayrı-ayrı klonların yerləşməsi, alaqlarla mübarizədə fıtofaqlarm axtarılması, fitokütlənin hesablanması və s. tədqiqatlarda bu metoddan istifadə edilir.
Elmi-tədqiqat institutu
Elmi-tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə Elmi tədqiqat institutu müstəqil ya müvafiq dövlət orqanının müəyyən etdiyi elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir: — elmi tədqiqat institutunun strukturunu müəyyən edir — elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir — elmi tədqiqat müəssisəsinin ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir — ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırırAzərbaycanda müxtəlif sahələrdə elmi tədqiqat institutlari yaranib. Onlardan tibb, kənd təsərrüfatı, iqtisadiyyat və digər sahələrdə.