Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uduq
Uduq (şum. 𒌜), sonralar akkad dilində utukku — qədim Mesopotamiya mifologiyasından bəzən yaxşı, bəzən də şər qüvvə hesab edilən qeyri-müəyyən demonlar sinfi. Ekzorsizm mətnlərində bəzən "xeyir uduğu" "şər uduğu"na qarşı çağırılır. Bu, ümumiyyətlə qeyri-müəyyən bir sözdür və bəzən müəyyən bir cin növünə deyil, bütövlükdə cinlərə xitab etmək üçün istifadə olunur. Uduğun heç bir vizual təsviri hələ müəyyən edilməmişdir, lakin adətən onun digər qədim Mesopotamiya cinlərində olduğu kimi qaranlıq kölgədən ibarət olması, onu əhatə edən işığın olmaması, zəhər və karedici səsə sahib olduğu bildirilir. Salamat qalmış qədim Mesopotamiya mətnlərində şər uduqlarını qovmaq üçün "Uduq-hul" mətnləri kimi tanınır. Bu mətnlərdə şər uduğun xəstəlik törətməkdə oynadığını rolu və xəstəliyin sağalmasında şeytan çıxaranın əhəmiyyəti vurğulanır. Bütün Mesopotamiya demonları arasında uduq ən az aydın şəkildə müəyyən olunanıdır. Bu söz əvvəlcə sözügedən demonun yaxşı və ya pis olduğunu ifadə etmirdi. İki Qudeya silindrindən birində Laqaş padşahı Qudeya (e.ə.
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. == Növləri == Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. == Hazırlanma materialı == Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Kosmik uçuş
Kosmik uçuş — Yerdən atmosfer xaricində və ya kosmosda reallaşdırılan səfər. Kosmik uçuşkar insanlı və ya insansız kosmik gəmilər vasitəsiylə elmi, hərbi və ya kommersiya məqsədləri ilə həyata keçirilir. == İnsanlı və insansız kosmik uçuş == İnsanlı kosmik uçuşlara Rusiyanın Soyuz programını, Amerika Birləşmiş Ştatlarının Speys Şattlını, Beynəlxalq kosmik stansiyanı nümunə göstərə bilərik. İnsansız səfərlərə digər göy cisimlərinə göndərilən tədqiqat robotları və ya Yerin orbitinə göndərilən kommunikasiya peykləri nümunə olaraq verilə bilər. 1957-ci il 4 oktyabrda "Sputnik-1" adlı Yerin ilk süni peyki SSRİ tərəfindən orbitə buraxılmışdır.İlk dəfə insansız kosmik uçuş 1942-ci il 3 oktyabrda "Fau-2" alı dünyada uzaq mənzilli ilk ballistik raketi ilə baş tutdu. == Komersiya uçuşları == Kommersiya məqsədli kosmik uçuşlara kosmik turizm misal gətirilə bilər.
Uçuş məsafəsi
Uçuş məsafəsi — təyyarələrin təkərlərini yerdən kəsmək üçün lazım olan uçuş-enmə zolağının uzunluğuna verilən addır. Uçuş məsafəsinin hesablanması təyyarənin mühərrikinin tam gücü ilə işlədiyi və flap səviyyələri uçuş səviyyəsində olduqda hesablanır. Təyyarənin nə qədər müddət yer üzərində hərəkət etdikdən sonra uçmağa başlaması Təyyarənin bütün xüsusiyyətlərindən asılı olan bir dizayn parametridir. Məsələn, eyni çəkidə daha güclü bir mühərrik bir təyyarəyə quraşdırıldıqda, qanadların təyyarəni qaldıra biləcəyi sürət daha qısa məsafədə əldə edilə bilər. Və ya təyyarənin cari çəkisi uçuş məsafəsinə təsir göstərir. Dizayn parametri olduğundan, təyyarənin ağırlığına, sürütlənməsinə və qalxmasına təsir edən hər hansı bir dəyişiklik bu parametri də dəyişdirəcəkdir. Bundan başqa, uçuş zolağının nə qədər mükəmməlliyi, hava şəraiti, uçuş-enmə zolağının yerləşdiyi yerin hündürlüyü, küləyin istiqaməti kimi xarici amillər uçuş məsafəsinə təsir edir. Təyyarə qanadları təyyarənin ağırlığını tarazlayacaq bir qüvvə meydana gətirən kimi uçuş həyata keçirilir. Pilotun simmetrik olmayan qanad profillərinə müdaxiləsi lazım deyildir. Simmetrik olmayan profillərdə isə daşıyıcı qüvvə hücum bucağı ilə meydana gəldiyindən pilot hündürlük sükanı və ya digər uçuş idarəetmə vasitələrindən istifadə edə bilər.
Uçuş simulyatoru
Aviasiya (pilotaj) trenajoru — pilotların yerüstü hazırlığı üçün nəzərdə tutulmuş uçuş simulyatorudur. Aviasiya trenajorunda trenajorun hesablama kompleksinin proqram təminatında həyata keçirilən xüsusi modellərin köməyi ilə aparat-proqram kompleksi vasitəsilə, uçuş dinamikası və hava gəmisi (HG) sistemlərinin işi imitasiya olunur. Aviasiya trenajorunda pilotların hazırlanması — HG-nin təhlükəsiz istismarının təmin edilməsinin ən mühüm elementlərindən biridir. Bu, insan amilinin mənfi təsirini minimuma endirməyə imkan verir, yəni təyyarə heyətinin səhv hərəkətləri ehtimalını minimuma endirməyə imkan verir. Trenajor hazırlığının aktuallığı insan amilinin aviasiya qəzalarının əsas səbəbi olmağa davam etməsi səbəbindən sabit bir yüksəliş tendensiyasına malikdir. Bundan əlavə, EHM-in hesablama gücünün sürətlə artması müasir aviasiya trenajorlarını elə inkişaf səviyyəsinə çatdırmağa imkan verib ki, trenajorlarda pilotların hazırlanması real təyyarədə hazırlıqdan daha effektivdir. Aviasiya trenajorlarının bu cür effektivliyi onların yüksək hazırlıq intensivliyinin təmin edilməsi imkanları ilə şərtlənir. Belə ki, əgər real uçuşda ekipaj konkret təlim tapşırıqlarının yerinə yetirilməsilə bağlı olmayan, məsələn, uzun müddətli "qutu üzrə uçuş", hündürlüyün yığılması, zonaya uçuş və s. yerinə yetirilməsilə bağlı gündəlik əməliyyatların yerinə yetirilməsinə əhəmiyyətli vaxt ayırmalıdırsa, trenajorda isə xüsusi proqram təminatı uçuş şəraitini, havanı, coğrafi mövqeyi, təhlil və təkrarlama üçün tapşırığın yerinə yetirilməsini dayandırmağa və s. imkan verir.
