UAYT-SPİRİT

is. xüs. Neftin fraksiyası. 165-2000ºC-də ayrılan maye karbohidrogen qarışığı. Neftin birbaşa qovulmasından alınır. Əsasən lak-boya sənayesində həlledici kimi işlədilir.
TYUTOR
UGGİ
OBASTAN VİKİ
Barri Uayt
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. == Həyatı == Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir. Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
Elvin Uayt
Elvin Vayt (11 iyul 1899[…] – 1 oktyabr 1985[…]) — ABŞ yazıçısı. Onun 1952-ci ildə yazdığı "Şarlottanın sevgi toru" romanının 45 milyon nüsxəsi satılmışdı.
Lesli Uayt
Lesli Vayt (ing. Leslie Alvin White; 19 yanvar 1900 - 31 mart 1975) — ABŞ antropoloqu, etnoloqu və kulturoloqu. Lesli Vayt 19 yanvar 1900-cü ildə ABŞ-nin Kolorado ştatında anadan olmuşdu. Lesli Vayt 31 mart 1975-ci ildə Kaliforniya ştatında vəfat etmişdir. Məlumdur ki, kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ alimi Lesli Vayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Vayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Vaytın bu elmi tədqiqatı "insan və mədəniyyət" anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.
Patrik Uayt
Patrik Viktor Martindeyl Uayt (ing. Patrick Victor Martindale White; 28 may 1912[…], London – 30 sentyabr 1990[…] və ya 29 sentyabr 1990, Sidney) — Avstraliya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1973), İlin avstraliyalısı (1973). Patrik Viktor Martindeyl Uayt yaşıl qitənin — Avstraliyanın Nobel mükafatı alan ilk yazıçısıdır. O, ailələrinin Avropaya səyahəti zamanı İngiltərədə doğulmuşdur. Geniş maddi imkanlara malik valideynləri on üç ildən sonra Patriki təhsil almaq üçün yenidən Londona göndərmişdilər. Lakin daha sərbəst mühitdə böyüyən avstraliyalı yeniyetmə mühafizəkar İngiltərədə duruş gətirə bilməmişdi. Atasının razılığı ilə vətənə qayıdaraq bir müddət öz fermalarında çalışmışdı. Artıq müəyyən həyat təcrübəsi topladıqdan sonra yenidən Britaniyaya dönən Patrik Uayt Kembricdə ingilis, alman və fransız ədəbiyyatlarını öyrənmiş, dil bilgilərini təkmilləşdirmək üçün Fransa və Almaniyaya uzunmüddətli səyahətlərə çıxmışdı. İlk şeirlər kitabını 1935-ci ildə çap etdirmişdi. Bunun ardınca bir neçə pyes yazsa da, onların nəşrinə, yaxud tamaşasına təşəbbüs göstərməmişdi.
Rayan Uayt
Rayan Ueyn Vayt (ing. Ryan Wayne White; 6 dekabr 1971, Kokomo[d], İndiana – 8 aprel 1990, İndianapolis) — İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxmuş olduğu iddia edildi. Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyuldu və yalnız altı ay yaşamaq ehtimalının olduğu təxmin edilirdi. Həkimlər Vaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini söyləsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilər. QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Maykl Cekson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdı, həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində 18 yaşında, məktəb məzuniyyətinə bir ay qalmış vəfat etdi. İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl, bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar idi. Lakin Vayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi. Vaytın ölümündən qısa bir müddət sonra ABŞ Konqresi "Ryan White Care" qanununu hazırladı.
Robert Uayt
Robert Vayt (ing. Robert Wight, 6 iyul 1796 – 26 may 1872, Ridinq) — Şotlandiya botaniki, həkim, cərrah. Icones plantarum Indiæ orientalis (seis volumes, 1840-1856). Illustrations of Indian Botany (dois volumes, 1841-1850). Spicilegium Nilghiriense (dois volumes, 1846-1851). Wightia Wall. Wightia Spreng. ex DC. Acrostichum wightianum Wall. Acrotrema wightianum Wight & Arn. Aerva wightii Hook.f.
