UĞURLU

sif. Müvəffəqiyyətli, sonu, nəticəsi yaxşı olan, müsbət nəticələnən. Uğurlu nəticələr. Uğurlu ov. Zəhmətinin nəticəsi uğurlu oldu. Hücum uğurlu (z.) bitdi.
– Kazım fəqət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğurlu gedişdən. M.Müşfiq.
Gümanlı-gümansız bu axtarışlar; Bəzən uğurludur, bəzən uğursuz. B.Vahabzadə.

// Xoşbəxtlik gətirən; xoşbəxt, səadətli, şükümlü.
Sən gəzdiyin yerlər gülçiçək açar; Çünki uğurludur ayağın sənin. S.Vurğun.
Ölkəmizin günləri bir-birindən nurludur; Qayəmiz aydın, açıq, yolumuz uğurludur. R.Rza.

□ Uğurlu olsun! – uğur arzusu bildirir. Dağ-dərəni addan sən; Keç alovdan, oddan sən; Yolun uğurlu olsun; Gözlə özün yaddan sən. (Bayatı).
Ey yolçu, uğurlu olsun səfərin! Buludsuz günəşlə doğsun səhərin! A.Şaiq.
Yaxşı, səfərin uğurlu olsun, Ələmdar qardaş! – deyə, dəllək özünü ələ almağa çalışır, ancaq bacarmırdı. S.Rəhimov.

Синонимы

  • UĞURLU UĞURLU Əlbəttə, illərin uğurlu-uğursuz, olması insanlardan, onların əməllərindən asılıdır (H.Abbaszadə); MÜBARƏK Gördüm nəzakətlə evimə girdi; Mübarək
  • UĞURLU bəxtli — xoşbəxt
  • UĞURLU müvəffəqiyyətli

Антонимы

  • UĞURLU UĞURLU – AĞIR – Oğlum, ayağın uğurludur (A.Şaiq); Qonşunun ayağı ağırdır (M.Hüseyn). UĞURLU – MÜVƏFFƏQİYYƏTSİZ Polkovnik onlara uğurlu yol diləyib get
UĞUR
UĞURSUZ

Значение слова в других словарях