UDUZMAQ

f.
1. Oyunda, yarışda, döyüşdə, mübahisədə və s.-də məğlub olmaq, basılmaq, yenilmək. Şahmatda uduzmaq. Yarışda uduzmaq. Müharibədə uduzmaq.
[Dəstə] kəşfiyyatdan əliboş qayıdarsa, vuruşmanı düşmən mütləq uduzacaqdır. M.Hüseyn.

2. Qumarda pul və ya şeyini baxtalamaq, itirmək, əlindən çıxarmaq.
[Həpo:] Bu gecə on beş tümənin hamısını bir yerdə uduzdum. M.F.Axundzadə.
[Qayınatası Sürəyyaya:] Daha nə vaxtacan [Səməd] mənim malımı, pulumu aparıb uduzacaq? Çəmənzəminli.

3. məc. Üstünlüyünü, yaxşı, əlverişli imkanını, xeyrini, yaxud fürsəti əlindən qaçırmaq, itirmək, malik olduğu və ya ola biləcəyi şeydən məhrum olmaq.
Amma [Koroğlu] tələssin, yoxsa uduzar. Koroğlu”.
Biz əldə edilmiş qələbəni uduzmamaq üçün tədbirlər görməliyik. M.S.Ordubadi.
Rüstəm bildi ki, işi uduzub. M.İbrahimov.

◊ Ağlını uduzmaq – bax ağıl 1
[Ələsgər:] Bir də ağlını uduzma. Ə.Haqverdiyev.

Синонимы

  • UDUZMAQ itirmək
  • UDUZMAQ basılmaq
  • UDUZMAQ 1. UDUZMAQ [Xasay:] Düşmən qazaqlar, biz uduzarıq (R.Rza); BAXTALAMAQ (müxtəlif mənalarda) Xortdan: Sənin bankda nə qədər pulun var, hamısını baxtalad
UDUZMA
UDUZULMA

Значение слова в других словарях