TƏKBAŞÇILIQ

idarəetmənin təşkili forması; kollegiallıq idarəetmənin alternativi; bu zaman müəssisə, idarə və, yaxud təşkilatın idarəetmə orqanına bir şəxs başçılıq edir; ona hüquqi cəhətdən məcburi, yəni başqaları tərəfindən hökmən icra olunmalı qərarlar qəbul etmək səlahiyyəti verilir. T. qərarların daha operativ surətdə qəbul etməsi və həmin orqanda (müəssisə, idarə, təşkilatda) işlərin vəziyyətinə görə rəhbərin məsuliyyətini artırmağa imkan verir. Bir sıra dövlət (Nazirliklər, Komitələr və s.) və qeyri-dövlət (siyasi partiya, kommersiya qurumları və s.) orqanları məhz T. prinsipi üzərində fəaliyyət göstərir.
TƏFTİŞ
TƏMİNAT

Digər lüğətlərdə