Təngivan
Təngivan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Talış dilində təng "dar", "dar dərə", "i" birləşdirici sait və van "yer", "ərazi" deməkdir (Dar dərəli kənd).