Uayt Volker
Vayt Volker (ing. White Walker) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanı və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialında insanabənzər varlıq. Vayt Volkerlər "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Divarın şimalında yaşayırlar. Romanda onlar the Others, yəni Başqaları olaraq adlandırılır. Roman oxuyucuları "Buz və odun nəğməsi"nin altıncı və yeddinci kitabında Vayt Volkerlər haqqında daha çox öyrənmək istəyirlər.
Çarli Uayt
Çarli Vayt (ing. Charlie White; 24 oktyabr 1987, Royal-Ou[d], Miçiqan) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Çarli Vayt, Meril Devis ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, həmdə 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, ISU Çin və Fransa Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Devis və Vayt cütlüyü 4 dəfə ABŞ Qran-Prisinin (2010, 2011, 2012 və 2013-cü illərdə), 4 dəfə Yaponiya Qran-Prisinin (2009, 2010, 2012 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub. Karyerası ərzində 61 yarışa qatılan Meril Devis və Çarli Vayt cütlüyü, onların 31-də qızıl medal, 9-da gümüş medal, 8-də isə bürünc medal qazanıb. Çarli Vayt 1987-ci il sentyabrın 24-də Birləşmiş Ştatların Miçiqan ştatının Royal-Ou şəhərində anadan olub. Çarli Vayt beş yaşından idmanla məşğul olmağa başladı.
B-2 Spirit
Nortrop B-2 "Spirit" (ing. Northrop B-2 Spirit) — Northrop Grumman şirkəti tərəfindən hazırlanan amerikan ağır az-sezilən strateji bombardmançı. Sıx Havadan müdafiyəni(HM) sıçramaq və adi yaxud nüvə silahını çatdırmaq üçün nəzərdə tutulur. Az-sezilməsi üçün stelz texnolojilərdən istifadə olunur: təyyarə radio-udan materialla örtülüb, "uçan qanad" aerodinamik sxem üzrə yaradılıb, mühərriklərin reaktiv axınları ekranlaşdırılır(əks olunur). == Xarakteristikası == Dünyada ən çox tanınan təyyarələrdən biri, aeorodinamik sxeminə görə “uçan qanad” adlanan “B-2 Spirit” bombardımançılarıdır. O həmçinin dünyanın ən məhvedici silahlarından biri sayılır. İlk başdan bu təyyarəni strateji nüvə bombardmançısı kimi layihələndirsələr də, soyuq müharibənin sonunda onu adi bombardmançı kimi modifikasiya etdilər. ”B-2” düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı “B-2” –ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.
Edvard Higgins Uayt
Edward Higgins "Ed" White II (14 noyabr 1930, San Antonio, Texas – 27 yanvar 1967, Kanaveral hərbi hava qüvvələri bazası, Florida) Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı. 1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır. White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü.
Marqaret Burk Uayt
Marqaret Burk Vayt - amerikalı fotoqraf, fotojurnalist. Marqaret Burk-Vayt 1904-cü ildə Nyu-Yorkun məşhur Bronks rayonunda dünyaya gəlmişdi. Atası mühəndis, anası ev xanımı idi. 1922-ci ildə Marqaret Kolumbiya Universitetinə daxil oldu və herpetelogiya elmini öyrənməyə başladı. Foto sənətinə marağı da elə bu vaxtlar yarandı. 1925-ci ildə o, Everet Çapmenə ərə getdi. Evlilik həyatına başlayandan sonra bir yerdə qərar tuta bilməyən Marqaret bir neçə universitet dəyişdi və axırda - 1927-ci ildə Kornel Universitetini bitirdi. Bir il sonra o, Klivlendə köçdü və sənaye fotoqrafı kimi "Otis Stil" şirkətinə işə düzəldi. 1929-cu ildə Burk-Vayt "Fortuna" jurnalının baş redaktoru oldu. 1930-cu ildə o, Sovet İttifaqına qədəm basan ilk əcnəbi fotoqraf kimi yadda qaldı.