Xuduş Kazımov
Uçuş rejimi
Uçuş rejimi — aktivləşdirildikdə cihazın radiotezlik (RF) siqnal ötürmə texnologiyalarını (məsələn, Bluetooth, telefoniya və Wi-Fi) dayandıran və elektron cihaz proqram təminatı müəllifi tərəfindən düzgün tətbiq edildikdə bütün analoq səs və rəqəmsal məlumat xidmətlərini effektiv şəkildə söndürən, smartfonlarda və digər portativ cihazlarda mövcud olan parametr. Rejim əksər aviaşirkətlər uçuş zamanı RF siqnallarını ötürən avadanlıqların istifadəsini qadağan etdiyi üçün belə adlandırılıb. Tipik olaraq, uçuş rejimində telefon zəngləri etmək və ya mesaj göndərmək mümkün deyil, lakin bəzi smartfonlar təcili xidmətlərə zəng etməyə imkan verir. Əksər cihazlar mətn və ya e-poçt mesajları yazmaq üçün e-poçt proqramlarından və digər mobil proqramlardan davamlı istifadə etməyə imkan verir. Mesajlar daha sonra, yəni uçuş rejimi söndürüldükdən sonra göndərilmək üçün yaddaşda saxlanılır. Wi-Fi və Bluetooth, təyyarənin operatoru tərəfindən icazə verildiyi hallarda cihaz psevdo-təyyarə rejimində olarkən ayrıca aktivləşdirilə bilər. RF siqnallarının qəbulu (radio qəbulediciləri və peyk naviqasiya xidmətləri kimi) uçuş rejimi tərəfindən dayandırıla bilməz. Lakin, həm ötürücülər, həm də qəbuledicilər, hətta onlara cavab vermədikdə belə, zəngləri və mesajları qəbul etmək üçün lazımdır. Təyyarə rejimində olan zaman cihazın ötürücüləri bağlandığından, rejim enerji istehlakını azaldır və batareyanın ömrünü uzadır.
Duş (Bünab)
Duş (fars. دوش‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 924 nəfər yaşayır (203 ailə).
Kreyser uçuş rejimi
Kreyser uçuş rejimi — sabit bir sürətlə təyyarənin uçuş rejimi. Əsas diapazon uçuş rejimi uzun məsafələrdir. Kreyser rejimdəki hündürlük uçuş zamanı sabit qala bilər və ya yanacaq istehlak edildiyi üçün təyyarənin kütləsinin azalması səbəbindən artırıla bilər. İki parametrlə müəyyən olunur - sürət və hündürlük (və ya kreyser rejimdə qaldırma əmsalı). Kreyser uçuşu rejimi davamlı üfüqi uçuş rejimidir. Bu mülki təyyarələrin əsas iş rejimlərindən biridir. Təyyarə üçün ən qənaətcil uçuş profili yanacaq çənlərində yanacaq yaranması səbəbindən uçuş çəkisi azaldığından tədricən qalxma ilə bir uçuşdur - bu sözdə tavan uçuşu rejimi. Təyyarə pistonlu mühərriklər, maksimum səmərəliliyin əldə edildiyi müəyyən bir yüksəklikdə işləmələrini qənaətli edən bir gücləndirmə sisteminə malikdir. Pistonlu mühərriklər təxminən 250 mil/s qədər (460 km/s) sürətlə və 3000 metrə qədər yüksəklikdə uçanda ən təsirli olur. Bir reaktiv təyyarənin ekipajı, hava nəqliyyatının təşkilatçısı nəzarətçisinin icazəsi ilə yanacağın inkişafı səbəbindən təyyarənin çəkisi azaldıqca uçuş səmərəliliyini artırmaq üçün daha da yüksək eşelonları tuta bilər.
Maksimum uçuş çəkisi
Maksimum uçuş çəkisi və ya maksimum takeoff çəkisi (ing. Maximum Takeoff Weight) təyyarənin uçuş müddətində apara biləcəyi maksimum çəkini göstərir. Aviasiya sahəsinə qısaca MTOW olaraq bilinir. MTOW İngiliscə Maximum Takeoff Weight sözlərinin baş hərflərindən əmələ gəlmişdir. Müasir dövrdə MTOW çox vacib rəqəmdir. Yeni istehsal edilmiş təyyarələr sərnişin və yanacaq tutumunda uçuş həyata keçirə bilməzlər. Təyyarənin texniki məlumatlarının yenidən hesablanması lazımdır. Nümunə olaraq Airbus A330 sərnişin təyyarəsinin MTOW çəkisi 230 tondur. Təyyarə boş halda çəkisi 125 tondur. Təyyarənin yanacaq çənləri boş olarkən sərnişin və yük götürmə çəkisi 170 tondur.
