Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təsbeh
Təsbeh — dini ibadət zamanı işlədilən əşyadır. İslam aləmində zikir əşyası sayılan və ərəb dilində subha kəlməsindən (Sübhanallah sözünün qısaldılmış forması) törəyən təsbeh sözü yalnız fars və türk dillərində bu cür səslənir. Əfqanlar ona tisba, tatarlar isə dispe deyirlər. Lakin ortaq cəhət budur ki, bu sözlərin hamısının tərkibində "s-b-h" hərf birləşməsi mövcuddur və ərəbcə mənası Allahı mədh etmək, tərifləmək deməkdir. Müsəlman dünyasında təsbehdən istifadənin yaranma tarixçəsi haqqında tədqiqatçılar, əsasən, iki fikir yürüdürlər. Birincilər belə hesab edirlər ki, bir neçə hədisdə təsbeh haqqında az da olsa məlumat verilmiş və Həzrət Peyğəmbərin (s) bununla bağlı müəyyən təlimatları olmuşdur. Lakin bu fikir təsdiqini tam tapmamış və ona əks qüvvətli dəlillər gətirilmişdir. Hətta, dörd raşidi xəlifələr dövründə təsbeh haqqında hər hansı məlumata rast gəlinməmişdir. Əslində bu əşyanın tarixçəsi elə din məfhumu qədər qədimdir desək yanılmarıq. Tarixi mənbələr bizə məlum ən qədim təsbehlərin e.ə.
Təsbeh (teologiya)
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
Qorxu və tənbeh olmadan (film, 1962)
Qorxu və tənbeh olmadan (rus. Без страха и упрёка) — uşaqlar üçün kino. Moskvalı məktəbliləri — oğlanlar Vadik (Viktor Qlazkov), Yura (Nikolay Burlyayev) və qız Toşa (Alla Vitruk) küçədə böyük məbləğdə pul tapırlar. Bu pul ekspedisiya üçün lazımi texnika almaq məqsədi ilə paytaxta birgünlük ezamiyyətə gəlmiş, lakin böyük şəhərdəki qələbəlikdə çaşlb-qalmış bir nəfər tərəfindən itirilib. Məktəbli üşaqlar qərara gəlirlər ki, həmin naməlum şəxsi tapıb, pulu ona qaytarsınlar. Beləliklə, uşaqların sərgüzəştləri başlayır. Nəcib niyyətə qulluq etmək istəyən uşaqlar, nəyə görəsə, bunun əvəzinə pulun çox hissəsini xərcləyirlər. Onlar valideynlərə, müəllimlərə qarşı kobudluq edir, evdə yalan danışırlar, şampan şərabı içirlər.
Təsbih
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
Şeşdeh
Şeşdeh-İranın Fars ostanının Fəsa şəhristanının Şeşdeh və Qarabulq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,283 ailədən ibarət idi.
Teben
Teben (q.yun. Θῆβαι, Διὸς πόλις ἡ μεγάλη) — Yuxarı Misirin paytaxtının adı, Aralıq dənizinin Misir sahillərindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşən qədim şəhər. Şəhərin ilk adı ilkin adı No-Ammon olmuşdur. Teben eyni zamanda Yuxarı Misirin IV nomu Uasetin mərkəzi sayılırdı. XI sülalə dövründə bütün Misirin paytaxtına çevrilmişdir.
Tesey
Tesey (yun. Θησεύς) — qədim yunan mifologiyasında ən məşhur personaj, Afina çarı Egeyin oğludur. Afina çarı iki dəfə evlənməsinə baxmayaraq, onun yerini tutacaq bir övladı olmurdu. Buna gürə o, Delfiy peyğəmbərinə müraciət edərək ondan mənasını anlamadığı "Afinaya qədər xəz dərini öz çaxırı ilə açmamağı" cavabını alır. Delfi tərk edən Egey dostu Trezen çarı Pitfeyin yanına gəlir. Pitfey peyğəmbər kəlamını dərhal anlayaraq, Egeyi sərxoş olanadək içirdib, artıq Poseydonla əlaqədə olmuş qızı Efra ilə bir yatağa qoyur. Bildikdə ki Efra hamilədir çox sevinir, lakin qardaşı Pallantın onun yerinə keçə biləcəyindən ehtiyat edib təcili Afinaya dönməli olan Egey öz qılıncını və səndəlini qaya altında gizlədərək, Efraya oğlan olarsa, həddi buluğa çatana qədər ona kimliyini bildirməməsini, böyüdükdən sonra qayanı ona göstərməsini, oğlunun qayanı qaldırıb atasının kimliyini öyrəndikdən sonra onun dalınca Afinaya yola salmasını tapşırır. Efra dünyaya Tesey adlı bir oğlan uşağı gətirir. Tesey Efra və Pitfeyin yanında böyüyüb başa çatır. Bir dəfə Pitfeyin sarayına Herakl qonaq düşür.