Maykl Cey Uayt
Maykl Cey Vayt (ing. Michael Jai White) — Amerikalı aktyor və döyüş sənətləri filmlərinin ustası. Maykl Cey Vayt 1967-ci il noyabrın 10-də Bruklinin kasıb rayonunda anadan olub. Uşaqlıqdan idmanla məşğul olmağa başlayıb, 14 yaşında da məşq yolu ilə 86 kq əzələ kütləsi toplaya bilib. Kolleci bitirdikdən sonra 3 il Maykl Cey Vayt emosional pozuntuları olan uşaqlara xüsusi məktəbdə müəllim dərs keçməyə başladı. Daha sonra həmin dövrdə Maykl Cey Vayt kino sahəsində işlər barədə ilk təkliflər almağa başladı.
Uayt Hart Leyn
White Hart Lane — Tottenhem Hotspur futbol komandasının stadionudur. Şimali Londonun Tottenhem bölgəsində yerləşməkdədir. Azarkeşlər arasında The Lane olaraq da adlandırılır. Totenhem Hotspur 1899-cu ildən bəri matçlarını Vayt Hart Leyn'də oynamaqdadır. Stadionda oynadıqları ilk matçı, 5,000 tərəfdar izləmiş və Notts County komandasını 4–1 məğlub etmişdilər. 1908-ci ildən 1972-ci ildə qədər, İngiltərədə Vayt Hart Leyn reklam panoramalarının olmadığı bir neçə stadiondan biri olmuşdur. 1923-cü ildə stadionun tutumu 50,000 nəfərə çıxarılmışdır. mart 1938-ci ildən keçirilən, FA Cup oyununda Vayt Hart Leyn 75,038 tamaşaçıyla rekordu qırmışdır.
Uayt Star Layn
Vayt Star Layn (ing. White Star Line) - 1874-cü ildə yaradılmış gəmiçilik şirkəti. Həmçinin məşhur Titanik gəmisi bu şirkətə məxsus olmuşdur.
Northrop B-2 Spirit
Nortrop B-2 "Spirit" (ing. Northrop B-2 Spirit) — Northrop Grumman şirkəti tərəfindən hazırlanan amerikan ağır az-sezilən strateji bombardmançı. Sıx Havadan müdafiyəni(HM) sıçramaq və adi yaxud nüvə silahını çatdırmaq üçün nəzərdə tutulur. Az-sezilməsi üçün stelz texnolojilərdən istifadə olunur: təyyarə radio-udan materialla örtülüb, "uçan qanad" aerodinamik sxem üzrə yaradılıb, mühərriklərin reaktiv axınları ekranlaşdırılır(əks olunur). Dünyada ən çox tanınan təyyarələrdən biri, aeorodinamik sxeminə görə “uçan qanad” adlanan “B-2 Spirit” bombardımançılarıdır. O həmçinin dünyanın ən məhvedici silahlarından biri sayılır. İlk başdan bu təyyarəni strateji nüvə bombardmançısı kimi layihələndirsələr də, soyuq müharibənin sonunda onu adi bombardmançı kimi modifikasiya etdilər. ”B-2” düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı “B-2” –ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.
