Tərsimi həndəsə
Tərsimi həndəsə — riyaziyyatla texnikanın vəhdətini təşkil edən həndəsənin bölməsi. Həndəsənin bu bölməsində fəza cisimlərinin (hansı ki, nöqtələr, xətlər və səthlər çoxluğundan təşkil olunur)
müstəvilər üzərində təsvir olunma (proyeksiyasının alınması) üsullarından və müstəvilər
üzərindəki təsvirlər (proyeksiyalar) vasitəsilə cismin fəzadakı vəziyyətini müəyyən edilməsi
qaydalarından bəhs olunur (ümumi halda bu deyilənlərə m ölçülü fəzanın n ölçülü fəzada təsviri
kimidə baxıla bilər). Həmçinin, müstəvilər üzərində təsvir
olunmuş cisimlərə aid həndəsi xarakterli məsələlərin
qrafiki həll üsulları da bu bölmədə öyrənilir.
Tərsimi həndəsə bölməsi mühəndis təhsilinin əsasını
təşkil edən fənlərdəndir və onun əsas vəzifələrindən biri
gələcək mühəndislərdə fəza təsəvvürünü inkişaf
etdirməkdir.
Tərsimi həndəsə bölməsində alınan bəzi nəticələr
praktikada cizgilərin tərtibində geniş istifadə olunur.
Tərsimi həndəsə - MÜHƏNDİS QRAFİKASI, Ali məktəblər üçün dərslik ― Mustafayev M.R. , Qurbanov N.Ə., Mirzəyev S.H., Bağırov A.M. ― Bakı. 2003. 293səh.