Pilotsuz uçuş aparatı
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Uçuş (film, 1931)
Uçuş məlumat bölgəsi
Uçuş Məlumat Bölgəsi — FIR (İngiliscə: Flight Information Region), içində uçuş Məlumat xidməti (FIS), xəbərdarlıq xidməti (ALRS) və aviasiya meteorologiyası xidməti verilən hüdudları müəyyənləşdirilmiş bir hava sahəsidir. FIR-lar indiki vaxtda istifadə edilən ən böyük hava sahəsi hissələridir və fərqli həndəsi formalarda ola bilərlər. FIR-ları bir-birindən ayıran xətlərə digər dillərdə olduğu kimi Azərbaycancada FIR xətti olaraq deyilir. Hər ölkənin hava sahəsi və ətrafı, ölkənin böyüklüyünə, mövqesinə və hava nəqliyyatının vəziyyətinə görə bir və ya daha çox FIR-a bölünür. Məsələn Azərbaycanın hava sahəsi Bakı FIR və Gəncə FIR olmaqla iki uçuş məlumat bölgəsinə bölünmüşdür. Bənzər şəkildə Birləşmiş Krallıq da Scottish FIR və London FIR olmaqla iki uçuş məlumat bölgəsinə bölünmüşdür. FIR-lar dəniz səviyyəsindən müəyyən bir hündürlüyə qədər olan bölgəni əhatə edirlər. FIR-ların üst limitindən sonra UIR (upper information region / üst uçuş məlumat bölgəsi) başlayır. UIR-lar da kosmos sərhədinə qədər olan bölgəni əhatə edirlər. Məsələn London UIR FL245 və FL660 arasındadır.
İzabel duş Santuş
İzabel duş Santuş (port. Isabel dos Santos; 20 aprel 1973, Bakı, SSRİ) — ictimai xadim, Anqola prezidenti Joze Eduardu duş Santuşun qızı. Forbes jurnalının 2013-cü ilin martına olan məlumatına görə, Afrikanın ilk milyarder qadınıdır. İzabel Bakıda, Anqola inqilabçısı Joze Eduardu duş Santuşun və sovet vətəndaşı ailəsində doğulmuşdur. Luandanın dövlət məktəbində təhsil almışdır. Valideynlərinin boşanmasından sonra (1979), İzabel anası ilə Londonda yaşayır. Orada o məşhur Kings kollecində oxuyur. İzabel 2002-ci ildə incəsənət əsərləri kolleksiyaçısı Sindika Dokolo ilə ailə həyatı qurmuşdur. Afrikanın bakılı milyarderi- Fotolar Arxivləşdirilib 2015-08-24 at the Wayback Machine.
Umus
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
Evə uçuş (film, 2014)
Evə uçuş (ing. Flying Home) — Dominique Deruddere tərəfindən çəkilmiş 2014 romantik dram filmidir. == Süjet == Dubaylı şeyx Cos Pauelsə məxsus Wittekopu Flamand ev göyərçini almaq istəyir və müqavilə bağlamaq üçün Kolin adlı Amerika vasitəçisindən istifadə edir. Jos göyərçin satmaqla maraqlanmasa da, nəvəsi İzabelle Kolinlə açıq şəkildə maraqlanır. == Rollarda == Can Dekleir — Cos Paules Şarlotta Bruin — İzabella Paules Ceymi Dornan — Kolin Montqomeri Antoni Hed — Mr. Montqomeri Şaron Maquan — Mrs. Montqomeri Cosse de Pau — Rahib Vivian De Munik — Marta Elin Van der Velden — Selia Piet Fuç — Mr.
Hərbi Pilotsuz Uçuş Aparatı
Hərbi Pilotsuz Uçuş Aparatı (qısaca: HPUA), Hərbi məqsədlər üçün istifadə olunan Pilotsuz Uçuş Aparatı, Hərbi PUA, Silahlı Pilotsuz Uçuş Aparatı (qısaca: SPUA), Silahlı PUA olaraq da bilinən bu Pilotsuz uçuş aparatı növü, adətən bomba, raket və/yaxud ATGM kimi təyyarə sursatlarını daşıyır və dron hücumları üçün istifadə edilirlər. Bu texnikalar adətən real vaxt rejimində insan nəzarəti altında fəaliyyət göstərirlər və müxtəlif səviyyələrdə avtonomluğa malikdirlər. Bu tip təyyarələrdə oturaq bir pilot yoxdur. Operator bu texnikanı uzaq terminaldan idarə etdiyi üçün bu texnikalarda pilot üçün lazımi avadanlıqlara ehtiyac qalmır, nəticədə pilotlu təyyarədən daha az çəki və daha kiçik ölçüyə malik olurlar. Bir çox ölkədə operativ yerli pilotsuz uçuş aparatları mövcuddur və daha bir çox pilotsuz uçuş aparatları da ya idxal olunur və yaxud da inkişaf proqramları vasitəsilə inkişaf etdirilir.
Marşal Kosmik Uçuş Mərkəzi
George C. Marshall Kosmik Uçuş Mərkəzi, George C. Marshall Kosmik Uçuş Mərkəzi (MSFC); NASA-nın əsasən mərkəzidir, kosmik -raket dartı qurğuları sistemləri, kosmik gəminin xarici yanacaq çənləri, uçuş və ekipaj təlimləri, Beynəlxalq Kosmik Stansiyası (ISS/BKS), layihələndirmə və istehsalat, şəbəkələr və məlumatların idarə olunması üçün liderlik vəzifəsini icra edən mərkəzdir. == Rəhbərləri == Verner fon Braun - 1 iyul, 1960 - 27 yanvar, 1970 Эберхард Реес - 1 Mart, 1970 – 19 Yanvar, 1973 Rocco Petrone - 26 Yanvar, 1973 - 15 Mart, 1974 Uilyam R. Lucas - 15 İyun, 1974 - 3 İyul 1986 Thomas Jack Lee - 3 İyul, 1986 - 29 Sentyabr, 1986 James R. Thompson, Jr. - 29 Sentyabr, 1986 - 6 İyul, 1989 Thomas Jack Lee - 6 İyul, 1989 - 6 Yanvar, 1994 Cin Porter Bridwell - 6 Yanvar, 1994 - 3 Fevral, 1996 Jerroll Wayne Littles - 3 Fevral, 1996 - 3 Yanvar, 1998 Kerolin Və S. Griner - 3 Yanvar, 1998 - 11 Sentyabr, 1998 Artur G. Stephenson - 11 Sentyabr, 1998 - Sentyabr, 2003 Devid A. Kinq - 15 İyun, 2003 - 26 Mart, 2009 Robert M. Lightfoot, Jr.
