TƏSLİS

Xristianlıqda Ata, Oğul və Müqəddəs ruh üçlüyünü ifadə edən dini anlayışdır. II əsrindən başlayaraq xristian din adamları Tanrının mahiyyəti haqqında mübahisələr edərək Tanrının Ata-Oğul cütlüyündən ibarət olması iddiasını ortaya atmışdırlar. Daha sonra bu uluhiyyət anlayışına üçüncü Müqəddəs Ruh da əlavə olunmuşdur. Beləliklə, Xristianlıqda təslis inancı formalaşmışdır. Təslisi təşkil edən Tanrı, Oğul və Müqəddəs ruh ayrılıqda yunanca “hipostasis” (ərəbcə “uqnum”) adlandırılmışdır. İslama görə təslis inancı Allaha şərik qoşmaqdır və bu səbəbdən təslisə inanmaq böyük günahlardan hesab edilir və təslisə inanan müsəlman dindən çıxmışdır. Yəni, təslis dini inanc kimi İslamda batil hesab edilir.
TƏSƏVVÜF
TƏSVİR

Digər lüğətlərdə