Təngərüdçay
Təngərüdçay – başlanğıcını Talış silsiləsinin Şindan qalası zirvəsindən götürür və Astara rayonunun Şahağacı kəndi yaxınlığında Xəzər dənizinə tökülür. Çay dərəsi Talış dağlarının Peştəsər və Buravar silsilələrini kəsir. Burada çay dərin və dik yamaclı dərələr əmələ gətirir. Onun illik orta su sərfi 2,92 m³/san-dir ki, bunun da 30%-i yaz, 38%-i yay, 42%-i payız, 20%-i qış fəslinə düşür. Çayın ən çox sulu dövrü oktyabr-noyabr aylarına təsadüf edilir. Daşqınlar aprel ayına qədər davam edir.
"Təng" - talış dilində "dar", "ensiz", "ru, rud" isə "çay deməkdir. Ensiz çay dərəsinə malik olduğu üçün yerli əhali tərəfindən çaya bu ad verilmişdir.