Pilotlu kosmik uçuş proqramı
Pilotlu kosmik uçuş proqramı, heyəti insan olan və bəlkə insanları sərnişin kimi də daşıyan kosmik uçuşlara verilən addır. Bu robotik kosmik gəmilər, kosmik zondlardan və ya uzaqdan idarə olunan peyklərdən fərqlidir.
Uçuş xətti (film, 1987)
Film Bakıdakı Yuri Qaqarin adına Mərkəzi Pionerlər sarayının fəaliyyətindən bəhs eir.
Zərbə (Pilotsuz uçuş aparatı)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
Joze Eduardu duş Santuş
Joze Eduardu duş Santuş (port. José Eduardo dos Santos; 28 avqust 1942[…], Luanda, Portuqaliya Qərbi Afrikası[d] – 8 iyul 2022, Barselona) — Anqolanın ikinci prezidenti (1979–2017). == Həyatı == Eduardu San-Tome və Prinsipidən olan fəhlə-inşaatçı ailəsində doğulub. 1954-cü ildə hələ məktəb vaxtlarında, Xose Eduardo MPLA partiyasına üzv olmaqla öz siyasi karyerasına qədəm qoyur. 1961-ci ildə müstəmləkə hökumətinin repressiyaları nəticəsində o könüllü şəkildə sürgünü Fransada keçirir, daha sonra isə Konqoya köçür və burada MPLA ilə əməkdaşlıq etməyə başlayır. Tezliklə dos Santos prezident müavini vəzifəsini icra etməyə başlayır və təhsilini davam etmək üçün SSRİ-yə yollanır. Burada o Azərbaycan Neft və Kimya İnstitutunu bitirir. 1979-cu ildə Anqolanın ilk prezidenti Aqostinyo Netonun vəfatından sonra bu vəzifəyə seçilən Xose Eduardo 2017-ci ilədək 38 il Anqola Prezidenti vəzifəsini icra etmişdir. Ölkənin ikinci prezidenti 1992-ci və 2001-ci illərdə keçirilən seçkilərdə də qalib gəlib. Sonuncu seçkilərdən sonra bir daha namizədliyini irəli sürməyib.
Türk Hava Yolları uçuş nöqtələri
Türk Hava Yolları aşağıdakı istiqamətlərdə uçuşlar həyata keçirir: Anqola Luanda Benin Kotonu Burkina Faso Uaqaduqu Cənubi Afrika Respublikası Durban Keyptaun Yohannesburq Cibuti Cibuti Çad Ncamena Efiopiya Əddis-Əbəbə Ekvatorial Qvineya Malabo Eritreya Əsməra Kamerun Duala Yaunde Keniya Mombasa Nayrobi Komor adaları Moroni Konqo Demokratik Respublikası Kinşasa Konqo Respublikası Puent-Nuar Kot-d’İvuar Abican Qabon Librevil Qambiya Bancul Qana Akkra Qvineya Konakri Madaqaskar Antananarivu Mali Bamako Mavriki Mavriki Mozambik Maputu Niger Niamey Nigeriya Abuca Laqos Port-Harkort Ruanda Kiqali Seneqal Dakar Seyşeller Mahe Syerra-Leone Fritaun Somali Moqadişo Tanzaniya Dar əs Salam Kilimancaro Zənzibar Uqanda Entebbe Zambiya Lusaka Əlcəzair Əlcəzair Konstantin Oran Cənubi Sudan Cuba Liviya Tripoli-Mitiga Mavritaniya Nuakşot Mərakeş Kasablanka Mərakeş Misir İsgəndəriyyə Qahirə Hurgada Luksor Şarm əş-Şeyx Sudan Xartum Tunis Tunis Argentina Buenos Ayres Braziliya San Paulo Ekvador Kito (yalnız yük uçuşlar) Kolumbiya Boqota Venesuela Karakas Amerika Birləşmiş Ştatları Atlanta Boston Çikaqo Dallas Denver Detroyt Hyuston Los-Anceles Mayami Nevark Nyu-York San-Fransisko Sietl Vaşinqton Kanada Toronto Vankuver Kvebek Monreal Kuba Havana Meksika Kankun Mexiko Mexiko-Felipe Ángeles (yalnız yük uçuşlar) Panama Panama Filippin Manila Sebu İndoneziya Cakarta Denpasar Malayziya Kuala Lumpur Sinqapur Sinqapur Tailand Banqkok Pxuket Vyetnam Hanoy Hoşimin (Sayqon) Banqladeş Dəkkə Hindistan Banqalor (yalnız yük uçuşlar) Çennai (Madras) (yalnız yük uçuşlar) Dehli Heydərabad (yalnız yük uçuşlar) Mumbay (Bombay) Maldiv adaları Male Nepal Katmandu Pakistan İslamabad Karaçi Lahor Şri-Lanka Kolombo Qazaxıstan Aktau Almatı Karaqanda Astana Türkistan Qırğızıstan Bişkek Özbəkistan Buxara Daşkənd Fərqanə Səmərqənd Ürgənc Tacikistan Düşənbə Türkmənistan Aşqabad Türkmənbaşı (Qızılsu) Əfqanıstan Kabil Məzari-Şərif Bəhreyn Manama Birləşmiş Ərəb Əmirlikləri Dubay Dubay Dubay-Al Maktum (yalnız yük uçuşlar) Əbu-Dabi Şarja İordaniya Aqaba Amman İran İsfahan Məşhəd Şiraz Tehran Təbriz Urmiya İraq Bağdad Bəsrə Ərbil Kərkük Nəcəf Süleymaniyə İsrail Tel-Əviv Küveyt Küveyt Qətər Doha Livan Beyrut Oman Maskat Səudiyyə Ərəbistanı Ciddə Dammam Əl Qasım Ər-Riyad Mədinə Taif Yanbu Cənubi Koreya Seul Çin Çjençjou (yalnız yük uçuşlar) Quançjou Pekin Sian Şanxay Şençjen (yalnız yük uçuşlar) Honkonq Honkonq Makao Makao (yalnız yük uçuşlar) Tayvan Taybey Yaponiya Osaka Tokio Tokio-Haneda Tokio-Narita Monqolustan Ulan-Bator Rusiya (Asiya ərazisində) Yekaterinburq Avstraliya Melburn Albaniya Tirana Bolqarıstan Sofiya Varna Bosniya və Herseqovina Sarayevo Xorvatiya Dubrovnik Zaqreb Kosovo Priştina Şimali Makedoniya Skopye Moldova Kişinyov Monteneqro Podqoritsa Tivat Rumıniya Buxarest Kluj-Napoka Konstansa Serbiya Belqrad Sloveniya Lyublyana Şimali Kipr Şimali Lefkoşa Yunanıstan Afina Saloniki Britaniya İngiltərə Birminhem London London-Gatvik London-Hitrou London-Luton (yalnız yük uçuşlar) London-Stansted Mançester Şotlandiya Edinburq İrlandiya Dublin Şannon (yalnız yük uçuşlar) İspaniya Madrid Malaqa Valensiya Baskiya Bilbao Kataloniya Barselona İtaliya Bari Berqamo Bolonya Milan Neapol Piza Roma Turin Venesiya Siciliya Kataniya Palermo Malta Malta Portuqaliya Lissabon Portu Azərbaycan Bakı Gəncə Naxçıvan Gürcüstan Tbilisi Acarıstan Batumi Belçika Brüssel Lyej (yalnız yük uçuşlar) Fransa Bordo Lion Marsel Nitsa Paris Strasburq Tuluza Lüksemburq Lüksemburq Niderland Amsterdam Maastrixt (yalnız yük uçuşlar) Almaniya Berlin-Brandenburq Bremen Düsseldorf Frankfurt Fridrikshafen Hamburq Hannover Karlsrue/Baden-Baden Köln/Bonn Leypsiq Münhen Münster/Osnabrük Nürnberq Ştutqart Avstriya Linz (yalnız yük uçuşlar) Qrats Vyana Zalsburq Çexiya Praqa İsveçrə Bazel Cenevrə Sürix Macarıstan Budapeşt Polşa Krakov Varşava Belarus Minsk Rusiya (Avropa ərazisində) Çelyabinsk Kalininqrad Krasnodar Moskva Moskva-Vnukovo Moskva-Şeremetyevo (yalnız yük uçuşlar) Omsk Perm Rostov-na-Donu Samara Sankt-Peterburq Soçi Tümen (Çimke-tora) Voronej Başqırdıstan Ufa Xantı-Mansi muxtar dairəsi Surqut Tatarıstan Kazan Danimarka Billund Kopenhagen Estoniya Tallin Finlandiya Helsinki Rovaniemi İsveç Göteborq Stokholm Latviya Riqa Litva Vilnüs Norveç Oslo Türkiyə Adana Adıyaman Ağrı Alanya/Gazipaşa Amasya/Mərzifon Ankara Antalya Batman Bingöl Bodrum/Milas Bursa/Yenişehir Çanaqqala Dalaman Dənizli/Çardaq Diyarbəkir Edremit Elazığ Ərzincan Ərzurum Əskişəhər Hakkari/Yüksekova Hatay İğdır İsparta İstanbul İstanbul İstanbul-Səbihə Göyçən İzmir Kastamonu Kayseri Kocaeli Konya Kütahya Qars Qaziantep Qəhrəmanmaraş Malatya Mardin Muş Nevşəhər Ordu/Girəsun Rizə/Artvin Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Təkirdağ/Çorlu Tokat Trabzon Uşak Van Zonquldak A Koruniya, Abha, Aqtöbe (Ağtəpə), Asuan, Asunsyon, Atırau, Avassa, Banqalor, Bayburt, Bergen, Brazzavil, Bristol, Busan, Çendu, Çennai (Mədrəs), Çuntsin, Ənnabə, Hanqco, Harare, Hargeisa, Həştərxan, Heydərabad, Kassel, Katoviçe, Koçi, Krabi, Qlazqo, Lənkəran, Lome, Mahaçqala, Monroviya, Nankin, Nant, Naqoya, Nyukasl-apon-Tayn, Orlando, Pert, Pinanq, Pnompen, Port-Sudan, Rabat, Rio-de-Janeyro, Oklend, Salalah, San-Xuan, Santo-Dominqo, Santyaqo, Sen-Deni, Sialkot, Sidney, Stavanger, Şannon, Tarsus, Timişоаrа, Vindhuk, Volqoqrad, Yanqon, Yassı, Yozqat.