Spirit (Formula-1 komandası)
Spirit (orijinalda ing. Spirit Racing) - Formula-1-in 1981-ci ildə Böyük Britaniyada yaranmış ilk konstruktor komandası. Komanda 1982-ci ildə Avropada keçirilən Formula-2 Çempionatında, daha sonra 1983 və 1985-ci illərin Formula-1 sezonunda iştirak etmişdir. Formula-1-də keçirilən 23 yarışma içərisində komandanın ən yaxşı nəticəsi 1983-cü ildə Niderland qran-prisi ilə 7-ci yer olmuşdur. Spirit Racing - 1981-ci ilin avqust ayında mühərrik təchizatçıları vasitəsilə Formula-1-ə yenidən qoşulmaq istəyən Bridgestone və Hondanın dəstəyi ilə yarış komandasının keçmiş əməkdaşları Con Uikem, Qordon Koppak tərəfindən yaradılmışdır. Onlar 1982-ci ildə Avropada keçirilən Formula-2 Çempionatında iştirak etmək istədiklərindən komandaya Koppakla birlikdə Spirit 201 avtomobilinin layihəsini qurmaqla, onda Honda şirkətinin 2 litrlik hərəkətedici V6 mühərrikini yerləşdirməyə qərar verən eks-dizayner Maklaren Con Bolduini də komandaya cəlb etmişdilər. Malboro şirkətinin dəstəyi, eləcə də peşəkar sürücülər Stefan Johansson və Thierry Boutsen sayəsində komanda tez bir zamanda çempionatın 13 mərhələsindən 8-ci yerdə yarımmövqe tutmaqla, həmçinin üç yarışda (Butsen) qələbə qazanmaqla müvəffəqiyyət əldə etdi. Hələ 1982-ci ildə Formula-2 Çempionatı tamamlanmamışdan əvvəl Honda Formula-1 üçün turbo mühərriklərin prototipini buraxdı. Prototip mühərriki aldıqdan sonra komanda Spirit Formula-1-in qaydalarına uyğun olaraq avtomobil Spirit 201-in şossesini dəyişməklə, 1983-cü ilin Formula-1 yarışmasında iştirakını planlaşdırmaqla, 1982-ci ilin noyabr ayından yeni mühərriklə Silverstone marşrutu istiqamətində sınağa başladı. Hondanın maliyyə bazası ilk Formula-1 yarışmasındakı iştirakı kimi yenidən kölgədə qalmağa və digər Formula-1 yarışmaçıları ilə sınaq yarışlarından, eləcə də Kaliforniyadakı Villou Sprinqs və Riverside yarışlarından da imtina etməyə çalışırdı.
Spirit of the Night
Spirit of the Night (azərb. Gecənin ruhu‎) — San-Marinonun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. San Marinolu ifaçı Valentina Monetta və Amerikalı ifaçıCimmi Vilson duet şəklində ifa etdikləri "Spirit of the Night" mahnısı ilə San-Marinonu Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi Ralf Ziqel, sözləri isə Steven Barnakl və Cutta Staudenmayerə aiddir.
Ayl-of-Uayt (dairə)
Ayl-of-Vayt dairəsi (ing. Isle of Wight County) — ABŞ-nin Virciniya ştatında yerləşən dairə. 1634-cü ildə qurulmuşdur, İngilislərin adası olan Vayt adası adının şərəfinə qoyulmuşdur. 2010-cu ildə əhalinin sayı 35,270 nəfər nəfər təşkil edirdi. Birləşmiş Ştatların siyahıyaalma bürosuna görə, dairənin ümumi sahəsi 940 km², bunlardan 818 km² quru, 13 km² və ya 13.0% su obyektləridir. müstəqil şəhər Nyuport-Nyus (Virciniya) — şimal-şərq müstəqil şəhər Saffolk — cənub-şərq Sautqempton — qərb müstəqil şəhər Franklin — cənub-qərb Sarri)|Sarri (Virciniya) — şimal-qərb 2000-ci il siyahıyaalmasına əsasən , rayonun 11.319 ev və 8.670 ailədən ibarət 35.270 sakini var. Əhalinin sıxlığı km-ə 36 nəfərdir. Dairədə 12,066 yaşayış binası var, bina sıxlığı hər km² üçün 15 bina. Əhalinin irqi tərkibi: ağlar - 71,8%, afroamerikalılar - 24,7%, yerli amerikalılar (hindular) - 0,4%, asiyalılar - 0,8%, havaylılar - 0,0%, digər irqlərin nümayəndələri - 0,5 %, iki və ya daha çox yarışın nümayəndələri - 1.8%. İspan əhalisi 1.9% təşkil etdi.
Spirit in the Sky (mahnı)
Spirit in the Sky (azərb. Səmadakı ruh‎) — Norveçin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. KEiiNO qrupu "Spirit in the Sky" mahnısı ilə Norveçi İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Tom Huqo Hermansen, Fred Bulyo, Aleksandra Rotan, Henrik Tala, Aleksandr Olsson və Rudiqer Şramm tərəfindən bəstələnmişdir. Mahnının əsas mövzusu gender bərabərliyi və önmühakimələrdir.