Təbəs
Təbəs-İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Təbəs şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,681 nəfər və 7,962 ailədən ibarət idi.
Təsək
Təsək — adətən gecələr başa qoyulan toxunulmuş və ya parçadan tikilmiş papaq.
Atəşbəy (Həştrud)
Atəşbəy (fars. اتش بيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 439 nəfər yaşayır (94 ailə).
Hasi-Bəhbəh
Hasi-Bəhbəh (ərəb. حاسي بحبح‎) — Əlcəzairin şimalında, Cəlfa vilayətinin ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Atlas dağlıq ərazisində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Hasi-Bəhbəh ölkənin paytaxtı Əlcəzairdən təxminən 185 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 86,421 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Transsəhra magistralı şəhərdən keçir. Ən yaxın mülki hava limanı Bu-Sadə şəhərində yerləşir.
Təbbət (Urmiya)
Təbbət (fars. تبت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 531 nəfər yaşayır (155 ailə).
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.
Aşqabad (Təbəs)
Eşqabad — İranın Cənubi Xorasan ostanının Təbəs şəhristanının Dəstgirdan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,474 nəfər və 1,231 ailədən ibarət idi.
Eşqabad (Təbəs)
Eşqabad — İranın Cənubi Xorasan ostanının Təbəs şəhristanının Dəstgirdan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,474 nəfər və 1,231 ailədən ibarət idi.
Teben nekropolu
Teben nekropolu (ərəb. مدينة طيبة الجنائزية‎‎) — Nil çayının qərb sahilində, Qədim Misirin Teben şəhərinin qarşısında nekropol. Bura birinci aralıq dövründən başlayaraq, xüsusilə Yeni padşahlıq dövründə ritual dəfnlər üçün istifadə edilmişdir. Vikianbarda Teben nekropolu ilə əlaqəli mediafayllar var.
Teben triadası
Teben triadası — Qədim Misirdə Teben şəhərinin üç ən çox sitayiş olunan tanrısı: Amon, onun həyat yoldaşı Mut və oğulları Xonsu. Yeni padşahlığın XVIII və XX sülalələri triadanın çiçəklənmə dövrü hesab edilir. Bu tanrılar Karnak məbəd kompleksində əsas ibadət obyekti rolunu daşıyırdılar. Triadanın məbədləri və ziyarətgahları bütün Misirdə mövcuddur. Onlardan biri hətta Dəxlə vahəsinin yaxınlığında, Deyr əl-Həcərdədir. Karnak məbəd kompleksində monumental məbəd qapısını tikdirən və şərəfinə nəhəng heykəl ucaldılan firon I Amenhotep tez-tez bu tanrılar arasında təsvir edilmişdir. Hər il Tebendə bu triadanın şərəfinə Opet bayramı keçirilirdi.
Təbəi-tabiin
Təbəi-tabiin (ərəb. ‎) — Səhabə və tabiinlərdən sonra müsəlmanların üçüncü nəsli. Sünnilərə görə o, səhabələr və tabiinlərlə birlikdə dünyaya gəlmiş ən yaxşı nəsillərdən biridir.
Təbəs Məsina
Təbəs Məsina — İranın Cənubi Xorasan ostanının Dərmiyan şəhristanının Gəzik bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,776 nəfər və 779 ailədən ibarət idi.
Təbəs şəhristanı
Təbəs şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Təbəs şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 63,047 nəfər və 16,845 ailədən ibarət idi.
Mir Fəseh Bağırov
Mir Fəseh Bağırov — Qarabağın tarixiylə bağlı bir çox araşdırmaların müəllifi, XX əsrin 70-ci illərdə Şuşada məşhur Su qalereyasını inşa etdirən şəxs, Şuşa şəhərinin görkəmli şəxsiyyətlərindən biri. Qarabağda, Şuşada doğulub, böyümüş Mir Fəseh tanınmış Bağırovlar soyundandır. Bu soy kökcə Ağamirovlara, musəvi seyidlərinə bağlıdır. O, ulu babası Mir Fəseh ağa Mir Səbur ağa oğlunun adını daşıyırdı. 1907-ci ildə Şuşa şəhərində dünyaya gəlmiş Mir Fəseh Mir Fəttah ağa oğlu Bağırovun oğludur. Ailədə Mir Fəsi kimi tanınırdı. Mir Fəseh Bağırov Şuşada orta məktəbi bitirdikdən sonra Bakıdakı Coğrafiya texnikumuna daxil olmuşdu. Daha sonra təhsilini Leninqrad (indiki Sankt Peterburq) İnşaat İnstitutunda davam etdirmişdi. II Dünya müharibəsində iştirak etmiş Mir Fəseh Bağırov döyüş yolunu Berlində sonlandırmışdı. Müharibədən sonra 3 il Avstriya və Çexoslovakiyada məsul vəzifələrdə çalışmışdı.