Türk Hava Yollarının uçuş nöqtələri
Türk Hava Yolları aşağıdakı istiqamətlərdə uçuşlar həyata keçirir: Anqola Luanda Benin Kotonu Burkina Faso Uaqaduqu Cənubi Afrika Respublikası Durban Keyptaun Yohannesburq Cibuti Cibuti Çad Ncamena Efiopiya Əddis-Əbəbə Ekvatorial Qvineya Malabo Eritreya Əsməra Kamerun Duala Yaunde Keniya Mombasa Nayrobi Komor adaları Moroni Konqo Demokratik Respublikası Kinşasa Konqo Respublikası Puent-Nuar Kot-d’İvuar Abican Qabon Librevil Qambiya Bancul Qana Akkra Qvineya Konakri Madaqaskar Antananarivu Mali Bamako Mavriki Mavriki Mozambik Maputu Niger Niamey Nigeriya Abuca Laqos Port-Harkort Ruanda Kiqali Seneqal Dakar Seyşeller Mahe Syerra-Leone Fritaun Somali Moqadişo Tanzaniya Dar əs Salam Kilimancaro Zənzibar Uqanda Entebbe Zambiya Lusaka Əlcəzair Əlcəzair Konstantin Oran Cənubi Sudan Cuba Liviya Tripoli-Mitiga Mavritaniya Nuakşot Mərakeş Kasablanka Mərakeş Misir İsgəndəriyyə Qahirə Hurgada Luksor Şarm əş-Şeyx Sudan Xartum Tunis Tunis Argentina Buenos Ayres Braziliya San Paulo Ekvador Kito (yalnız yük uçuşlar) Kolumbiya Boqota Venesuela Karakas Amerika Birləşmiş Ştatları Atlanta Boston Çikaqo Dallas Denver Detroyt Hyuston Los-Anceles Mayami Nevark Nyu-York San-Fransisko Sietl Vaşinqton Kanada Toronto Vankuver Kvebek Monreal Kuba Havana Meksika Kankun Mexiko Mexiko-Felipe Ángeles (yalnız yük uçuşlar) Panama Panama Filippin Manila Sebu İndoneziya Cakarta Denpasar Malayziya Kuala Lumpur Sinqapur Sinqapur Tailand Banqkok Pxuket Vyetnam Hanoy Hoşimin (Sayqon) Banqladeş Dəkkə Hindistan Banqalor (yalnız yük uçuşlar) Çennai (Madras) (yalnız yük uçuşlar) Dehli Heydərabad (yalnız yük uçuşlar) Mumbay (Bombay) Maldiv adaları Male Nepal Katmandu Pakistan İslamabad Karaçi Lahor Şri-Lanka Kolombo Qazaxıstan Aktau Almatı Karaqanda Astana Türkistan Qırğızıstan Bişkek Özbəkistan Buxara Daşkənd Fərqanə Səmərqənd Ürgənc Tacikistan Düşənbə Türkmənistan Aşqabad Türkmənbaşı (Qızılsu) Əfqanıstan Kabil Məzari-Şərif Bəhreyn Manama Birləşmiş Ərəb Əmirlikləri Dubay Dubay Dubay-Al Maktum (yalnız yük uçuşlar) Əbu-Dabi Şarja İordaniya Aqaba Amman İran İsfahan Məşhəd Şiraz Tehran Təbriz Urmiya İraq Bağdad Bəsrə Ərbil Kərkük Nəcəf Süleymaniyə İsrail Tel-Əviv Küveyt Küveyt Qətər Doha Livan Beyrut Oman Maskat Səudiyyə Ərəbistanı Ciddə Dammam Əl Qasım Ər-Riyad Mədinə Taif Yanbu Cənubi Koreya Seul Çin Çjençjou (yalnız yük uçuşlar) Quançjou Pekin Sian Şanxay Şençjen (yalnız yük uçuşlar) Honkonq Honkonq Makao Makao (yalnız yük uçuşlar) Tayvan Taybey Yaponiya Osaka Tokio Tokio-Haneda Tokio-Narita Monqolustan Ulan-Bator Rusiya (Asiya ərazisində) Yekaterinburq Avstraliya Melburn Albaniya Tirana Bolqarıstan Sofiya Varna Bosniya və Herseqovina Sarayevo Xorvatiya Dubrovnik Zaqreb Kosovo Priştina Şimali Makedoniya Skopye Moldova Kişinyov Monteneqro Podqoritsa Tivat Rumıniya Buxarest Kluj-Napoka Konstansa Serbiya Belqrad Sloveniya Lyublyana Şimali Kipr Şimali Lefkoşa Yunanıstan Afina Saloniki Britaniya İngiltərə Birminhem London London-Gatvik London-Hitrou London-Luton (yalnız yük uçuşlar) London-Stansted Mançester Şotlandiya Edinburq İrlandiya Dublin Şannon (yalnız yük uçuşlar) İspaniya Madrid Malaqa Valensiya Baskiya Bilbao Kataloniya Barselona İtaliya Bari Berqamo Bolonya Milan Neapol Piza Roma Turin Venesiya Siciliya Kataniya Palermo Malta Malta Portuqaliya Lissabon Portu Azərbaycan Bakı Gəncə Naxçıvan Gürcüstan Tbilisi Acarıstan Batumi Belçika Brüssel Lyej (yalnız yük uçuşlar) Fransa Bordo Lion Marsel Nitsa Paris Strasburq Tuluza Lüksemburq Lüksemburq Niderland Amsterdam Maastrixt (yalnız yük uçuşlar) Almaniya Berlin-Brandenburq Bremen Düsseldorf Frankfurt Fridrikshafen Hamburq Hannover Karlsrue/Baden-Baden Köln/Bonn Leypsiq Münhen Münster/Osnabrük Nürnberq Ştutqart Avstriya Linz (yalnız yük uçuşlar) Qrats Vyana Zalsburq Çexiya Praqa İsveçrə Bazel Cenevrə Sürix Macarıstan Budapeşt Polşa Krakov Varşava Belarus Minsk Rusiya (Avropa ərazisində) Çelyabinsk Kalininqrad Krasnodar Moskva Moskva-Vnukovo Moskva-Şeremetyevo (yalnız yük uçuşlar) Omsk Perm Rostov-na-Donu Samara Sankt-Peterburq Soçi Tümen (Çimke-tora) Voronej Başqırdıstan Ufa Xantı-Mansi muxtar dairəsi Surqut Tatarıstan Kazan Danimarka Billund Kopenhagen Estoniya Tallin Finlandiya Helsinki Rovaniemi İsveç Göteborq Stokholm Latviya Riqa Litva Vilnüs Norveç Oslo Türkiyə Adana Adıyaman Ağrı Alanya/Gazipaşa Amasya/Mərzifon Ankara Antalya Batman Bingöl Bodrum/Milas Bursa/Yenişehir Çanaqqala Dalaman Dənizli/Çardaq Diyarbəkir Edremit Elazığ Ərzincan Ərzurum Əskişəhər Hakkari/Yüksekova Hatay İğdır İsparta İstanbul İstanbul İstanbul-Səbihə Göyçən İzmir Kastamonu Kayseri Kocaeli Konya Kütahya Qars Qaziantep Qəhrəmanmaraş Malatya Mardin Muş Nevşəhər Ordu/Girəsun Rizə/Artvin Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Təkirdağ/Çorlu Tokat Trabzon Uşak Van Zonquldak A Koruniya, Abha, Aqtöbe (Ağtəpə), Asuan, Asunsyon, Atırau, Avassa, Banqalor, Bayburt, Bergen, Brazzavil, Bristol, Busan, Çendu, Çennai (Mədrəs), Çuntsin, Ənnabə, Hanqco, Harare, Hargeisa, Həştərxan, Heydərabad, Kassel, Katoviçe, Koçi, Krabi, Qlazqo, Lənkəran, Lome, Mahaçqala, Monroviya, Nankin, Nant, Naqoya, Nyukasl-apon-Tayn, Orlando, Pert, Pinanq, Pnompen, Port-Sudan, Rabat, Rio-de-Janeyro, Oklend, Salalah, San-Xuan, Santo-Dominqo, Santyaqo, Sen-Deni, Sialkot, Sidney, Stavanger, Şannon, Tarsus, Timişоаrа, Vindhuk, Volqoqrad, Yanqon, Yassı, Yozqat.
İti qovan (Pilotsuz uçuş aparatı)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
Benthophilus nudus
Qaradəniz çömçəxulu (lat. Benthophilus nudus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Qara dənizin Tendrovski körfəzində, Dunay deltasında yayılmışdır: Dəmirqapı, Dnestr çayının Bəndər şəhəri, Dnepr çayının Kiyev şəhərinə qədər.. Bu növ əsasən çayı və onların deltalarında, limanlar və laqunlarda yayılmışlar. Maksimal uzunnluqları 15 sm çatır.
Bentophilus nudus
Kudüs TV
Kudüs TV — Türkiyədə fəaliyyət göstərən televiziya kanalı. == Haqqında == Kanal 2008-ci ildə Nurəddin Şirin tərəfindən qurulub və internet üzərindən yayımlanmağa başlayıb. Kudüs TV 13 avqust 2013-cü ildə peyk üzərindən də yayımlanmağa başlayıb. 1 noyabr 2016-cı ildə Türkiyə Radio və Televiziya Ali Qurumu tərəfindən kanalın yayımı dayandırılıb, binası möhürlənib və avadanlıqları müsadirə edilib. Kanal isə mətbuat açıqlaması verərək buna etiraz edib. TV 31 dekabr 2016-cı ildə yenidən fəaliyyətə başlayıb. Kanalın "kudustv.com" adlı rəsmi saytının domeni 2021-ci ilin iyulunda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701-1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq-mühafizə tədbirləri çərçivəsində bloklanıb.
Phytoseius nudus
Phytoseius nudus (lat. Phytoseius nudus) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius nudus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ulus (Bartın)
Ulus (türk. Ulus) — Bartın ilinin ilçəsi. Ulus ilçəsinin tarixinin eramızdan əvvəl 3000-cü ilə aid olduğu güman edilir. Eramızdan əvvəl 800-2000 illərində ilk basqınlar, şərqdən, sonra qərbdən köçlər oldu, Hetlilər və müasir Qazqolar uzun müddət bu bölgədə məskunlaşmışlar. Anadolu Səlcuqlu dövründə Ulus Candaroğulları Knyazlığının sərhədləri daxilində qalmışdır. Osmanlı dövründə ilçə kiçik bir yaşayış məntəqəsi olaraq qaldı və ticarət, siyasi, hərbi hadisələr olmadı. Ulus Safranbolu ilçəsinin məhəlləsi olmuş, 8 avqust 1944-cü ildə Zonquldak ilinə bağlanmışdır. 3760 nömrəli, 28 avqust 1991-ci il tarixli qanunla Bartın ilinin bir ilçəsi olmuşdur. Rayon ümumiyyətlə kobud əraziyə malikdir. Bölgənin əsas bitki örtüyü meşədir.
Ulus (qəzet)
Ulus (qəzet, Azərbaycan)
Ulus dağı
Ulus dağı – Culfa rayonu ərazisində dağ (hünd. 966,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, onun qərb yamacında, Qaradərəçayın sol sahilində zirvə. Dizə kəndindən 2 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Pilələr sinklinalının şimal-şərq qanadında yerləşir.
Ulus dövlət
Milli dövlət — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur. Ümumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi.
Ulus meydanı
Ulus meydanı (türk. Ulus Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. Meydanda olan Mustafa Kamal Atatürk heykəlinin adı "Ulus Zəfər Anıtı"dır. Meydanın adı Türkiyənin qazandığı Türkiyə Qurtuluş Savaşından gəlməkdədir. Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. Meydandakı zəfər anıtı heykəli 1938-ci ildə Heinrich Krippel tərəfindən nəzərdə tutulmuşdur. Krippelin hazırladığı Atatürk heykəli meydanın simvolu halına gəlmişdir. Meydanda olan digər "Marşal Atatürk Anıtı"nın (1927) heykəltəraşı Pietro Canonicadır.
Urus-Martan
Urus-Martan Çeçenistanda şəhər, həmçinin Urus-Martan rayonunun mərkəzi. Şəhər Martan çayının sahilində yerləşir. Qroznıdan 31 km aralıda yerləşir.
Urus talası
Urus talası — Yuxari Qarabağda Tərtər rayonunda orta əsrlərdə maldar ellər üçün yaylaq yerlərindən birinin adı. XIX əsrdə Tiflis quberniyasının Tioneti qəzasında Urosxevi ("Urus dərəsi"), Azərbaycanda Arus (Yardımlı rayonu), Dağıstanda Urus-Koşlar ( koş "köç" müvəqqəti yaşayış yeri"), Şimali Qafqazda Uruzgöl toponimləri ilə mənşəcə eynidir. Şimali Qafqazda karaçaylarda və bolqarlarda Uruspili (Urusbəyli) tayfası vardı. Qıpçaqların Urus tayfasının adından ibarətdir. Özbəklərdə, kazaxlarada və qaraqalpaqlarda Urus tayfası var.
Urus xan
Urus xan (XIV əsr – 1377) — Qızıl Orda xanı. Qazax xanlarının büyük atası. İki dəfə Qızıl Orda xanı olduqdan sonra müstəqilliyini elan edərək Sıqnax Orda dövlətini yaratmışdı.
Urus çayı
Urus çayı — Tatarıstan ərazisindən axan çay. İk çayının qollarından biridir. İk çayına mənsəbindən 427 km yuxarıda tökülür. Uzunluğu — 13 km, hövzəsi 51,8 km²-dir. Kama çayı hövzəsinə aiddir.
Tynus nudus
Viburnum nudum (lat. Viburnum nudum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
LOT Polşa Havayolları - Uçuş 5500 qəzası
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. == Həyatını itirənlər == Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. == Təyyarə ekipajı == İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. == Xarici keçidlər == SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.
Adur
Adur – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Yan silsiləsinin yamacında yerləşir. Türk dillərində adir/adır/adur "tepelik", "dağlıq yer", "düzən olmayan yer", "suvarıla bilməyən yüksəklik", "bir neçə təpədən ibarət meşəsiz yer", "dağ ətəyi" mənalarında işlənir. Dağlıq yerdə, alçaq təpəli ərazidə yerləşən kəndin coğrafi relyefi adın verilməsində əsas olmuşdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay toponimiyasında Adur, Türkiyə toponimiyasında Ədirnə oykonimləri bu sözlə əlaqədardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 573 nəfər əhali yaşayır.
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Nuquş
Nuquş (rus. Нугуш, başq. Нөгөш dinlə) — Başqırdıstanda çay, Ağidel çayının sağ qolu. Uzunluğu 235 km-dir. Nuquş çayı Yurmatau silsiləsindən başlayır və Cənubi Ural dağlarından keçir. Çay əsasən qar suları ilə qidalanır; Bir qayda olaraq, noyabrın birinci yarısında, çay donur - aprel ayının ikinci yarısında buzlar əriyir. Nuquş Başqırdıstanda ən sürətlə axan çay hesab olunur. Yazda Nuquş çayında böyük ərintilər çox məşhurdur. Axı, turistlər mənzərəli dağlar arasında demək olar ki, qeyri-yaşayış sahələrindən keçirlər. Bundan əlavə, yol boyunca Kuperli şəlaləsi və əsl kanyon olan Pyatilistnik kimi təbiətin inciləri var.
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. Virus adətən it və ya yarasa kimi yoluxmuş heyvanın dişləməsi və ya cızması ilə yayılır. Simptomlar həftələr, hətta aylar sonra özünü göstərə bilər. Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur.
Ququş
Ququş (əsl adı Faiqə Atəşin) ― İranın məşhur müğənnisi və aktrisası. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuşdur. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır. 1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı ("شاه‌ماهی موسیقی ایران") adlandırmışdılar. Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Sudur
Sudur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində dağlıq kənd. Kənd orta əsrlərdə yaranmışdır. Sudur oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Vaxtilə burada Sudur palasa və Sudur qazmalar adlı iki kənd mövcud olmuşdur. Sonralar Sudur qazmalar kənd adından ikinci komponent ixtisara uğramışdır. Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. Qusar rayonu Cənnətə bir addım qalmış...
Tudun
{{}}Tudun — Xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Əsasən şəhərlərə təyin olunurdu və şəhərin hakimi tərəfindən ona təqdim edilən vergini xaqana aparırdı.
Ukur
Ukur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. General mayor Mahmud Əbilovun doğulub boya başa çatdığı kənddir . Ukur oyk, sadə. Qusar r-nunun Mucuq i.ə.v.-də kənd. Ukur çayının sahilində, Qusar maili düzənliyindədir. Tam adı Ukurvas olub, ərazisindən axan eyniadlı çayın admı daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 649 nəfər əhali yaşayır.
İdiş
İdiş dili — Hind-Avropa dillərinin german dilləri qrupuna məxsus dil. İbri əlifbası ilə yazılır və aşkenazi yəhudiləri arasında yaranmış və yayılmışdır. Bu dildə danışanların ümumi sayı 3 milyon nəfərə yaxındır.
Udel
Udel (rus. уде́л) — qədim Rusiyada knyaz və onun ailəsinin ayrı-ayrı üzvlərinə məxsus olan yerlər, torpaqlar, mülklər. Hər bir böyük knyazlıq udellərə, yəni ayrı-ayrı knyaz ailəsinin üzvlərinə məxsus olan kiçik mülklərə ayrılırdı. Richard Pipes. Russia under the old regime. New York: Charles Scribner's Sons. 1974. ISBN 0-684-14826-9. Udel // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Adauş
Adauş — e.ə. IX əsrdə adı çəkilən Assuriya ərazisi. Aratsani çayının cənubunda və Van gölünün qərbində olduğu güman edilir. Alternativ olaraq Böyük Zab üzərində yerləşir. Kirruri ərazisinin bir hissəsidir. III Salmanasar bir kitabədə deyir: "Adauş ölkəsi mənim qüdrətli döyüşümün başlamasından qorxdu və onun sakinləri quşlar kimi qaçaraq evlərini dərələrə və dağlara buraxdılar; ağam Aşurun izzəti onları kədərləndirdi və onlar enib ayaqlarımın dibində dayandı". II Assurnasirpal qeyd edir: "Mən yıxdım, qazdım və yandırdım, Nimme ölkəsini tərk edərək Kirruri ölkəsinə enərək Kirruri, Simesi, Simera, Ulmaniya şəhəri və Adauş, muqriyalılar və murmiyalılar ölkələrindən xərac götürdüm. Atlar, qatırlar, öküzlər, qoyunlar, şərablar və dolu mis küplər onların xəracını təşkil edirdi. Mən onların üzərində bir vali təyin etdim. Mən Kirruridə olarkən öldürdüm və ağam Aşurun izzəti Qozan və Xupuşka (ehtimal olunur ki, bura Gilzan və Xubuşkiyadır) əhalisini kədərləndirdi.
Apus apus
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar".